Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Tələbələr daha çox 

menecment və iqtisadiyyat 

ixtisaslarına meyil edirlər

Anadolu Universiteti “Azərbaycan Proqramları”nın 

koordinatoru Azər Hətəmov “Eco Vision” jurnalının 

suallarını cavablandırır



Azər  müəllim,  distant  (məsafədən) 

təhsil sahəsində 30 ildən çox təcrübə-

si  olan  Anadolu  Universiteti  2009-cu 

ildən  başlayaraq  Azərbaycandan  dis-

tant formada tələbə qəbul edir. Bu illər 

ərzində Anadolu Universiteti “Azərbay-

can Proqramları” hansı inkişaf yolunu 

keçib və ATİB-in buradakı rolu nədən 

ibarətdir?

A.H.:

  Əvvəlcə  qeyd  edim  ki,  Türkiyənin 

Anadolu  Dövlət  Universiteti  distant  təhsil 

sisteminə 1982-ci ildən başlayıb və elə hə-

min il 29.500 tələbə qəbul edib. Universitet 

bu sistemi ildən-ilə daha da inkişaf etdirərək, 

hazırda tələbə sayını, bildiyiniz kimi, 2 milyo-

na yaxın bir həddə çatdırıb. Bu gün Anadolu 

Universiteti tələbə sayına görə dünyanın üç 

ən böyük universitetindən biridir.

Hazırda  Azərbaycandan  2000  nəfərə 

yaxın tələbə Anadolu Universitetində dis-

tant  formada  təhsil  almaqdadır.  Bunlar, 

əsasən, Azərbaycan və Türkiyə vətəndaş-

larıdır. Bu tələbələrin müəyyən hissəsi bi-

rinci ali təhsil, digər bir hissəsi isə ikinci 

ali təhsil alır.

Azərbaycandan  distant  formada  təhsil 

alan  tələbələrlə  universitet  arasında  çevik 

əlaqələndirmə  yaradılması,  onlara  lazımi 

məsləhətlərin verilməsi və keyfiyyətli texniki 

xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prin-

sipi əsasında 26 avqust 2014-cü ildə Anadolu 

Universiteti Azərbaycan Türkiyə İş Adamları 

Birliyi  ilə  əməkdaşlığa  başlayıb.  ATİB  Azər-

baycanda yaşayaraq Anadolu Universitetində 

distant  formada  təhsil  alan  tələbələrlə  uni-

versitet arasında lazımi əlaqələndirmə işləri-

ni həyata keçirməklə tələbələrin təhsillərinə 

əlavə dəstək məqsədilə videokonfrans siste-

mi və bu kimi müasir texnologiyaların tətbiqi, 

eləcə də tələbələrin ATİB-ə üzv qurumlarda 

təcrübə keçməsi və işlə təmin olunmalarına 

lazımi dəstək göstərir. Onu da qeyd edim ki, 

Türkiyə  Cümhuriyyətinin  aidiyyəti  dövlət 

qurumları  bu  layihəni  diqqətdə  saxlayır  və 

həmin  qurumların  rəhbərləri  Azərbaycana 

rəsmi səfərləri zamanı Anadolu Universiteti 

“Azərbaycan  Proqramları”nın  tələbələri  ilə 

görüşürlər. Belə ki, Türkiyənin Təhsil naziri, 

Türkiyə Prezidenti yanında Ali Təhsil Şurası-

nın (YÖK) sədri və digərləri, ATİB-in də yaxın-

dan iştirakı ilə, Azərbaycana səfərləri zamanı 

32

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


müsahibə 

Anadolu Universitetinin 

əsasını 1958-ci ildə təsis 

edilən Eskişehir İqtisadiyyat 

və Ticarət Elmlər Akademiyası 

təşkil edirdi. 1982-ci ildən 

Anadolu Universitetinə 

çevrilərək qısa zamanda 

ölkənin və dünyanın böyük 

universitetləri arasında 

müasir, dinamik və yenilikçi 

bir universitet olaraq yerini 

almışdır. 1982-ci ildən distant 

təhsil verməyə başlayan 

universitet bu gün Türkiyə və 

30-dan çox ölkədə  distant 

formada təhsil alan tələbə 

sayına görə dünyanın 

meqauniversitetlərindən 

biridir və bu sahədə zəngin 

təcrübəyə malik bir ali təhsil 

ocağı olaraq dünyada ilk 

sıralarda yer alır.  Anadolu 

Universiteti distant formada 

təhsil alan Türkiyə və digər 

ölkələrdəki tələbələrinə 

öz tədris proqramlarını 

əsasən internet üzərindən  

olmaqla informasiya 

kommunikasiya 

texnologiyaları vasitəsilə 

həyata keçirir.

Anadolu  Universiteti  “Azərbaycan  Proqramları”nın 

tələbələri ilə səmimi görüşlər keçiriblər.



Dünyada  geniş  yayılmış  distant  təhsilin 

Azərbaycanda  geniş  tətbiqinə  rast  gəlmirik. 

Fikrinizcə,  ölkəmizdə  distant  təhsilin  inkişaf 

etməməsinin səbəbi nədədir?

A.H.:

  Azərbaycanda  ali  məktəblərin  distant 

təhsil  tətbiq  edə  bilməməsinin  bir  sıra  obyektiv 

və subyektiv səbəbləri var. Ölkədəki ali məktəblər 

distant təhsilə keçmək istiqamətində ciddi addım-

Bu gün Anadolu Universiteti tələbə sayına görə 

dünyanın üç ən böyük universitetindən biridir

lar atırlar. Amma təhsilin bu formasının qanunda 

öz əksini tapmasına baxmayaraq, ali məktəblərin 

maddi-texniki bazası bunun tam tətbiqinə hələlik 

imkan vermir. Hazırda bir sıra universitetlər dis-

tant  təhsilə  keçmək  üçün  işlər  aparır,  həmçinin 

Anadolu  Universiteti  ilə  bu  sahədə  əməkdaşlıq 

edirlər.  Distant  təhsilin  tətbiqi  üçün  ilk  növbədə 

məktəblərin internetə çıxışı təmin edilməli, hər bir 

təhsilalanın evində müvafiq şərait olmalıdır. Təh-

silalanın  evdə  hər  hansı  müəllimin  mühazirəsinə 

qulaq asa bilməsi üçün də ali məktəbin bazası ol-

malıdır. Lakin distant təhsilə keçdikdən sonra təh-

silalanlar bu təhsil formasına maraq göstərəcəklər. 

Əminəm ki, Azərbaycanda da yaxın gələcəkdə təh-

silin bu forması geniş tətbiq ediləcək. 



Bəs distant təhsilin hansı üstünlükləri var?  

A.H.:

  Təhsilin  əyani  və  qiyabi  formaları  ilə 

müqayisədə  distant  təhsil  forması  bir  çox  üstün-

lüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi, 

ucuzluğu, çevikliyi və s. daxildir. Əhalinin müxtəlif 

təbəqələrinə  distant  təhsil  alınmasında  bərabər 

imkanlar  yaradılır.  Distant  təhsil  zamanı  keçilən 

dərslər əyani formada tədris olunan dərs proqra-

mından o qədər də fərqlənmir. Yeganə fərq ondan 

ibarətdir  ki,  distant  təhsildə  tələbə  və  müəllim 

arasındakı  ünsiyyət  üz-üzə  deyil,  virtual  olaraq 

məsafədən həyata keçirilir. Təhsil almaq istəyənlər 

üçün  heç  də  hər  gün  müəllimlə  üzbəüz  oturmaq 

şərt deyil. İnkişaf etmiş ölkələrdə distant təhsil ge-

niş istifadə olunur. Bu baxımdan ən əlverişli təhsil 

üsulu açıq distant təhsildir. Sözsüz ki, distant təhsil 

xüsusilə  işləyən,  iş  yerindən  ayrılmaq  imkanı  ol-

mayan şəxslər üçün çox əlverişlidir. Məsələn, Ana-

dolu Universitetində distant formada ali təhsil alan 

və işləyən bir tələbənin ildə cəmi 4 dəfə imtahan-

larda iştirak etmək zərurəti var. Bu imtahanlar isə 

şənbə və bazar günləri olmaqla keçirilir. 



Universitetinizdə tədris prosesi necə aparılır?

A.H.:

 Tədris proqramlarının daha yaxşı qavranıl-

ması üçün əlavə test və sual bazası tələbələrin istifa-

dəsinə verilib. Həmçinin Azərbaycandakı tələbələrin 

bütün ixtisaslara aid həm elektron, həm də kağız for-

matda kitablardan istifadə etmək imkanları da var. 

Eləcə də həftənin 5 günü Əskişəhərdən Anadolu Uni-

versitetinin professor-müəllim heyəti tərəfindən mü-

vafiq dərs cədvəli üzrə canlı videokonfrans vasitəsilə 

dərslər keçilir və tələbə öz istəyi əsasında iştirak edə 

bilir. Anadolu Universitetində distant təhsil alan və 

fərdi qaydada hazırlaşan tələbələr üçün universite-

tin rəsmi internet səhifəsində (www.anadolu.edu.tr) 

tələbə girişi bölümü var. Hər bir tələbə öz tələbə bi-

letinin nömrəsi və ona verilmiş xüsusi şifrə ilə “e-öy-

33

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə