ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə6/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   2   3   4   5   6   7   8   9   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
16 
N.S.Şatski və başqaları tərəfindən Azərbaycan ərazisində geoloji 
planalma və axtarış-kəşfiyyat işləri aparılır. Regional və lokal 
kəşfiyyat işlərinin nəticəsində Böyük və Kiçik Qafqazın geoloji 
quruluşu xeyli dəqiqləşdirilir. Bundan başqa Mezo-Kaynozoy 
çöküntülərinin neft-qazlılığı müəyyən dərəcədə aydınlaşdırılır. 
1922-ci ildə Bibiheybət buxtası sahəsinin neft-qazlılığı aşkar 
edilir. Onun ardınca Balaxanı sahəsinin şimal-qərb hissəsində və 
Sabunçu-Ramana sahəsində kəşfiyyat quyularının qazılmasına 
başlanılır. Bunun nəticəsində 1927-ci ildə Abşeron yarımadasında neft 
istehsalı 7657,5 min tona çatdırılır. 
1924-cü ildə Qala kəndi yaxınlığında ilk axtarış quyusu 
qazılır. Bir neçə quyu qazıldıqdan sonra rayonun çox mürəkkəb 
geoloji quruluşa malik olduğu aydınlaşır, 1932-ci ildə bu sahədə 
zəngin neft yatağı kəşf olunub istismara verilir.
Bununla yanaşı, 1925-ci ildən Puta, 1927-ci ildən Qaraçuxur 
və Korgöz sahələrində axtarış qazmasına başlanılır. Bu dövrdə 
Abşeron yarımadasından kənarda da, Aşağı Kür çökəkliyinin Neftçala 
(1926), Şamaxı-Qobustan rayonunun Çeyildağ (1927), Gəncə 
rayonunun Naftalan sahələrində (1931) geniş kəşfiyyat qazıma 
işlərinin aparılmasına başlanılır. 
Qazıma işlərinin nəticəsində 1926-cı ildə Puta, 1928-ci ildə 
Qaraçuxur neft yataqları, 1931-ci ildə Neftçala, 1932-ci ildə Korgöz 
və Lökbatan neft yataqları kəşf olunub istismara verilir. 
1930-1940-cı illər Azərbaycanda geoloji, axtarış-kəşfiyyat və 
elmi-tədqiqat işlərinin xeyli dərəcədə genişlənməsi ilə səciyyələnir. 
1930-cu ildən sonra Azərbaycan ərazisinin çox hissəsi geoloji-
xəritəalma işləri ilə əhatə olunur. Əsas neftli-qazlı zonalarda dəqiq 
xəritəalma işləri aparılır.


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
17 
Bu işlərin və qazılan quyuların məlumatlarına, eyni zamanda 
aerofotoçəkilişlərin və ayrı-ayrı sahələrdə, adalarda çöküntülərin 
yerüstü çıxışlarının öyrənilməsi nəticəsində Abşeron yarımadasının 
sahilyanı zonasının, Abşeron və Bakı arxipelaqlarının xeyli hissəsinin 
geoloji xəritəsi tərtib olunur. 
1931-ci ildə Q.Ə.Əlizadə və Y.A.Prozoroviç tərəfindən 
Acınohur rayonunda Məhsuldar Qat çöküntülərinin flora və faunası, 
onların yayılma sahəsi öyrənilir. Həmin ildə V.V.Veber Şamaxı və 
Acınohur düzənlikləri arasındakı sahənin Kaynozoy çöküntülərinin 
stratiqrafiyası, tektonikası və neftliliyini tədqiq edir. Bu ildə Şamaxı-
Qobustan və Ləngəbiz-Gürcüvan zonasının geoloji xəritəalma işlərinə 
başlanılır. 
1932-1933-cü illərdən başlayaraq, dərin qatlarda çöküntülərin 
yatım şəraitlərinin öyrənilməsində geofiziki kəşfiyyat üsulları geniş 
yer alır. Axtarış-kəşfiyyat və elmi-tədqiqat işləri əsasən Şərqi 
Azərbaycanda neft-qazlılığın, Böyük və Kiçik Qafqazın ayrı-ayrı 
sahələrində Mezozoy çöküntülərinin litostratiqrafiyası və neftliliyinin 
öyrənilməsi istiqamətində aparılır. 
Abşeronun ayrı-ayrı sahələrində aparılan axtarış-kəşfiyyat və 
qazıma işləri nəticəsində 1935-ci ildə Zığ, 1936-cı ildə Qızıltəpə, 
1937-ci ildə Şonqar və 1938-ci ildə Qaradağ sahələrində zəngin neft 
yataqları aşkar edilərək istismara verilir. 
1936-cı ildə Abşeron yarımadasının Qala sahəsində stratiqrafik 
tipli neft yatağı aşkar edilir. 1939-cu ildə belə yataqlar Yasamal 
dərəsi, Çaxnaqlar, Bibiheybət və s. sahələrdə də kəşf olunur. 
İ.M.Qubkin (1934) və M.F.Mirçinkin (1935) elmi əsərlərində 
Cənub-Şərqi Qafqazın Mezo-Kaynozoy çöküntülərinin stratiqrafiyası, 
tektonikası və neftlilik məsələləri geniş işıqlandırılır. Bu illər ərzində 
geoloji planalma işləri əsasən Xəzəryanı-Quba, Abşeron, Şamaxı-



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə