Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə47/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   43   44   45   46   47   48   49   50   ...   142

 

143 


 

 

Sirkə turşusu müxtəlif növ şərabların tərkibində daha çox 



olur. Şərabda olan uçucu turşuların 90%-ni sirkə turşusu təşkil 

edir.  Ona  görə  də  şərabda  uçucu  turşuların  miqdarca  təyini 

sirkə turşusuna görə müəyyən edilir. Sirkə turşusu zəif spirtliyə 

malik olan şərabların (süfrə şərabları) tərkibində daha çox olur. 

Bu  turşu  konserv  sənayesində  müxtəlif  növ  meyvələrdən 

hazırlanmış marinadların istehsalında geniş istifadə olunur.  



Yağ 

turşusu 

– 

CH

3

–CH

2

–CH

2

–COOH. 

Bitkilərin 

tərkibində  həm  sərbəst,  həm  də  birləşmiş  şəkildə  təsadüf 

olunur.  Yağ  turşusu  xoşagəlməyən  kəskin  iyə  malikdir.  Yağ 

turşusu əsasən müxtəlif yağların qıcqırması zamanı əmələ gəlir. 

Yağ turşusu mürəkkəb efirlər formasında qənnadı sənayesində 

geniş istifadə olunur. Məsələn, yağ turşusunun metil efiri alma, 

etil efiri isə ananas ətirlərinə malikdir. Bitkilərdə olein, linol və 

linolen  kimi  doymamış  birəsaslı  alifatik  turşulara  da  rast 

gəlinir.  Bu turşular ən  çox bitki  yağlarının tərkibində olur. Bu 

turşular subtropik meyvələrin (zeytun, feyxoa və s.) tərkibində 

daha  çox  olur.  Bu  turşulardan  əmələ  gələn  bitki  yağları  insan 

orqanizmi  üçün  əvəzolunmayan  qida  maddələri  adlanır.  Ona 

görə ki, insan orqanizmi belə yağları sintez etmək qabiliyyətinə 

malik  deyildir.  Bu  yağlar  təbabətdə  dərman  maddəsi  kimi  də 

istifadə olunur (bu barədə lipidlər bəhsində geniş yazılmışdır).  



2. Alifatik çoxəsaslı turşular.  Bu turşuların tərkibində iki 

və  daha  çox  karboksil  qrupları  olur.  Bitkilərdə  alifatik 

çoxəsaslı turşulardan quzuqulaq, kəhrəba, fumar turşuları daha 

geniş yayılmışdır.  



Quzuqulağı 

turşusu 

(COOH–COOH). 

Quzuqulağı 

turşusuna  bitkilərin  tərkibində  həm  sərbəst,  həm  də  duzlarla 

birləşmiş  şəkildə  təsadüf  olunur.  Bitkilərdə  ən  çox  quzuqulağı 

turşusu  kalsium  duzları  şəklində  olur.  Meyvələrdə  və  üzümdə 

az  miqdarda  (0,005-0,06%)  olur.  Üzüm  şirəsinin  qıcqırması 

zamanı şərab turşusunun oksidləşməsindən də əmələ gəlir. Ona 

görə də quzuqulaq turşusu üzümdə az, şərabda isə nisbətən çox 

olur.  



 

144 


 

 

Kəhrəba  turşusu  (HOOC–CH



2

–CH

2

–COOH).  Bitkilərin, 

o  cümlədən  qırmızı  moruğun,  gilasın,  almanın,  üzümün 

tərkibində  rast  gəlinir.  Spirt  qıcqırması  zamanı  miqdarca 

çoxalır.  

Temperaturun  təsirindən  bir  molekul  su  itirərək  qapalı 

kəhrəba anhidridinə çevrilir. 

                                                          O 

                                      H

2

C–C  


                                                          O 

                                      H

2

C–C          



                                                          O 

Kəhrəba  turşusu  suda,  spirtdə  və  efirdə  yaxşı  həll  olur. 

Ancaq  benzində,  benzolda  və  xloroformda  isə  həll  olmur. 

Bitkilərdə krebs tsikli üzrə tənəffüs prosesi zamanı əmələ gəlir. 

Bundan  başqa  amin  turşularının  əmələ  gəlməsində  və 

sintezində iştirak edir.  



Fumar  turşusu  (HOOC–CH=CH–COOH).  Bu  turşu  ən 

çox  yetişməmiş  üzümün  və  meyvələrin  tərkibində  olur. 

Bitkilərdə  təsadüf  olunan  fumarathidrataza  fermentinin  təsiri 

ilə  alma  turşusuna  çevrilir.  Meyvələrdə  və  üzümdə  olan  alma 

turşusunun  müəyyən  qismi  fumar  turşusunun  fermentativ 

çevrilməsi zamanı əmələ gəlir. 



3. Alifatik birəsaslı turşular. Belə turşuların tərkibində bir 

karboksil  qrupu  bir  və  ya  bir  neçə  hidroksil  qrupları  olur. 

Bitkilərdə  ən  çox  təsadüf  olunan  birəsaslı  oksiturşulara  misal 

olaraq aşağıdakıları göstərmək olar: 

Qlikol turşusu – CH

2

OH–COOH 



Süd turşusu – CH

3

–CHOH–COOH 



Qliserin turşusu – CH

2

–OH–CHOH–COOH 



Qlukon turşusu – CH

2

OH(CHOH)



4

–COOH 


Qlikol  turşusu  suda,  spirtdə  və  efirdə  yaxşı  həll  olur. 

Yabanı  bitkilərin  tərkibində  daha  çox  rast  gəlinir.  Meyvələrin 

və  üzümün  tərkibində  isə  miqdarca  az  olur.  Qlikol  turşusunun 



 

145 


 

 

oksidləşməsindən qlioksil quzuqulaq və qarışqa turşuları əmələ 



gəlir.  

Süd  turşusu  bitkilərin  tərkibində  geniş  yayılmışdır.  Bu 

turşu  suda,  spirtdə,  efirdə  və  qliserində  yaxşı  həll  olur,  amma 

benzində  və  xloroformda  isə  həll  olur,  amma  benzində  və 

xloroformda  isə  həll  olmur.  Tərkibində  bir  asimmetrik  karbon 

atomu  olduğuna  görə  bitkilərdə  D  və  H  formalarda  təsadüf 

olunur. Süd turşusu bitkilərdə anaerob tənəffüs prosesi zamanı 

əmələ  gəlir.  Bu  turşu  ən  çox  süd  turşusu  qıcqırmasında,  süd 

turşusu  bakteriyalarının  təsiri  ilə  əmələ  gəlir.  Ona  görə  də 

üzümün  tərkibində  50  mq/dm

3

  olursa,  şərabda  isə  0,5  mq/dm



3

 

miqdarında  olur.  Süd  turşusundan  yeyinti  sənayesində  geniş 



istifadə  olunur.  Belə  ki,  ondan  konfet  istehsalında  alkoqolsuz 

içkilərin istehsalında istifadə olunur.  



Qliserin  turşusu.  Başqa  turşulara  nisbətən  bitkilərin 

tərkibində  az  miqdarda  olur.  Əsasən  spirt  qıcqırması  zamanı 

aralıq  məhsul  kimi  əmələ  gəlir.  Üzümdə  və  ondan  alınan 

məhsullarda az miqdarda rast gəlinir.  



Qlükon  turşusu.  Bitkilərin  tərkibində  D-qlükol  turşusuna 

rast  gəlinir.  Qlükon  turşusu  bitkilərdə  qlükozanın  fermentativ 

oksidləşməsi  zamanı  əmələ  gəlir.  Qlükon  turşusu  kif  göbələyi 

xəstəliyinə  tutulmuş  bitki  mənşəli  məhsullarda  daha  çox  olur. 

Üzümdə  120  mq/dm

3

  miqdarında  olur.  Şərabda  isə  nisbətən 



çox  olur.  Bu  onunla  izah  olunur  ki,  üzüm  şirəsinin  qıcqırması 

zamanı əsasən mikroorqanizmlər tərəfindən sintez olunur.  



4.  Alifatik  çoxəsaslı  oksiturşular.  Bitkilərdə  və  bitki 

mənşəli məhsullarda ən çox alma, şərab, limon dioksifumar və 

şəkər turşularına rast gəlinir.  

Alma 

turşusu 

(HCOH-CH

2

-CH

2

OH-COOH). 

Alma 


turşusunun tərkibində asimmetrik karbon atomu olduğuna görə 

onun L və D izomer formaları mövcuddur. Bitkilərdə ən çox L-

alma  turşusuna  təsadüf  olunur.  Almanın  tərkibində  daha  çox 

olur  (3-7  q/kq).  Bundan  başqa  yetişməmiş  üzümdə  və  onun 

yarpağında  da  çox  olur.  Üzüm  yetişdikcə  alma  turşusunun 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə