ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə16/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   ...   12   13   14   15   16   17   18   19   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
39 
qırılma ilə hüdudlanan Qusar-Dəvəçi NQR-i ayrılır. Paleogen və 
Neogen çöküntüləri üzrə eyniadlı törəmə muldaya uyğun gələn bu 
NQR, Mezozoy kompleksi üzrə şimal-şərqdən Yalama-Xudat, Qusar-
Xaçmaz-Ağzıbirçala gömülmüş orta Yura qalxım zonalarına, Zeyxur 
və Quba-Dəvəçi çökəkliklərinə uyğun gəlir. Cənubi Dağıstan 
çökəkliyinin cənub-şərq davamında yerləşən Zeyxur çökəkliyi 
Yalama-Xudat və Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlarını bir-
birindən ayırır. Cənub-şərqdə Xəzər dənizinə açılan Quba-Dəvəçi 
çökəkliyi isə Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlar zonasını Təngi-
Beşbarmaq antiklinoriumundan ayırır. Şimali-Abşeron çökəkliyinin 
şimal-qərb hissəsini təşkil edən Quba-Dəvəçi çökəkliyinin cənub-qərb 
bortu Tələbi-Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir. 
Böyük Qafqazın cənub-şərq batımında ayrılmış NQV şimal-
şərqdə Siyəzən, cənub-qərbdə Ləngəbiz-Ələt, şimal-qərbdə Qərbi-
Xəzər, cənub-şərqdə isə Mərkəzi Xəzər dərinlik qırılmaları ilə 
hüdudlanır. Bu NQV daxilində Xızı, Şamaxı-Qobustan və Abşeron 
NQR-lərı ayrılırlar.
Xızı NQR Böyük Qafqazın cənub-şərq batımının Siyəzən və 
Germian dərinlik qırılmaları ilə məhdudlanan, Mezozoy 
çöküntülərindən təşkil olunmuş eyni adlı tektonik zonanı əhatə edir. 
Bu NQR-ə Təngi-Beşbarmaq, Bəyimdağ-Təkçay-Sitalçay-Yaşma, 
Germian nefli-qazlı zonaları və mümkün neftli-qazlı strukturlar 
daxildirlər. Struktur-formasiya quruluşlarında mövcud olan əsaslı 
fərqlər Xızı və Qusar - Dəvəçi NQR-lərini Xəzəryanı - Quba NQV adı 
altında birləşdirməyə imkan vermir.
Şamaxı - Qobustan NQR-i Böyük Qafqazın cənub-şərq batımının 
cənub-qərb hissəsində, şimaldan Malkamud-Germian, cənub-qərbdən 
Ləngəbiz-Ələt dərinlik qırılmaları ilə hüdudlanan eyni adlı periklinal 
çökəkliyi əhatə edir. Bu NQR daxilində Mezozoy kompleksi üzrə 


Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
40 
Şimali Qobustan, Paleogen-Miosen komleksi üzrə Mərkəzi Qobustan, 
Paleogen-Miosen və Pliosen neftli-qazlı çöküntü kompleksləri üzrə 
Cənub-qərbi Qobustan və Pliosen neftli-qazlı çöküntü kompleksi üzrə 
isə Cənub-şərqi Qobustan (Ceyrankeçməz depressiyası) neftli-qazlı 
zonalar (NQZ) ayrılır. 
Abşeron NQR-i Şamaxı-Abşeron periklinal çökəkliyinin şərq-
cənub-şərq hissəsini əhatə edir və Şamaxı-Qobustan NQR-dən 
meridional istiqamətli Yaşma fleksurası üzrə ayrılır. Əsasən Pliosen, 
qismən də Paleogen-Miosen neftli-qazlı komplekslərindən təşkil 
olunmuş Abşeron NQR-i daxilində Şimali Abşeron, Mərkəzi Abşeron 
və Cənub-Qərbi Abşeron NQZ-ləri ayrılır. Şimali Abşeron NQZ
Mezozoy, Paleogen - Miosen; Mərkəzi və Cənub-Qərbi Abşeron 
NQZ-ləri isə Paleogen - Miosen və Pliosen komplekslərinə görə 
ayrılırlar. 
Şimal-qərbdə Dzirul massivi, cənub-qərbdə Kiçik Qafqaz-
Talışqarşısı dərinlik qırılması, şimal-şərqdə Arqun-Orexov, Şimali 
Acınohur və Acıçay-Ələt qırılmaları şəklində əks olunan Böyük 
Qafqazarxası dərinlik qırılması, cənub-şərqdə isə şərti olaraq Xəzər
dənizinin qərb sahili boyu uzanan hipotetik dərinlik qırılması ilə 
hüdudlanan Kür dağlararası çökəkliyi müstəqil geotektonik vahid 
olaraq Alp qırışıqlığının Oliqosen-Antropogen orogen etapında 
formalaşmışdır. 7-8 km qalınlıqlı molass çöküntülərindən təşkil 
olunmuş bu tektonik vahid Cənubi Qafqaz mikroplitəsinin müxtəlif 
hipsometrik səviyyədə yerləşmiş paleoqalxım və çökəklikləri üzərində
formalaşmışdır.
Kür dağlararası molass çökəkliyi Mezozoy kompleksi üzrə 
Cənubi Qafqaz mikroplitəsinin parçalanmış qalıqları olan Kürdəmir-
Saatlı-Lənkəran, Mingəçevir, Eldar və Saqareci gömülmüş Mezozoy 
qalxımları ilə iki hissəyə bölünür. Şimal-şərqdə Kartali, Acınohur və 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə