ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə2/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   2   3   4   5   6   7   8   9   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 

Süleymanov Əli Mahmud oğlu 13 
mart 1937-ci ildə Şabran rayonunun 
Zeyvə kəndində anadan olmuşdur. 
1955-ci ildə Azərbaycan Sənaye 
İnstitutunun (İndiki Azərbaycan 
Dövlət Neft Akademiyası) geoloji-
kəşfiyyat fakültəsinə daxil olmuşdur. 
1960-cı ildə institutu bitirərək
təyinatla Türkmənistanın “Cənub-
Şərqi Qaraqum ekspedisiyası”nda 
texnik-geoloq vəzifəsində əmək 
fəaliyyətinə başlamışdır. 1961-1964-
cü illərdə Azərbaycan Dövlət Elmi-
Tədqiqat Neftçıxarma İnstitutunda 
texnik-geoloq, 
mühəndis-geoloq 
vəzifələrində işləmiş, 1965-1968-ci 
illərdə həmin İnstitutun nəzdində aspiranturanın əyani şöbəsində oxumuşdur. 
1969-cu ildə “Xəzəryanı-Quba neftli-qazlı rayonunun Təbaşir dövründə 
paleogeologiyası və Təbaşir çöküntülərinin neft-qazlılığı” mövzusunda 
dissertasiya işi müdafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik 
dərəcəsinə layiq görülmüşdür.
1978-1980-ci illərdə Hindistan Respublikasının ONGC şirkətinə 
qeyri-antiklinal tipli neft-qaz yataqlarının axtarış-kəşfiyyatı üzrə Sovet 
eksperti, 1986-1989-cu illərdə Suriya Ərəb Respublikasında Suriya-Sovet 
birgə geoloji kontraktında baş geoloq, 1989-1994-cü illərdə AzNQSDETL
İnstitutunda böyük və aparıcı-geoloq vəzifələrində işləmişdir. 
1994-cü ildən “Neftqazelmitədqiqatlayihə” institutunun “Axtarış-
kəşfiyyat işlərinin təhlili və quyuların qazılmasının əsaslandırılması”
laboratoriyasının müdiridir.
Elmi tədqiqat istiqamətləri əsasən neft qaz yataqlarının geologiyası, 
axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoğrafi 
inkişafı və struktur-tektonik quruluşu ilə əlaqədardır. 80 elmi məqalə, o 
cümlədən 3 monoqrafiyanın müəllifi və həmmüəllifidir. “Azneft” İB-də 
“Ehtiyatlar üzrə daimi fəaliyyət göstərən komissiyanın üzvüdür. 
2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri 
Fərmanı ilə təltif edilmişdir. 
2006-cı ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti
seçilmiş və 2008-ci ildə cəmiyyətin işində səmərəli fəaliyyətinə görə fəxri 
fərmanla təltif olunmuşdur.


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 

Məhərrəmov Bakir İsmayıl 
oğlu 1960-cı ildə Gədəbəy rayonu
Şınıx mahalının Göyəlli kəndində 
ziyalı ailəsində anadan olmuşdur. 
1977-ci ildə Çayrəsullu 10 illik orta 
məktəbini fərqlənmə ilə bitirmişdir. 
1978-ci ildə Azərbaycan Neft-Kimya 
İnstitutuna 
(İndiki 
Azərbaycan 
Dövlət Neft Akademiyası) daxil 
olmuş 
və 
əmək 
fəaliyyətini 
dayandırmadan axşam şöbəsində 
təhsil almışdır.
1979-1981-ci illərdə hərbi 
xidmətdə olmuşdur. 1987-ci ildə 
həmin institutun “Geoloji-kəşfiyyat” 
fakültəsini bitirmişdir.
1984-cü ildən “Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və 
Layihə İnstitutu”nda (AzNQSDETLİ) işləməyə başlamışdır. 1984-2006-cı 
illər ərzində “Axtarış-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi” 
laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 
1994-1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan 
Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 
2004-cü ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının 
geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə 
edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
2006-2011-cı illərdə “Quyuların qazılmasının geoloji əsaslandırılması” 
laboratoriyasında müdir vəzifəsində işləmiş, 2011-2014-cü illərdə "Axtarış-
kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" 
laboratoriyasında müdir müavini vəzifəsində çalışmış, 2014-cü ildə isə həmin 
laboratoriyanın müdiri təyin edilmişdir. 
Elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı 
və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoğrafi inkişafı, 
struktur-tektonik quruluşu və geoloji mürəkkəbləşmələr ilə əlaqədardır. 35 
elmi məqalənin müəllifidir. “Azneft” İB-də “Ehtiyatlar üzrə daimi fəaliyyət 
göstərən komissiyanın üzvüdür. 
2008-2013-cü illərdə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin 
vitse-Prezidenti, 
2010-2014-cü 
illərdə 
“Neftqazelmitədqiqatlayihə” 
İnstitutunda yaradılmış bölməsinin rəhbəri olmuş, 2014-cü ildə isə 
“Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti seçilmişdir. 


Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 



Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 



Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 



Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə