ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə5/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   2   3   4   5   6   7   8   9   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
14 
1872-ci ildən 1884-cü ilə kimi Abşeron yarımadasında neft 
istehsalı nisbətən azalmışdı. Belə ki, 1872-ci ildə cəmi 26,1 min 
ton,1882-ci ildə 818,0 min ton neft istehsal olunmuşdu. Neft istehsalı 
1884-cü ildən sonra sürətlə artmağa başlayır. 1887-ci ildə neft 
istehsalı 2327,4 min ton, 1892-ci ildə 4658,1 min ton, 1897-ci ildə 
6948,9 min ton, nəhayət, 1901-ci ildə isə 10978,8 min tona çatdırılır. 
XX əsrin əvvəllərində Böyük Qafqazın cənub-şərq batımında 
nisbətən daha dəqiq geoloji-tədqiqat işləri aparılır. 1902-ci ildə 
K.İ.Boqdanoviç Xəzəryanı-Quba əyalətinin və Şimali Qobustanın 
Mezozoy çöküntülərinin yayılma sahələrinin sxematik xəritəsini qurur. 
1903-cü ildə Binəqədi, 1904-cü ildə Pirallahı adası neft 
yataqlarının istismarına başlanılır. 1904-cü ildə uzun zaman qaz 
yatağı hesab olunan Suraxanı, 1910-cu ildə isə Şubanı sahələrində 
neftli horizontlar aşkar edilir. 
XX əsrin əvvəllərində Rusiya neft sənayesində baş verən 
böhranla əlaqədar olaraq, Bakıda da neft istehsalı xeyli azalır. 1905-ci 
ildə burada çıxarılan neftin miqdarı 6784,0 min ton, 1913-cü ildə isə 
7626,9 min ton olur.
1918-1919-cu illərdə neft istehsalı getdikcə azalaraq 3425 min 
tona, 1920-1921-ci illərdə isə 2457 min tona qədər aşağı düşür. 
1901-1920-ci illərdə Geoloji Komitə tərəfindən Abşeron 
yarımadası, Şamaxı-Qobustan, Xəzəyanı-Quba rayonlarında və Aşağı 
Kür çökəkliyində geniş miqyaslı geoloji planalma işləri aparılır. 
Azərbaycanın geologiya və neft-qazlılığını M.V.Abramoviç, 
N.İ.Andrusov, K.İ.Boqdanoviç, P.Q.Volaroviç, D.V.Qolubyatnikov, 
İ.M.Qubkin, K.P.Kalitski, K.V.Xariçkov, N.İ.Uşeykin, N.İ.Lebedev, 
S.A.Kovaleviski, D.V.Samoylov, S.İ.Çarnotski və b. araşdırırlar. 
K.İ.Boqdanoviç tərəfindən hazırlanan Mezozoy çöküntülərinin 
sxematik xəritəsi 1914-1916-cı illərdə İ.M.Qubkin tərəfindən xeyli 


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
15 
dərəcədə dəqiqləşdirilir. O, Abşeron yarımadasının şimal-qərb 
hissəsində dəqiq geoloji planalma işləri aparır. Bununla yanaşı Şimali 
Qobustanda da dəqiq geoloji xəritəalma işlərini davam etdirərək, xeyli 
sayda təbii neft çıxışları aşkar edir.
1912-ci ildə Xilmilli kəndindən 4-5 km şərqdə 25,5 m 
dərinliyində şurf qazılır və üst Təbaşirin Santon çöküntülərindən neft 
axını alınır. 
1915-ci ildə F.F.Osvald Böyük və Kiçik Qafqazın tektonik 
quruluşunun öyrənilməsilə məşğul olur.
1916-cı ildə V.V.Boqaçov Acınohur rayonunda geoloji-
tədqiqat işləri aparır. O, rayonun stratiqrafiyası və Əlicançayla 
Göyçay arasındakı sahənin tektonikası haqqında qısa məlumat verir. 
V.V.Boqaçov ilk dəfə Ərəş yaylasının sinklinal xarakterli olduğunu 
müəyyən edir. 
1918-1920-ci illərdə Azərbaycanda 6 sahədə (Balaxanı-
Sabunçu-Ramana, Bibiheybət, Binəqədi, Xırdalan, Suraxanı, Pirallahı 
adası) neft istismar olunurdu. Bu sahələrin heç birində neftin ehtiyatı 
və tutduğu sahənin konturları müəyyən deyildi. 
1920-ci ilə kimi Azərbaycanın ərazisində geoloji-xəritəalma 
işləri 1100 km
2
sahəni - Respublika ərazisinin 1,3%-ni əhatə etmişdi. 
Qeyd etmək lazımdır ki, neftli-qazlı rayonların geomorfologiyası, 
tektonikası və çöküntülərin litostratiqrafiyası aşağı səviyyədə 
öyrənilmişdi. Ayrı-ayrı stratiqrafik kompleks çöküntülərinin 
toplanmasının fiziki-coğrafi, geotektonik və geokimyəvi şəraitləri 
ümumiyyətlə tədqiq edilməmişdi. 1920-ci ildə “Azərneft” geoloji-
kəşfiyyat bürosu yaradıldıqdan sonra, Azərbaycanın geologiyası və 
neft-qaz yataqlarının öyrənilməsi istiqamətinin yeni dövrü başlanır. 
1920-1930-cu illərdə İ.M.Qubkin, V.V.Boqaçov, V.V.Veber, 
D.V.Qolubyatnikov, M.F.Mirçink, V.P.Renqatrten, S.A.Kovaleviski, 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə