Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

sahibkar

Əmək bazarında iş 

yox, işçi problemi var

“Biləv” şirkətinin yaradıcısı və direktoru Fariz Əmirov 

“EcoVision” jurnalının “Sahibkar” rubrikasının suallarını 

cavablandırır



Hörmətli Fariz müəllim, öncə ATİB-

in  “EcoVision”  jurnalının  “Sahibkar” 

rubrikası  üçün  müsahibəyə  vaxt  ayır-

dığınız  üçün  Sizə  təşəkkür  edirik. 

Adətən,  bu  rubrikamızda  müsahibi-

mizə  şəxsi  və  karyera  həyatı  ilə  bağlı 

suallar  ünvanlayır,  iş  adamlarını  oxu-

cularımızla  daha  yaxından  tanış  edi-

rik.  İstərdik  oxucularımıza  bu  barədə 

məlumat verəsiniz. 

F.Ə.:

 Ordubad rayonunun Biləv kəndin-

də  dünyaya  göz  açmışam.  Orta  təhsilimi 

kəndimizdə  almışam.  1994-cü  ildə  Azər-

baycan  Dövlət  Neft  Akademiyasını  kim-

ya  texnologiyası  ixtisası  üzrə  fərqlənmə 

diplomu  ilə  bitirmişəm.  Dörd  il  müxtəlif 

sahələrdə çalışdım. Kafedramızın bir mü-

diri var idi – rəhmətlik Yaşar Bilalov, 1999-

cu ildə onun təsiri və təkidi ilə Azərbaycan 

Dövlət  Neft  Akademiyasında  təhsilimi 

davam etdirməyə başladım. Elə həmin ali 

təhsil müəssisəsində dissertant oldum və 

namizədlik dissertasiyamı müdafiə etdim. 

Beləliklə də elmi fəaliyyətimi davam etdir-

dim. 2010-cu ildə Neft Akademiyasının 90 

illik yubileyində ölkə rəhbəri cənab İlham 

Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına 

layiq  görüldüm,  Dövlət  mükafatı  aldım. 

2014-cü ildə elmi iş müdafiə edib elmlər 

doktoru oldum və Azərbaycanda ən gənc 

elmlər doktorlarının, professorların cərgə-

sinə qoşuldum. Təvazökarlıqdan uzaq olsa 

da, deməliyəm ki, bununla qürur duyuram. 

Bunun üçün ilk növbədə Allaha, daha son-

ra valideynlərimə və müəllimlərimə borc-

luyam. 

Ailəliyəm. İki övladım var: bir oğlan, bir 



qız. Hər valideynin yaşadığı hisləri gələn 

il  mən  də  yaşayacağam.  Qızım  bu  tədris 

ilində ali məktəbə imtahan verəcək. Mən 

övladlarımın peşə seçiminə müdaxilə et-

mirəm.  Çünki  mənə  də  bu  baxımdan  tə-

sir  göstərməyiblər.  Atam  orta  məktəbdə 

oxuyanda deyirdi ki, nə olursan ol, peşəni 

mükəmməl bil. 



Uşaqlıqda peşə ilə bağlı arzularınız 

nə idi? 

40

say 24 | 



EcoVision


sahibkar

F.Ə.:

 Həmişə müəllim olmaq istəmişəm. Bu istə-

yimə də nail oldum. 

Necə  oldu  ki,  Azərbaycan  Dövlət  Neft  Aka-

demiyasının  məzunu,  daha  çox  təhsilə,  elmə 

həvəs göstərən bir şəxs həm də biznes sekto-

runda  fəaliyyətə başlamaq qərarına gəldi?

F.Ə.:

  Dünyada  bir  çox  önəmli  adamlar  var  ki, 

universitetlərdə mühazirələr oxumaqla yanaşı öz 

bizneslərini də qurublar. Yaxud da bir çox biznes-

menlər  var  ki,  həm  də  tələbələr  qarşısında  mü-

hazirələr  oxuyurlar.  Yəni  bu,  artıq  normal  haldır. 

Əgər bir insanın enerjisi, potensialı varsa, çox işlər 

görə bilər. 

“Qalatasaray”  klubunun  bir  başqanı  var  idi  – 

Adnan Polad.  Allah ondan razı olsun. O mənim hə-

yatımda çox önəmli rol oynayıb. Onların şirkətlə-

rinin Azərbaycanda nümayəndəliyi açılmışdı. Mən 

orada  satış  işçisi  olaraq  işə  girdim,  satış  müdiri 

pilləsinə qədər yüksəldim. Azərbaycan nümayən-

dəliyinin müdiri Türkiyəyə zəng edərək bildirdi ki, 

bu şəxsə zəmanət verirəm, siz də ona güvənə bilər-

siniz. Yəni mən orada bir güvən qazandım, özümü 

doğrultdum. 

2003-cü  ilədək  müxtəlif  şirkətlərdə  çalışdım  və 

həmin  şirkətlərin  inkişafında  böyük  əməyim  oldu. 

Nəhayət, 2003-cü ildə düşündüm ki, öz işimi qurmalı-

yam. Ailəlikcə toparlanıb kiçik bir biznesimizi qurduq.



Şəhərə gəlsəniz də, kəndinizi unutmadınız,  

şirkətinizin adında yaşatdınız.

F.Ə.:

  Bəli.  Mən  kəndimizə  çox  bağlı  insanam. 

Çünki  orada  doğuldum,  orada  böyüdüm,  orada 

təhsil aldım. Kənddəki müəllimlərimə borcluyam. 

Hər dəfə kəndə gedəndə birinci sinifdə mənə dərs 

demiş müəllimimin əlindən öpürəm. 

Biləvi nəinki Azərbaycanda, dünyada, Avropada 

tanıtmaq istədiyimiz üçün bu adı seçdik. Həmçinin 

kəndimizlə bağlı iki kitab hazırlamışıq: “Biləvlilər” 

və “Biləv” kitabı. 

Hər il yay aylarında övladlarımı kəndimizə apa-

rıram.  Düşünürəm  ki,  ən  müqəddəs  torpaq  insa-

nın doğulduğu torpaqdır. Mənim orada ata-anam 

uyuyur.  Onların  məzarı  üstünə  getmək  ən  böyük 

ziyarətdir.

İnşaat  sektorunda  fəaliyyət  göstərən  bir 

neçə şirkətin yaranmasında və uğurlu fəaliyyət 

göstərməsində yaxından iştirak etmisiniz. Siz-

cə, işdə uğur qazanmaq üçün hansı keyfiyyət-

lərə və xüsusiyyətlərə malik olmaq lazımdır?

F.Ə.:

  Düşünürəm  ki,  həyatda  uğur  qazanmaq 

üçün  gərək  insanın  qəlbi  və  ruhu  təmiz  olsun. 

Düşüncə  tərzi  də  saf  olmalıdır.  Uğur  qazanmaq 

üçün,  birincisi,  yalan  danışmayacaqsan,  ikincisi, 

işə  haram  qatmayacaqsan,  üçüncüsü  də  başqası-

nın  uğurlarına  sevinəcək,  paxıllıq  etməyəcəksən. 

İnsanın birinci düşməni paxıllıqdır. Paxıllıq insanı 

rahat buraxmır ki, öz işi ilə məşğul olsun.

İnsan öz üzərində işləməlidir. Mən hər gün au-

ditoriyaya girmədən öncə öz üzərimdə çalışıram. 

Çünki tələbələrin qarşısına çıxıram, onların sualla-

rına cavab verməliyəm.

"Biləv" şirkətinin tarixi 2003-cü 

ildən başlayır. Bu gün “Biləv” 

inkişafda olan bir şirkətdir. 

Öz biznesini praktiki olaraq 

sıfırdan başlayaraq  ildən-ilə 

satış həcmini artırmaqdadır. 

Bazardakı fəaliyyət dövründə

şirkət böyük idxalçı şirkətlərlə  

iş birliyi nəticəsində etibarlı 

partnyor reputasiyası 

qazanmışdır.

İnşaat sektorunda şirkətlə 

çalışanların razı qalması 

şirkətin daxilindən irəli 

gələn əsas məqsəddir. 

Şirkətin inkişaf strategiyası 

müştərilərə göstərilən xidmətin 

keyfiyyətinə, həmçinin 

məhsulların və xidmətlərin 

artırılmasına yönləndirilmişdir.

Şirkətin missiyası

Biznesin inkişafında və digər 

strukturlara inşaat işlərində 

keyfiyyətli məhsul və servis 

xidməti təqdim etməklə dəstək 

olmaq.


Fəaliyyətin əsas 

istiqamətləri

Ölkə ərazisinə dam örtüklərinin 

və su-izolyasiya materiallarının 

idxalı və satışının təşkili.

Knauf-lövhələrin vurulmasında 

böyük rolu olan profillərin idxalı. 

Knauf-lövhələrin idxalı və 

topdansatışı. 

"Biləv" 2006 və 2007-ci illərdə 

“Onduline Avrasya” A.Ş.-nin 

şirkətinin Azərbaycan regionu 

üzrə satış lideri olmuş və xüsusi 

diploma layiq görülmüşdür.

41

say 24 | 



EcoVision


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə