Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

sahibkar

Bir  məsələni  də  qeyd  edim  ki,  istər 

biznesdə  olsun,  istərsə  də  digər  işlərdə, 

gərək  işçinin  haqqını  yeməyəsən.  O  za-

man o, işini sevə-sevə görəcək. 

Rəhbəri  olduğunuz  “Biləv”  şirkəti-

nin tarixi 2003-cü ildən başlayır. Şirkə-

tiniz, əsasən, hansı istiqamətlərdə fəa-

liyyət göstərir?

F.Ə.:

  İnşaat  materiallarının  həm  top-

dansatışı, həm də quraşdırılması ilə məş-

ğul  oluruq.  Öz  biznesimizi  praktiki  ola-

raq sıfırdan başlayaraq, ildən-ilə satışın 

həcmini  artırmaqdayıq.  Bu  gün  “Biləv” 

inkişafda  olan  bir  şirkətdir.  Bazardakı 

fəaliyyətimiz dövründə şirkətimiz böyük 

idxalçı  şirkətlərlə  qurduğumuz  işbirliyi 

nəticəsində etibarlı partnyor nüfuzu qa-

zanıb.  Ölkə  ərazisinə  dam  örtüklərinin 

və  su-izolyasiya  materiallarının  idxalını 

və  satışını  təşkil  edirik.  “Biləv”  hazırda 

“Onduline  Avrasya”,  “Knauf”,  “Baytaş”, 

“Arta”,  “Egger”,  “Plaspanel”,  “Yapıser”, 

“Polser”  kimi  şirkətlərin  Azərbaycan-

da  rəsmi  distribütorudur.  Şirkətimizin 

Azərbaycanın  bir  çox  regionunda  fili-

alları  fəaliyyət  göstərir.  Bundan  başqa, 

“Biləv”  şirkət  olaraq  dünyanın  bir  çox 

ölkəsində tanınır.

Şirkətinizdə kifayət qədər işçi heyə-

ti  var.  Maraqlıdır,  işçi  seçərkən  daha 

çox hansı keyfiyyətlərə üstünlük verir-

sinz?

F.Ə.:

 Mən  hər  zaman  deyirəm  ki,  bizə 

öncə normal insan, sonra normal işçi la-

zımdır. Çünki ortalığa normal iş qoymaq 

üçün    öncə  normal  insan  olmaq  lazım-

dır. Bir insan düzgün düşünürsə, düzgün 

davranırsa,  anlayır  və  anladırsa,  onunla 

işləmək olar. 

Özünü  tanıyan,  peşəsini  sevən  in-

sanlarla  işləmək  daha  rahatdır.  Hər  bir 

şirkətdə peşəkar və dürüst işçilərə ehti-

yac var. Təəssüf ki, peşəkar işçi tapmaq 

çətindir. Bunun nəticəsidir ki, əmək ba-

zarında hamı iş axtarır, hamı da işçi ax-

tarır.  

İşçiləri, əsasən, dərs dediyim tələbələ-

rin arasından seçirəm. Tələbənin əxlaqı-

na,  davranışına,  savadına,  onun  öz  üzə-

rində  çalışmasına,  məsuliyyətli  olmasına 

diqqət yetirərək seçim edirəm. 



Qeyd  etdiniz  ki,  əmək  bazarında 

hamı  iş  axtarır,  hamı  da  işçi  axtarır. 

Fikrinizcə, bunun səbəbi nədədir?

F.Ə.:

 Bunun səbəbi ondadır ki, insanlar 

sevdiyi,  seçdiyi,  təhsil  aldığı  işin  dalınca 

getmirlər sadəcə iş axtarırlar, maaş olsun, 

işləsinlər. İşçi almaq istədiyi məvacibə la-

yiq olmalıdır. İşçi şirkətə gəlir gətirməli-

dir ki, özü də qazansın.

Hər bir peşə üzrə təhsil almaq lazımdır. 

Mən yenə də məsələyə iş adamı kimi yox, 

müəllim  kimi  yanaşacağam.  Ölkəmizdə 

əvvəllər  peşə  məktəbləri  var  idi,  xarrat-

lıq, dülgərlik və s. kimi peşələri seçənlər 

orada təhsil alır, peşələrinin incəliklərini 

öyrənirdilər.  Bu  gün  bu  hallara  rast  gəl-

mirik.  Ona  görə  də  peşəkar  işçi  tapmaq 

çətinləşir.  



Gənclərə karyera qurmaları ilə bağ-

lı nə tövsiyə edərdiniz?

F.Ə.:

 Tövsiyə edərdim ki, öz üzərlərin-

də  çalışsınlar,  əmək  bazarındakı  tələb-

lərə  müəyyən  qədər  cavab  versinlər.  Bu, 

onlara  uğur  gətirəcək.  Təhsil  aldıqları 

müddətdə  öncə  ixtisaslarını  mükəmməl 

öyrənsinlər.  Bəzən iş axtaran gənclər bizə 

müraciət edir və öz ixtisaslarını yox, iki ay 

kursa getmələrini və kompüteri bilmələ-

rini qabardırlar. Halbuki kompüter proq-

ramlarına,  dil  bilgisinə  ixtisas  yanında 

köməkçi olaraq baxmalıdırlar.

Mən  öz  tələbələrimə  də,  övladlarıma 

da, işçilərimə də deyirəm ki, çalışın mü-

taliə edin, oxuyun. Çünki oxumaq insanın 

beynini  inkişaf  etdirir,  yaddaşı  gücləndi-

rir,  sağlamlığa  təsir  edir.  Həkimlər  bunu 

daha yaxşı bilir. Kitab oxumaq maddələr 

mübadiləsini  tənzimləyir,  çox  oxumaq 

yaddaşı yeniləyir. İnsan uca səslə oxuyan-

da  səlis  danışır,  qiraəti  güclü  olur.  Gözəl 

danışmağın arxasında mütaliə dayanır. 



Boş vaxtınızı necə keçirirsiniz?

F.Ə.:

  Futbol  oynayıram,  kitab  oxuyu-

ram. Viktor Hüqonun “Səfillər” romanını 

beş  dəfə  oxumuşam.  Hər  dəfə  “Səfillər”i 

oxuduqca yeni nələrsə öyrənirəm.

Bir iş adamının gəlir əldə etməkdən 

başqa hansı missiyası olmalıdır?

F.Ə.:

 Mən belə fikirləşirəm ki, iş adam-

ları olaraq çalışmalıyıq qazandığımız pu-

lun bir hissəsini kəndimizin, şəhərimizin, 

vətənimizin  inkişafına  sərf  edək.  Kimin 

nəyə  imkanı  çatırsa  etsin.  Hər  hansı  bir 

məktəbə kompüter alıb versinlər, yol çək-

sinlər, məktəb tikdirsinlər. İstərdim ki, iş 

adamları  istedadlı,  köməyə  ehtiyacı  olan 

gənclərimizin  təhsilinə  kömək  etsinlər, 

təhsil haqlarını ödəsinlər. 

Uğurlu iş adamı olmaq üçün biznes 

təhsili nə dərəcədə önəmlidir?

F.Ə.:

 Biz müstəqilliyin ilk illərində təh-

sil aldıq. Həmin dövrdə sahibkarlıq yenicə 

inkişaf etməyə başlamışdı. XX əsrin 90-cı 

illərində biznesə başlayanların əksəriyyə-

tini şəxsən tanıyıram. Düzdür, onlara döv-

lətin  də  dəstəyi  oldu,  amma  mən  onları 

təqdir  edirəm  ki,  biznes  təhsili  almadan 

belə uğurlu fəaliyyətləri oldu. 

Əgər  bizlər  biznes  təhsili  alsaydıq, 

daha çox işlər görərdik. Şəxsən mən biz-

nes  təhsili  alsaydım,  indi  işçilərin  sayı 

daha  çox,  ofisimiz  böyük,  satış  filialları-

mız da çox olardı. 



İllər  keçdikcə  gənclərin  təhsil  im-

kanları  da  genişlənir.  Necə  düşünür-

sünüz,  bilavasitə  biznes  sektorunda 

təhsil alan gənclər Sizi ötə biləcəkmi?

F.Ə.:

  2000-ci  illərin  yetirmələri  in-

di-indi  biznes  sektoruna  daxil  olur.  Ona 

görə də, hesab edirəm ki, indidən bir fikir 

bildirmək doğru olmazdı. Heç bir biznes 

praktikası  olmadan,  biznes  təhsili  olma-

dan öz biznesini quran, inkişaf etdirən iş 

adamlarımız  var,  onlara  uğurlar  arzula-

yırıq.  Əlbəttə,  inanıram  ki,  biznes  təhsili 

alan  gənclərimiz  bizi  ötüb  keçəcək.  Bir 

məsələni də qeyd edim ki, işdə komanda 

ruhu  olmalıdır.  Hər  bir  uğurlu  işin  arxa-

sında komanda işi dayanır. Əgər iş adam-

ları biznes təhsilli gəncləri öz işlərinə cəlb 

etsələr,  əlbəttə  ki,  onlar  da  inkişaf  edə-

cəklər. Əsas odur ki, şirkət təhsilli, prak-

tik  vərdişlərə  malik  komandadan  ibarət 

olsun. O zaman işdə uğur qazanmaq olar. 



Azərbaycanda iş adamlarını bir ara-

ya gətirən ATİB kimi birliklərin önəmi 

nədən ibarətdir və ATİB-in gələcək fəa-

liyyəti ilə bağlı hansı tövsiyələriniz var?

F.Ə.:

  Mən  artıq  4-5  ildir  ATİB-in,  6-7 

aydır  isə  bu  birliyin  idarə  heyətinin  üz-

vüyəm.  İş  adamlarının  bir-birini  daha 

yaxından  tanıması,  işgüzar  əlaqələrin 

formalaşması  baxımından  ATİB  kimi 

birliklərin  önəmi  böyükdür.  İstərdim  ki, 

hər bir şirkət təşəbbüskar olsun, ATİB-ə 

müəyyən  layihələr  təqdim  etsin,  ATİB-lə 

birgə  sosial,  iqtisadi  və  digər  sahələrdə 

birgə layihələr həyata keçirsin. ATİB-ə və 

birliyin üzvü olan şirkətlərə gələcək fəa-

liyyətlərində uğurlar arzulayıram. 

42

say 24 | 



EcoVision


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə