ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə8/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   ...   4   5   6   7   8   9   10   11   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
20 
pilpiləsi, Qum adası və b. sahələrdə böyük ehtiyata malik neft 
yataqları kəşf edilərək istismara verilir. Bununla yanaşı, Qaradağ, 
Quşxana və Lökbatan strukturlarının qanadlarında VII horizont 
(“Fasilə” lay dəstəsi), Qırməkiüstü qumlu və Qırməkialtı lay 
dəstələrinin neft-qazlılığı təsdiq olunur. 
1958-ci ildə Xəzəryanı-Quba rayonunun Zəyli sahəsində 
qazılan quyularda Paleogen-Miosen çöküntülərinin neft-qazlılığı 
təsdiq olunur. 
1959-1970-ci 
illərdə 
Ə.Ə.Əlizadə, 
H.Ə.Əhmədov, 
M.M.Zeynalov, N.T.Haqverdiyev, M.Ə.Rzayev və b. tərəfindən 
Xəzəryanı-Quba, Şamaxı-Qobustan rayonlarında, eyni zamanda 
Böyük Qafqazın cənub, Kiçik Qafqazın şimal-şərq yamaclarında və 
Naxçıvan Muxtar Respublikasında Mezozoy çöküntülərinin kəsilişləri 
öyrənilir.
Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyinin 
rayonlaşdırılması aparılaraq, Təbaşir və Yura çöküntüləri üzrə neft-
qazlılığı ehtimal olunan strukturları kəşfiyyat qazıması aparılması 
üçün təklif edilir.
1960-1969-cu illərdə Xəzəryanı-Quba rayonunun Bəyimdağ-
Təkçay, Keşçay və Yalama sahələrində bir neçə quyu qazılır. 
Quyuların qazılması və sınaq işləri zamanı neft-qaz təzahürləri qeyd 
olunub. 
1961-1971-ci illər ərzində Xudat sahəsində 6 axtarış-kəşfiyyat 
quyusu qazılır. Məlum olur ki, qalxımın cənub-qərb qanadında 
Sarmat, Konk, Karaqan, Çokrak, Eosen və Paleosen çöküntüləri 
yuyulmaya məruz qaldığından kəsilişdə iştirak etmir. 2 saylı quyunun 
nəticəsi göstərir ki, bu sahədə Məhsuldar Qat Çokrakın, Maykop 
çöküntüləri isə Danimarka və ya Turon mərətəbəsinin yuyulmuş 
səthlərini qeyri-uyğun örtürlər. 


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
21 
1965-1968-ci illərdə Şorbulaq sahəsindən və Güzdək 
muldasından şimal-şərqdə aparılan seysmik kəşfiyyat işləri 
nəticəsində Təbaşir, Paleogen-Miosen və Pliosen çöküntü 
kompleksləri arasında struktur uyğunsuzluğun olduğu müəyyən edilir. 
1967-1968-ci illərdə aparılan dəqiq qravimetrik xəritəalma işləri 
nəticəsində Güzdək muldasını əhatə edən antiklinal strukturların lokal 
qravitasiya minimumlarına uyğun olduğu müəyyən edilir. 
1966-1977-ci illərdə Cənubi Qobustanda üst Təbaşir və 
Paleogen çöküntülərinin kəsilişlərini və neft-qazlılığını öyrənmək 
məqsədilə 14 dərin parametrik və axtarış quyusu qazılır. Lakin layihə 
dərinliyinə (5000-5500 m) çatdırılan quyulardan heç biri Təbaşir 
çöküntülərini aça bilməmiş, Eosen çöküntülərini isə müəyyən 
qalınlıqda açmışdır. 
1969-1976-cı illərdə Qobustanın bir sıra sahələrində geofiziki 
tədqiqat işləri yerinə yetirilir. Sahə çox mürəkkəb quruluşa malik 
olduğundan, aparılan tədqiqat işləri nəticəsində əsasən antiklinalların 
qanadları, periklinal hissələri və sinklinallarının quruluşları Miosenin 
səthinə qədər öyrənilir. 
1970-ci ildə Zeyvə sahəsində qazılan quyu Paleosen, Eosen və 
Maykop çöküntülərinin neft-qazlılığını aşkar edir. Daha sonra 
Siyəzən monoklinalında Danimarka çöküntülərinin neftliliyi aşkar 
olunur. 
1970-1982-ci illərdə Tələbi sahəsində 7, Qaynarca sahəsində 
isə 11 axtarış-kəşfiyyat quyusu qazılır. Tələbi sahəsində qazılan 12, 
14 və 15 saylı quyular Sarmat çöküntülərini açaraq, 4345-4664 m 
dərinliklərdə orta Yura argillitlərinə daxil olurlar. 12 saylı quyuda 
4533-4570 m intervalından (Sarmat) sınaq zamanı 40 m
3
/gün su ilə 
birlikdə az miqdarda ağır neft alınır. Qaynarca sahəsində qazılan 13, 
19, 21 və 22 saylı quyular müvafiq olaraq 5200, 5370, 5189 və 5104 m 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə