164) Linimentlər necə istifadə olunur?
A) Bədən boşluğuna yeridilir
B) Dəri altına vurulur
C) Damara vurulur
D) Xaricə
E) Daxilə
Linimentlər xaricə istifadə olunur. İstifadə etməzdən qabaq bunları çalxalamaq lazımdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 37
165) Pastalar hansı məqsədlər üçün işlənir?
A) Qıcıqlandırıcı vasitə kimi
B) Quruducu vasitə kimi
C) Büzüşdürücü vasitə kimi
D) Nəmləndirici vasitə kimi
E) Yumşaldıcı vasitə kimi
Pastalar sulanan yaraların müalicəsində quruducu vasitə kimi istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 37
166) “Recipere” sözünün mənası nədir?
A) Götürmək
B) Buraxmaq
C) Yazmaq
D) Üzünü köçürmək
E) Müalicə etmək
“Recipere” sözü reseptdə əmr formasında işlənir. “Recipe – (Rp.).Mənasi götürmək deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 12
167) Resept blankı Azərbaycan SəhiyyəNazirliyinin hansı əmrinə əsasən təsdiq edilmişdir?
A) 05.03.2002-ci il 12 saylı əmrinə əsasən
B) 07.02.2003-cü il 09 saylı əmrinə əsasən
C) 04.02.2003-cü il 09 saylı əmrinə əsasən
D) 10.04.2001-ci il 15 saylı əmrinə əsasən
E) 14.03.2000 ci il 10saylı əmrinə əsasən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04.02.2003-cü il tarixli 09 saylı əmrinə əsasən təsdiq edilmişdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 12
168) Hansı dərman formaları damcı ilə dozalanır?
A) Yumşaq dərman formaları
B) Qazabənzər dərman formaları
C) İnyeksiya dərman formaları
D) Maye dərman formaları
E) Bərk dərman formaları
Maye halında olan dərman maddələrinin dozaları ml, qramla və damcılarla ifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 25
Dostları ilə paylaş: |