42) Bunlardan hansı metal alətlərin hazırlanmasında istifadə olunmur?
A) Dəmir
B) Latun
C) Alüminium
D) Mis
E) Qurğuşun
Dövlət standartlarına uyğun olaraq, cərrahi alətlər və digər metal alətlər alüminiumdan hazırlanmır.
Ədəbiyyat: С.З.Умаров, И.Ф.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинин. «Медицинское и фармацевтическое товароведение». Москва 2004. Səh 128
43) Xardal yaxmalı kağız hansı əczaçılıq əmtəə qrupuna aiddir?
A) Suyu udan dərman vasitələrinə
B) Oksigen və başqa qazların təsirindən dəyişikliyə uğrayan dərman vasitələrinə
C) Pis qoxulu dərman vasitələrinə
D) Aşağı temperaturun təsirindən xarab olan dərman vasitələrinə
E) İşıqdan qorunan dərman vasitələrinə
Fiziki-kimyəvi xassələrinə görə xardal kağızı rütubətə həssas dərman vasitələrindən sayılır və perqament kağızına bükülü halda və ya sellofan paketlərdə saxlanılır.
Ədəbiyyat: A.İ.Rüstəmov “Əczaçılıq işinin təşkili”. Bakı 1998. Səh 196
44) Bunlardan hansı protektorlara aid deyil?
A) Membranostabilizatorlar
B) Antihipoksanlar
C) Polivitaminlər
D) İmmunomodulyatorlar
E) Biogen stimulyatorlar
İnsan sağlamlığını qorumaq, müqavimətini artırmaq üçün istifadə olunan valeofarmakoloji dərman vasitələrinə adaptogenlər, protektorlar və korrektorlar aiddir. Polivitaminlər- maddələr mübadiləsinin nizamlanmasında iştirak etdiyi üçün adaptogenlər sırasına aiddir.
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə «Aptek çeşidi malları anlayışı və onların təsnifatı». Bakı 2004. səh 13
45) Bu dərman vasitələrindən hansı korrektorlar siyahısına aiddir?
A) Antioksidantlar
B) Biogen stimulyatorlar
C) Mineral sular
D) Antiseptiklər
E) Vaksinlər
Farmakoterapevtik vasitələrdən fərqli olaraq, korrektorlar müalicə məqsədilə yox, insan sağlamlığını qorumaq və immunitetini artırmaq üçün işlədilir. Antioksidantlar-oksidləşmə-reduksiya prosesini nizamlayan korrektorlar sırasına aiddir.
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə «Aptek çeşidi malları anlayışı və onların təsnifatı». Bakı 2004. səh 13
Dostları ilə paylaş: |