ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə4/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   2   3   4   5   6   7   8   9   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

 
 
 
 
 
 
I FƏSİL 
 
AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARININ 
ÖYRƏNİLMƏ TARİXİ 
Neft qədim dövrlərdən Azərbaycanın şöhrət tapmış 
sərvətlərindən biridir. “Dərbəndnamə” (IX əsr) əsərində göstərildiyi 
kimi, Abşeron yarımadasında neft istehsalına hələ Sasanilər 
dövründən başlanılmışdır. Əsərdə neftin istismar edilməsinə dair 
ətraflı məlumatlar verilir. 
Azərbaycanın görkəmli alimləri M.M.Əliyev və M.M.Qaşqay 
əsərlərində qeyd edirlər ki, artıq VI-VII əsrlərdə əhalinin tələbatı 
ödənilməklə yanaşı, neft digər dövlətlərə də ixrac edilirdi. 
Bəzi tarixi mənbələrə görə hələ qədim dövrlərdən insanlar 
Naftalan yatağından çıxarılan neftdən müalicə vasitəsi kimi istifadə 
edirdilər. Neft böyük tikintilərdə sement əvəzi kimi və ağaclardakı 
zərərli həşəratların məhv edilməsi üçün də istifadə olunurdu.
X əsrdə yaşamış ərəb coğrafiyaşünasları Əbu İshaq İstəxri və 
Məsudi Abşeron yarımadasında təbii neft çıxışlarının olması haqqında 
məlumatlar vermişlər. Məsudi Abşeronda çıxan neftdən yağlayıcı 
maddə və müalicə vasitəsi kimi istifadə edilməsini, ağ, sarı, qara və 
göy rəngdə neftin olmasını göstərir. 
Məşhur İtalyan səyyahı Marko Polo “Səyahətnamə”sində (XIII 
əsr) Abşeron yarımadasının şərqində yerləşən Pirallahı adasında çoxlu 


Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
12 
sayda təbii neft çıxışlarının varlığını və xeyli miqdar neft istehsal 
olunduğunu qeyd edir.
Azərbaycan coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvinin (XV əsr) 
yazdığına görə, Bakıda hər gün çıxarılan 4000 pud neftin xeyli hissəsi 
başqa ölkələrə aparılırdı. 
1465-ci ildə Azərbaycanı səyahət edən Afanasi Nikitin 
qeydlərində Bakıdakı neft çıxışları haqqında yazaraq göstərir ki, 
burada nefti taxta və daşla hörülmüş quyulardan hərlədici çarx 
vasitəsilə tuluqla çıxarırlar. 
Abşeron yarımadasında Bibiheybət kəndi yaxınlığında 
dövrəsinə sal daşlar düzülən neft quyusu aşkar edilmişdir. Daşlardan 
birinin üzərində quyunun 1754-cü ildə usta Allahyar Mirməmməd 
oğlu tərəfindən qazıldığı qeyd olunub. 
XIX əsrin ikinci yarısına kimi neft Abşeron yarımadasında 
ibtidai üsulla istehsal olunurdu. Bu dövrdə neftin çıxarılması üçün 
dayaz əl quyuları qazılırdı və onların uçmamağı üçün divarları daş və 
ya taxta ilə bərkidilirdi. Neft quyulardan dəri tuluqlarla çıxarılırdı. 
1735-ci ildə Balaxanıda 52 quyudan neft çıxarılırdı və 1818-ci 
ildə Abşeron yarımadasında ildə 4 min tona yaxın neft istehsal 
olunurdu. 
Neft istehsalının sürətlə artırılması XIX əsrdə Azərbaycan 
Rusiyaya birləşdirildikdən sonra başladı. Əldə olunan məlumatlara 
görə, 1816-cı ildə Bakıda neft mədənlərində 110 quyudan neft 
çıxırdısa, artıq 1872-ci ildə onların sayı 415-ə qədər artırılmışdı. 
1822-ci ildən 1871-ci ilə kimi Abşeron yarımadasında 800 min tondan 
çox neft istehsal olunmuşdu. 
XIX əsrin əvvəllərində Bakı sakini Qasım bəy dünyada ilk 
dəfə, sahildən 20-30 m məsafədə, Xəzər dənizində 2 quyu vasitəsilə 
neft istehsal etməyə başlamışdı. 


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
13 
Neft istehsalının artırılması məqsədilə dünyada ilk dəfə, 
1844-cü ildə Rusiya mədənçisi F.A.Semyonov quyuların texniki 
üsulla qazılmasını təklif edir. 1848-ci ildə o, Bibiheybət dərəsində, 
dəniz sahilində buxar qurğusu ilə ilk neft quyusunu qazır.
Azərbaycanın neft-qaz yataqlarının öyrənilməsi ilə bir çox 
geoloqlar məşğul olmuşlar. İlk dəfə 1827-ci ildə mühəndis 
N.Voskoboynikov Abşeron yarımadasının neft yataqlarının 
geologiyasını öyrənməyə başlayır.
Qafqaz regionunda geniş geoloji-tədqiqat işləri G.V.Abix 
tərəfindən 1844-cü ildə aparılır. 1865-1873-cü illər ərzində onun 
tərəfindən Cənub-Şərqi Qafqazın Təbaşir və Yura çöküntülərinin 
stratiqrafiyası öyrənilir. Eyni zamanda o, bu çöküntülərlə əlaqədar 
olan neft-qaz çıxışları haqqında məlumat verir. Siyəzən rayonunun 
Xıdırzində sahəsində neft çıxışının yerləşdiyi yeri qeyd edir. 
G.V.Abix Azərbaycanda tədqiqat işlərini 1877-ci ilə qədər davam 
etdirir. 
Balaxanı neft yatağında birinci neft quyusu 1869-cu ildə 
qazılmışdır. 1870-ci ildə Balaxanı-Sabunçu sahəsində qazılan 
quyudan güclü neft fontanının alınması Azərbaycan neft sənayesinin 
sürətli inkişafının başlanğıcı oldu. Ən güclü neft fontanı 1873-cü ildə 
29 m dərinliyində qazılan quyuda baş vermişdir. Bundan sonra 
Abşeron yarımadasında, ayrı-ayrı sahələrdə neft quyularının qazılması 
işləri genişləndirilir. 1873-cü ildən Abşeron yarımadasında neftin 
mexaniki üsulla istehsalına başlanılır. 
1870-1900-cü illərdə Azərbaycanın ayrı-ayrı zonalarının 
geologiyası və neft-qazlılığı N.Voskoboynikov, S.K.Kvitka (1893), 
N.İ.Andrusov (1895), Y.M.Yuşkin (1897), A.N.Sorokin (1898), 
N.İ.Lebedev (1899) tərəfindən öyrənilir. İ.Valentinov (1890) Kiçik 
Qafqazın Təbaşir çöküntülərinin litostratiqrafiyasını tədqiq edir. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə