ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə12/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   ...   8   9   10   11   12   13   14   15   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
28 
1999-cu ildə Lənkəran mümkün NQR-nin Uzuntəpə sahəsində 
MTZ üsulu ilə elektrik kəşfiyyatı, Aşağı Kür NQR-nin Xıdırlı-
Bəndovan və Naxçıvan NQR-nin Çeşməbasar-Qahab-Keçəltəpə 
sahələrində seysmik kəşfiyyat işləri aparılır. 
2000-ci ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Şamaxı-
Qobustan NQR-nin Daşmərdan-Güngörməz-Kolanı və Naxçıvan NQR-
nin Çeşməbasar, Şahtaxtı-Qıvraq sahələrində seysmik kəşfiyyat işləri 
aparılır. 
2000-ci ildən başlayaraq AzNSETLİ-nin laboratoriyalarında 
Azərbaycanın quru ərazisindəki neftli-qazlı rayonlarının Mezokaynozoy 
kompleksinin neft-qazlılıq perspektivliyini araşdırmaq və axtarış-
kəşfiyyat işlərinin istiqamətlərini müəyyən etmək məqsədilə tədqiqat 
işləri aparılır. Bu illərdə “AzNSETLİ tərəfindən vaxtilə təklif olunan, 
lakin icra olunmayan axtarış-kəşfiyyat işlərinin aktuallığı və son illərdə 
alınan geoloji-geofiziki məlumatlardan istifadə etməklə 2001-2005-ci 
ilə axtarış-kəşfiyyat işlərinin geniş həcmli proqramının hazırlanması” 
(2000), “Respublikanın quru sahələrində Mezozoy çöküntülərində 
aparılmış axtarış-kəşfiyyat işlərinin təhlili, nəticəsizliyin səbəbləri və 
onun neft-qazlılıq perspektivliyinin müəyyənləşdirilməsi, yeni 
təkliflərin hazırlanması” (2001), “Azərbaycanın Mezokaynozoy çöküntü 
hövzələrinin 
paleotektonik, 
paleocoğrafi 
və 
termodinamik 
xüsusiyyətlərinə görə neft və qazlılıq perspektivliyinin əsaslandırılması” 
(2002-2003), “Azərbaycanda Paleogen-Miosen çöküntülərinə aparılmış 
axtarış-kəşfiyyat işlərinin nəticələrinin təhlili və bu çöküntülərə 
aparılacaq axtarış-kəşfiyyat işlərinin səmərəliyinin artırılması üzrə 
təkliflərin hazırlanması” (2004), ''Azərbaycanın quru ərazisində 
Mezozoy çöküntüləri ilə əlaqədar neftli-qazlı tələlərin inkişaf 
zonalarının araşdırılması, neft-qazlılıq perspektivliyinin müəyyən 
edilməsi və axtarış-kəşfiyyatın səmərəli istiqamətləri üzrə təkliflərin 


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
29 
hazırlanması'' (2005) elmi-tədqiqat işləri yerinə yetirilir. Bu işlərin 
nəticəsində neftli-qazlı rayonların ayrı-ayrı çöküntü kompleksləri üzrə 
struktur, qalınlıq, qumluluq xəritələri və profillər qurulur. 
2001-2002-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən 
Xəzəryanı-Quba NQR-nin Xaçmaz-Niyazoba, Bəyimdağ-Təkçay, 
Tuğçay-Hacı Zeynalabdin və Lənkəran mümkün NQR-nin Uzuntəpə
Qırmızıkənd, Tumarxanlı-Qızılağac sahələrində geofiziki kəşfiyyat 
işləri aparılır. Bəyimdağ-Təkçay, Tuğçay-Hacı Zeynalabdin sahələrində 
seysmik kəşfiyyatın müasir üsulları ilə aparılan tədqiqat işləri 
nəticəsində alt Təbaşirin yuxarılarına uyğun gələn I və alt Təbaşirin 
daxilində olan II seysmik horizontlar üzrə sxematik struktur xəritələr və 
profil kəsilişləri tərtib edilmişdir. 
2001-ci ildə kompleks geofiziki tədqiqat (seysmoqravimetrik) 
üsulları ilə Nəvahi sahəsinin şimal-şərq və şərq hissələrində birbaşa 
axtarış üsulları ilə yerinə yetirilən çöl planalma işləri əsasında 
Məhsuldar Qat çöküntülərinin yuxarılarında I-I
1
horizontları arasında 
müxtəlif lay dəstələrinin pazlaşma zonalarına aid edilən və bir-birindən 
ayrı iki sahədə, “yataq tipli anomaliya”lar (YTA) aşkar edir. Müəyyən 
edilmişdir ki, Nəvahi sinklinalının mərkəzindən şimal-şərq tərəfdə 
yerləşmiş birinci “YTA” təxminən 3200 m, ikinci isə 1800 m dərinliyə 
uyğun gəlir.
2002-ci ildə geofiziki tədqiqatlar nəticəsində Yevlax-Ağcabədi, 
çökəkliyinin cənub-qərb yamacında Eosen və Maykop çöküntüləri 
daxilində qeyri-antiklinal tipli tələlər aşkar edilir. Tələlərin neft-qaz 
perspektivliyini öyrənək üçün pazlaşma zonalarında yerləşən 
çöküntülərin qalınlıq xəritəsi və paleogeoloji kəsilişlər tərtib edilmişdir.
Ağcabədi-Beyləqan və Ağgöl-Sovetlər sahələrində Eosen və Təbaşir 
çöküntüləri üzrə kollektor xüsusiyyətlərinə malik laylar ayrılmışdır. Bu 
laylar məsaməliliyin, çöküntülərin litofasial tərkibinin analizi, seysmik 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə