Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

cümlədən  elektron  kitabxana  daxil  ol-

maqla  Tələbə  mərkəzinin  və  yuxarıda 

qeyd  edilən  sair  mərkəzlərin  və  yeni 

ixtisaslar  üzrə  laboratoriyaların  yara-

dılması daxildir.

Amma sözsüz, bu istiqamətdə ən ümdə 

vəzifəmiz,  sözün  tam  mənasında,  tələ-

bə-mərkəzli  universitetə  çevrilmək  üçün 

maddi-texniki  bazanın  inteqrə  edilmiş 

kampus  modeli  əsasında  təkmilləşdiril-

məsidir. Müasir tələbənin məişət ehtiyac-

larından tutmuş peşəkar əlaqələr və elmi 

fəaliyyətinədək hər şey tələbənin ayağına  

ən asan həzmediləcək formada gətirilmə-

lidir. Bu, təkcə infrastruktur deyil, onunla 

birlikdə tamamilə fərqli mühit deməkdir. 

İnanıram ki, yalnız təhsilə və onun nəti-

cələrinə  bu  cür,  sözün  yaxşı  mənasında 

“tilsimlənmiş” tələbə oxuduğu müddətdə 

davamlı  transformasiyalardan  keçər  və 

sürətlə  inkişaf  edər.  Odur  ki,  tələbə  uni-

versitetə  qədəm  qoyduğu  gündən  inki-

şafın  “sehrli  aləminə”  düşməlidir.  Orada 

onun  öyrənməsinə  və  inkişafına  heç  nə 

mane olmamalı, hər şey onun potensialı-

nın  üzə  çıxmasını  və  həmin  istiqamətdə 

inkişafını stimullaşdırmalıdır. 

Azərbaycan Universiteti xarici tələ-

bələr  üçün  əsasən  hansı  istiqamətlər 

üzrə  təhsil  xidmətləri  təklif  edir  və 

hansı ölkələrdən tələbələriniz var?

F.Ə.: 

Hələlik  bizdən  asılı  olmayan  sə-

bəblərə  görə  bu  sahədə  xidmətlərimizin 

həcmi  məhduddur  və  uzunmüddətli  təh-

sil  və  ya  qısamüddətli  dil  hazırlığı  kimi 

xidmətlərimizdən  faydalanan  əcnəbilərin 

sayı minimuma enmişdir. Ümumilikdə isə, 

bütün  istiqamətlər  xarici  tələbələr  üçün 

açıqdır və gələcəkdə bu xidmətləri geniş-

ləndirmək niyyətindəyik. 

Apardığımız  araşdırmaya  görə,  ölkə-

mizdə  ali  təhsilə  tələbat  əsasən  yaxın 

coğrafiyadandır, hər üç dildə və ali təhsi-

lin bütün səviyyələri üzrə mövcuddur və 

xeyli dərəcədə qarşılanmamış qalır. Təq-

dim  etdiyimiz  sahələr  üzrə  bu  tələbatın 

qarşılanması və bunun üçün universitetin 

tanıdılması  və  əcnəbi  tələbələrə  yönəlik 

xidmətlərin və çevik qrafiklərin hazırlan-

ması ortamüddətli planlarımıza daxildir.



Bir tələbənin “Nə üçün Azərbaycan 

Universitetini  seçim”  sualına  ən  ruh-

landırıcı cavab nə ola bilər?

F.Ə.: 

Bunun  cavabı  çoxdur.  Söhbətimin 

əvvəlində qeyd etdiyim kimi, biz nə qədər 

kiçik olsaq da, özünəməxsusluqlarımız çox-

dur və məhdudiyyətlərə rəğmən bugünədək 

qoruyub saxlaya və inkişaf etdirə bilmişik.

Misal  üçün,  bura  öyrənmək  və  öz  po-

tensialını aşkar edib inkişaf etmək istəyən 

tələbələr üçün ən münasibdir, əzbərləmək 

və  başqa  yollarla  qiymət  almaq  istəyən 

tələbələr  üçün  isə  qətiyyən  uyğun  deyil 

və belələri çox geri qalacaq və dəyişməyə 

məcbur  olacaqlar.  Məqsəd  formalaşmış 

stereotipləri qırmaqdır, burada əsas prin-

sip heç oxumaq da deyil, öyrənmək və tət-

biq etməkdir. Verilən materiallar çox olma-

ğa deyil, praktik olmağa yönəlib ki, tələbə 

öyrənmənin abstrakt deyil, faydalı, maraq-

lı  və  fərdi  inkişafın  bir  parçası  olduğuna 

inansın. Kurikulum müxtəlif elmlərdən bir 

parça  prinsipi  ilə  deyil,  tələbənin  seçdiyi 

istiqamətdə ardıcıl və bütöv hazırlanması 

prinsipi ilə hazırlanıb və tətbiq edilir. Məz-

mun  bazarın  tələblərinə  uyğunlaşdırıldı-

ğından, tələbənin ilbəil peşəkar dəyərinin 

artmasına xidmət edir və hər bir sahə üzrə 

bilik və praktik vərdişlərdən əlavə, müna-

sib davranış və ritorika qazandırır. Fənlər 

bir-birini tamamladığından və praktiki tət-

biqi tapdığından tələbə özü də bu inkişafı 

özündə kəşf edir və öyrənmək üçün daha 

çox motivasiya olur. Odur ki, bizim hədəf 

seqmentimiz  öyrənmək  və  tətbiq  etmək-

lə  inkişaf  etməyi  və  peşəkara  çevrilməyi 

özünə  hədəf  edən  tələbələrdir  və  onlara 

müraciətimizin  daha  güclü  səslənməsi 

üçün bayaq qeyd etdiyim rebrendinqə eh-

tiyacımız var. 

Həmçinin  qabaqcıl  holdinq  tərkibində 

fəaliyyət  göstərməyimiz  təlim,  təcrübə  və 

iş  istiqamətlərində  yararlanmaq  imkanı 

verir.  İşəgötürənlər  də  özlərinə  lazım  ola-

caq  mütəxəssisləri  tələbələrimiz  arasında 

tapa bilirlər və onların dil, ünsiyyət və tex-

niki bacarıqlarından uğurla istifadə edirlər. 

İngilis  dilinin  inkişafına  digər  universitet-

lərdən  daha  çox  saat  ayrılmasına  baxma-

yaraq, bakalavrlar hazırda ingilisdilli təhsili 

cəmi  dörd  ilə  tamamlayırlar.  Bu  da  onlar 

üçün  vaxt  və  maliyyə  qazancı  deməkdir. 

Universitetə  tələbələrlə  birbaşa  praktik 

iş  və  seminarlar  aparmaq  məqsədilə  hər 

həftə kənardan tanınmış biznes peşəkarla-

biznes təhsili 

30

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


rı dəvət olunur. Tələbələri daha yaxşı oxu-

mağa  stimullaşdırmaq  məqsədilə  üçpilləli 

daxili təqaüd proqramı tətbiq edilir və on-

ların xarici universitetlərlə mübadilə proq-

ramlarında  iştirakı  maliyyələşdirilir.  Bura, 

nəhayət,  valideynlərin  övladlarının  təhsi-

lindən daha çox rahat ola biləcəyi və inkişa-

fından qürrələnəcəyi ali təhsil ocağıdır.



Universitetinizdə  digər  ixtisaslarla 

yanaşı  biznes  və  iqtisadiyyatyönüm-

lü  ixtisaslar  da  var.  Jurnalımızın  bu 

sayının  mövzusu  biznes  təhsili  oldu-

ğu  üçün  belə  bir  sualımız  var:  biznes 

təhsili almaq isytəyən gənclər nə üçün 

Azərbaycan Universitetini seçməlidir? 

F.Ə.: 

Çünki  onlar  burada  ölkə  bizne-

sinin  qabaqcıl  peşəkarları  hesab  olunan 

Qərbtəhsilli  yerli  və  xarici  müəllimlər-

dən  biznesin  incəliklərini  öyrənəcəklər 

və «göz qabağında» aybaay peşəkar kimi 

yetişməklə  yaxınlarını  sözün  yaxşı  mə-

nasında  təəccübləndirə  biləcəklər.  Bura 

tələbənin  biliklərinin,  dünyagörüşünün, 

davranışının, danışıq tərzinin və əlaqə da-

irəsinin dəyişdiyi və biznes aləminə peşə-

kar kimi qədəm qoymağa imkan yaradan 

laboratoriyadır.  Burada  ABŞ-ın  aparıcı 

universitetinin  kurikulumu  əsasında  in-

novativ və unikal  ixtisas proqramları və 

Qərbin ən şöhrətli müəllifləri tərəfindən 

hazırlanan dərs vəsaitləri istifadə olunur.  

Proqram tələbələrin ingilis dili, yumşaq 

və texniki səriştələrini ölkədə ən rəqabətli 

səviyyədə inkişaf etdirməklə, onların biz-

nes karyeralarında irəliləmələrini nəzərdə 

tutur  və  bunun  üçün  tədris  edən  müəl-

limlərin iş təcrübəsi ilə sıx əlaqəli olması 

mühümdür.  Müəllimlərimiz  geniş  korpo-

rativ təcrübəyə və yüksək vəzifələrə sahib 

şəxslərdir  və  onların  peşəkar  təlim-kou-

çinq-konsultasiyalar aparmaq təcrübələri-

nin olmasına diqqət edilir.

Təhsil bakalavr və magistr səviyyələrin-

də, marketinq, maliyyə, mühasibat və audit, 

beynəlxalq biznes və menecment ixtisasları 

üzrə  aparılır.  Azərbaycandilli  qruplarda  da 

ingilisdilli  proqramların  kurikulumu,  silla-

busları, keyfiyyəti və orada yaranmış təcrübə 

eyni müəllimlər tərəfindən tamamilə tətbiq 

edilir.  Buna  digər  universitetlərdə  rast  gəl-

mək mümkün deyil. İşəgötürənlərin tələba-

tına uyğun modulyar tədris tətbiq olunur və 

dərslər  real  biznes  problemlərinin  effektiv 

həlli yollarının axtarılması üzərində qurulur. 

Bakalavrlar 3-cü tədris ilindən aparıcı şirkət-

lərdə iş tapır və qazandıqları səriştələri tət-

biq etmək imkanı qazanırlar. İnkişafın prak-

tikliyini  artırmaq  məqsədilə  kurikulumdan 

kənar təlimlər, biznes seminarları və danışıq 

klubları fəaliyyət göstərir.

Buranın  daha  bir  özəlliyi  mərhələli 

və sistemli kurikulumun tətbiq olunma-

sıdır. Məsələn, bakalavriatda verilən 35 

fənnə sistem yanaşması tələbəni 4 il ər-

zində 35 kiçik, lakin ardıcıl nizamlanmış 

addımla orta məktəb məzunundan biz-

neslər tərəfindən tələb olunan peşəkara 

çevirir.  Proqramın  mərhələlərə  bölün-

məsi isə inkişafın hər mərhələsində qiy-

mətləndirməni və proqramın səriştələr 

üzrə  nəticəyönümlü  olmasını  mümkün 

edir.  Belə  ki,  tələbə  ilk  mərhələdə  dil, 

kompüter və biznes üçün riyaziyyat sə-

riştələrini mənimsəyir. Sonra keçid mər-

hələsində tələbə fəal dinləmə, akademik 

yazı,  tənqidi  və  analitik  düşüncə  səriş-

tələrini  möhkəmlədir.  Burada  habelə 

təşkilati  davranışın  yumşaq  səriştələri 

öyrədilir.  Bunlar  növbəti  mərhələdə 

proqramın  daha  böyük  hissəsini  təşkil 

edən  biznes  fənlərində  faydalı  iştirakı 

təmin  edir.  Ümumi  biznes  səriştələrini 

qazanmış  tələbə  sonuncu  mərhələdə 

ixtisas və strateji idarəetmə bacarıqları 

əldə edir.

Biznes və iqtisadiyyatyönümlü ixti-

saslar üzrə təhsil alan tələbələrin kar-

yeralarının  planlaşdırılmasına  dəstək 

olmaqla  onları  iş  həyatına  hazırla-

maq məqsədilə hər hansı bir layihə və 

proqramlar həyata keçirilirmi?

F.Ə.: 

Bəli. Hər həftə kənardan tanınmış 

biznes  peşəkarları  dəvət  olunur.  Onlar 

tələbələrlə birbaşa praktik iş və seminar-

lar  aparırlar.  Bundan  əlavə,  tələbələrin 

karyera planlaşdırılması və peşəkar inki-

şafı  onların  kurikulumlarına  daxil  edilib 

və  tələbələrin  bu  istiqamətdə  hazırlığı 

peşəkar  təcrübəsi  olan  müəllim  tərəfin-

dən  aparılır.  Burada  tələbələr  əmək  ba-

zarının  ehtiyaclarını  öyrənir  və  müvafiq 

yumşaq vərdişlər qazanırlar. Tələbələrin 

iş  təcrübələri,  habelə  müəllimlərinin  və 

onların  çalışdıqları  şirkətlərin  fəaliy-

yətlərinə  qısamüddətli  cəlb  olunmaları 

onların iş həyatı ilə tanışlığının və peşə-

kar  əlaqələrinin  genişlənməsinə  səbəb 

olur.  Bu  sahədə  görüləcək  işləri  sistem-

ləşdirmək  məqsədilə  Biznes  və  Karyera 

mərkəzlərinin  işinin  təkmilləşdirilməsi 

nəzərdə  tutulub  ki,  bura  bizneslə  əlaqə-

dar  daha  çox  tədbirlərin  keçirilməsi, 

habelə  şirkətlərin  real  ehtiyaclarına 

əsaslanan  biznes  araşdırmalarının  apa-

rılması üçün tələbələrə verilməsi daxildir. 

Bu, tələbələrə real şirkət adamları və on-

ların real problemləri ilə üzləşmək fürsəti 

və  dərslik  məsələlərində  tətbiq  etdikləri 

həll metodlarını real müştəriyə təklif et-

mək imkanı verəcək. 



Azərbaycan  Universiteti  ilə  Azər-

baycan  Türkiyə  İş  Adamları  Birliyi 

arasında ölkə iqtisadiyyatının dinamik 

inkişafına cavab verə bilən, rəqabətyö-

nümlü  mütəxəssislərin  hazırlanması 

üçün əməkdaşlığa dair müqavilə imza-

lanıb.  Bu əməkdaşlıqdan gözləntiləri-

niz nələrdir?

F.Ə.: 

ATİB və AU ölkədə müxtəlif sektor-

lardan olan bir çox qabaqcıl biznesləri bir-

ləşdirən, lakin fərqli potensialı və ehtiyacla-

rı olan platformalardır. Əməkdaşlığımız bu 

ehtiyacların öyrənilməsi və qarşı tərəfin po-

tensialı tərəfindən təmin edilməsi əsasında 

qurularsa,  qarşılıqlı  faydaya  əsaslanar  və 

deməli, daha dayanıqlı və davamlı olar.

İlk növbədə ATİB böyük və qabaqcıl bir 

əmək bazarını təmsil edir və ATİB-in tələb-

lərini öyrənmək və qarşılamaq bizim üçün 

bazarın  tələblərinə  uyğunlaşaraq  rəqabət 

qabiliyyətini gücləndirmək deməkdir. Söz-

süz,  ATİB-i  gələcəkdə  Biznes  və  Karyera 

mərkəzlərinin  əsas  tərəfdaşı  və  maraqlı 

tərəfi  kimi  görürəm.  Tələbələrimiz  ATİB 

vasitəsilə  iş  və  qısamüddətli  təcrübə  qa-

zanmaq imkanı əldə edəcəklər. ATİB üzv-

ləri universitetdə tədbirlərin keçirilməsinə 

və fənlərin tədris edilməsinə qonaq və ya 

əsas müəllim kimi cəlb edilə, habelə şirkət-

lərinin  təlim  və  konsaltinq  ehtiyaclarını 

burada qarşılaya bilərlər. 



Fərid Turab oğlu Əhmədov 

Azərbaycan Universitetinin rektoru, hüquq 

üzrə fəlsəfə doktoru

Azərbaycan Universitetinin rektoru, hüquq 

üzrə fəlsəfə doktoru Fərid Əhmədov 14 iyul 

1979-cu ildə Bakı şəhərində anadan olub. 

1996-cı ildə Bakı şəhərindəki 43 saylı liseyi 

bitirib. 

2002-ci  ildə  həm  Bakı  Dövlət  Univer-

sitetinin  (BDU)  Beynəlxalq  hüquq  fa-

kültəsinin  bakalavriat  və  magistratura 

pillələrini,  həm  də  2003-cü  ildə  Böyük 

Britaniyanın  “British  Chevening  təqa-

üdü”  ilə  təhsil  aldığı  Essex  Universite-

tində  magistratura  pilləsini  fərqlənmə 

diplomu  ilə  bitirib.    2009-cu  ildə  Azər-

baycan  Respublikasının  Prezidenti  ya-

nında Ali Attestasiya Komissiyasının qə-

rarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi 

dərəcəsinə layiq görülüb.  

O, dünyanın ən mötəbər və yüksək reytinqli 

universitetlərindən  olan  Böyük  Britaniya-

nın  Oksford  Universitetində  hüquq  üzrə 

doktorluq  dissertasiyası  müdafiə  edən  ye-

ganə azərbaycanlıdır. 

Fərid Əhmədov eyni zamanda 2009-2011-

ci illərdə sözügedən universitetdə müxtəlif  

ölkələrdən olan diplomatlara və dövlət qul-

luqçularına  beynəlxalq  hüquq  fənni  üzrə 

mühazirələr oxumuşdur. 

2011-ci ildən rektor təyin olunduğu tarixə-

dək  ADA  Universitetində,  ondan  öncə  isə 

Milli  Məclisdə və Konstitusiya Məhkəməsin-

də çalışmışdır.

Fərid  Əhmədov  26  yanvar  2015-ci  il  ta-

rixində Azərbaycan Universitetinin rektoru 

vəzifəsinə təyin olunmuşdur.

biznes təhsili 

31

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə