213) Dolayı təsirli antikoaqulyantlara aid vasitə hansıdır?
A) Trombin
B) Fraksiparin
C) Heparin
D) Neodikumarin
E) Nadroparin
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
214) Hansı dəmir preparatı deyil?
A) Ferrum-lek
B) Ferkoven
C) Hemostimulin
D) Ferramid
E) Bismoverol
Ədəbiyyat: M.Qəniyev, E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005
215) Aşağıdakı maddələrdən hansı hemostatiklərin qrupuna aid deyil?
A) Kalsium qlükonat
B) Kardiomaqnil
C) Kalsium xlorid
D) Trombin
E) Vikasol
Ədəbiyyat: M.Qəniyev, E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005
216) Trombositlərin aqreqasiyasını azaldan dərman maddəsi hansıdır?
A) Kalsium xlorid
B) Kontrikal
C) Asetilsalisil turşusu
D) Trasilol
E) Aminokapron turşusu
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
217) Asetilsalisil turşusunun antiaqreqant təsiri nə ilə əlaqədardır?
A) Plazminogenlə rabitəyə girərək onun plazminə çevrilməsinə mane olur
B) Qanın laxtalanma amillərindən biri olan protrombinin biosintezində iştirak edir
C) Trombinin biosintezinə tormozlayıcı təsir göstərir
D) Plazminogenin aktivləşməsinə tormozlayıcı təsir göstərir
E) Siklooksigenazanı blokada edir və tromboksan A 2 nin sintezinə tormozlayıcı təsir göstərir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
218) Fibrinolitik vasitələr hansıdır?
A) Heparin
B) Aminokapron turşusu
C) Kontrikal
D) Fenilin
E) Streptodekaza
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
Dostları ilə paylaş: |