Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

rənmə”  portalına  daxil  olaraq  təhsil  aldığı 

tədris proqramı üzrə materialları əldə edir, 

eyni qaydada dərs kreditlərini, semestr-im-

tahan nəticələrini izləyə bilir. Anadolu Uni-

versiteti distant təhsil alan tələbələri üçün 

internet  üzərindən  “e-öyrənmə”,  “e-kitab”, 

“e-seminar” xidmətlərini göstərir.

Hazırda Anadolu Universiteti “Azər-

baycan Proqramları”nda hansı ixtisas-

lar üzrə təhsil almaq mümkündür?

A.H.:

  Anadolu  Universiteti  2009-2013-

cü  illər  ərzində  “Azərbaycan  Proqramları” 

üzrə 5 ixtisasdan distant təhsil verirdi. 2013-

2014-cü  tədris  ilindən  başlayaraq  daha  5 

ixtisas əlavə olunaraq ixtisasların sayı 10-a 

çatdırılıb.  Bunlar  Menecment,  Hotel  işinin 

idarəedilməsi,  İqtisadiyyat,  Beynəlxalq  mü-

nasibətlər, Xarici ticarət, Bank və sığorta işi, 

Turizm  və  hotel  idarəçiliyi,  İctimaiyyətlə 

əlaqələr və reklam, Media və kommunikasi-

ya, Əmtəə nişanlarının təbliği fakültələridir. 



Anadolu  Universiteti  “Azərbaycan 

Proqramları”na  müraciət  edənlər  se-

çim edərkən hansı ixtisaslara üstünlük 

verirlər?

A.H.:

 Məlumat üçün qeyd edim ki, Ana-

dolu türkcəsində şifahi nitqi anlamaq vә bu 

dildә öz fikirlәrini asanlıqla ifadә etmәk vәr-

dişlәrinin qazandırılması, Anadolu Univer-

sitetinə  qəbul  imtahanlarında  müvəffəqiy-

yət  qazanmaları  məqsədilə  abituriyentlər 

üçün türk dili hazırlıq kursu təşkil olunub. 

Kursların  gedişində  aparılan  müşahidələr 

və hər bir dinləyici ilə fərdi söhbət zamanı 

onların  seçimlərinə  hörmətlə  yanaşmaq-

la  bərabər,  universitetdə  oxuyacağı  zaman 

müəyyən  çətinlikləri  önləmək  üçün  töv-

siyələr də veririk. Müraciət edənlərin seçi-

minə gəlincə, ən çox müraciət Menecment, 

İqtisadiyyat və Turizm bölümləri üzrədir. 



Biznes  sahəsində  təhsil  alan  tələ-

bələr  nəzəri  biliklərlə  yanaşı,  praktik 

təcrübəyə də malik olmalıdırlar. Tələ-

bələrin təcrübə əldə etməsi üçün özəl 

şirkətlərlə birgə hər hansı layihə həya-

ta keçirirsinizmi?

A.H.:

  Distant  təhsil  alan  tələbələrin 

çoxu həm də işlədikləri üçün artıq müəy-

yən təcrübələri olur və təhsillərini başa 

vurduqdan  sonra  karyeralarını  daha  da 

möhkəmləndirmiş  olurlar.  Digər  tərəf-

dən  də,  distant  təhsil  alaraq  məzun  ol-

muş  şəxslər  müstəqil  bilik  əldə  etmək 

təcrübəsinə malik olduqları üçün yeni işə 

başladıqda bu təcrübə onlar üçün faydalı 

olur.  Yuxarıda  qeyd  etdiyim  kimi,  Ana-

dolu Universiteti Azərbaycan Türkiyə İş 

Adamları  Birliyi  ilə  2014-cü  ilin  avqust 

ayından  etibarən  əməkdaşlığa  başlayıb. 

ATİB,  Azərbaycanda  yaşayaraq  Anadolu 

Universitetində  distant  formada  təhsil 

alan  tələbələrə  göstərdiyi  digər  dəstək-

lərlə yanaşı, onların ATİB-ə üzv qurum-

larda  təcrübə  keçməsi  və  işlə  təmin 

olunmalarına  da  lazımi  dəstək  göstərir. 

Həmçinin ATİB-in təşkilatçılığı ilə Azər-

baycanda  fəaliyyət  göstərən  nüfuzlu 

şirkətlərin  rəhbərləri  mütəmadi  olaraq 

tələbələrlə  görüşlər,  seminarlar  keçirir-

lər  ki,  bu  da  tələbələrin  nəzəri  bilikləri 

ilə  yanaşı  praktiki  biliklərə  yiyələnmə-

sində də mühüm rol oynayır. 

Distant  formada  təhsil  alan  tələ-

bələrə  daha  keyfiyyətli  xidmətlər 

göstərilməsi  üçün  tərəfdaşlıq  prinsi-

pi  əsasında  Anadolu  Universiteti  ilə 

Azərbaycan Türkiyə İş Adamları Birliyi 

arasındakı əməkdaşlığın gələcək pers-

pektivləri ilə bağlı nə deyə bilərsiniz?

A.H.:

 ATİB Azərbaycan  və Türkiyə ara-

sında təhsil sahəsindəki mövcud əlaqələ-

rin  daha  da  inkişaf  etdirilməsi,  hər  iki 

ölkənin  iqtisadiyyatlarının  dinamik  inki-

şafına cavab verə bilən, rəqabətyönümlü 

mütəxəssislərin  hazırlanması  istiqamə-

tində də önəmli işlər görməkdədir. 

Bu  baxımdan  ATİB  Anadolu  Dövlət 

Universiteti ilə Azərbaycandan distant for-

mada  təhsil  alan  tələbələrin  təhsillərinə 

hərtərəfli  dəstək  göstərməkdədir.  Belə  ki, 

tədrisin maddi-texniki bazasının möhkəm-

ləndirilməsinə və təkmilləşdirilməsinə, uni-

versitetin  nəşr  etdirdiyi  dərs  vəsaitlərinin 

tələbələrə  çatdırılmasına,  onların  peşəkar 

bacarıqlara  yiyələnmələrinə,  məzunların 

işlə  təmin  olunmalarına  lazımi  köməklik 

göstərərək təqdirəlayiq işlər görməkdədir. 

Mən ATİB-lə Anadolu Universiteti arasında-

kı əməkdaşlığın daha da inkişaf edəcəyi qə-

naətindəyəm. Hesab edirəm ki, ATİB MDB 

məkanında da türklərin yaşadığı bölgələrdə 

universitetin təhsil proqramlarının açılma-

sında, həmin ölkələrdəki iş adamları birlik-

ləri ilə əlaqələrin qurulmasında mühüm rol 

oynayacaqdır.

1990-cı  və  2000-ci  illərdə  Dövlət  Plan-

laşdırma və İqtisadiyyat Komitəsi, Əmək və 

Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalış-

mış,  Azərbaycanın  müstəqilliyinin  ilk  dövr-

lərində  Xarici  Əmək  Miqrasiya  İdarəsinin 

rəhbərliyində təmsil olunaraq bir çox dövlət-

lərlə əmək miqrasiyası sahəsində əməkdaşlıq 

əlaqələrinin  qurulmasında  yaxından  iştirak 

etmişdir.  1998-2000-ci  illərdə  nazirlikləra-

rası təcrübə mübadiləsi aparmaq məqsədilə 

Türkiyə  Respublikasının  aidiyyəti  nazirlik-

lərinə rəsmi ezamiyyəti çərçivəsində həmçi-

nin Türkiyənin təhsil sistemi ilə də yaxından 

tanış  olmuşdur.  2002-ci  ildən  başlayaraq 

Azərbaycanda  təhsil  sahəsində  paralel  ola-

raq ictimai fəaliyyət göstərməyə başlamışdır. 

2002-2010-cu illər ərzində təhsil ilə əlaqədar 

keçirilən  beynəlxalq  və  respublika  əhəmiy-

yətli tədbirlərdə iştirak etmiş, 2005-2007-ci 

illərdə  “Rəhbər  təhsil  işçilərinin  respubika 

konfransı”nda,  2008-ci  ildə  keçirilən  “Azər-

baycan Müəllimlərinin XIII qurultayı”nda iş-

tirak etmiş və “Azərbaycan Milli Müəllim-Va-

lideyn Asosiasiyasının fəaliyyəti mövzusunda 

çıxış etmişdir. Azərbaycan Respublikası Təh-

sil Nazirliyinin 8 may 2009-cu il tarixli əmri 

ilə nazirliyin “İnternetdən istifadə məsələləri 

üzrə  Şurasına  üzv  seçilmişdir.  Azərbaycan 

Respublikası  Təhsil  nazirliyi  Kollegiyasının 

17 dekabr 2009-cu il tarixli qərarı ilə  “Azər-

baycan Milli Müəllim-Valideyn Assosiyasının 

işində fəal iştirakına görə” Təhsil naziri tərə-

findən Fəxri Fərmanla təltif olunmuşdur.

2011-ci  ildən  Türkiyə  Respublikasının 

Anadolu  Dövlət  Universitetinin  “Azərbay-

can Proqramları”nın koordinatorudur.

34

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə