ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə9/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   ...   5   6   7   8   9   10   11   12   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
22 
dərinliklərdə Maykop çöküntülərini tam açmır. Burada Paleogen-
Miosen çöküntülərinin böyük qalınlığa və dik yatıma malik olduğu 
məlum olur. Bəzi quyularda Sarmat çöküntülərindən zəif neft-qaz 
təzahürləri, 13 və 21 saylı quyularda isə sınaq zamanı Oliqosen-
Miosen çöküntülərindən neft-qaz axını alınır. 
1974-1975-ci illərdə ümumi dərinlik nöqtəsi üsulu (ÜDNÜ) ilə 
Saray, Fatmayı, Kürdəxanı sahələrində tədqiqat işləri aparılır və 
Kürdəxanı sahəsinin Oliqosen-Miosen çöküntüləri üzrə geoloji 
quruluşu dəqiqləşdirilir. 
1975-ci ildə elektrik kəşfiyyat üsulu ilə Göytəpə-Corat-
Ziyilpiri sahələrinin geoloji quruluşu müəyyən dərəcədə 
dəqiqləşdirilir. 
1973-1980 və 1982-1983-cü illərdə Qaradağ və Lökbatan 
strukturlarının şimal qanadlarında Miosen çöküntülərinin neft-qazlılığını 
öyrənmək məqsədilə qazılan quyulardan müsbət nəticələr alınır. 
1974-1978-ci illərdə Cənub-şərqi Qobustanın Miosen 
çöküntülərinin kəsilişini və neft-qazlılığını öyrənmək məqsədilə dərin 
axtarış qazması aparılır. Duvannı sahəsində Pliosen qalxımının tağ 
hissəsində qazılan, layihə dərinliyinə 4300 m olan 70 saylı quyu Pont
çöküntülərini keçərək 2500 m dərinlikdə Miosen çöküntülərini açır və 
onun kəsilişini 500 m-ə qədər öyrənməyə imkan verir. 
1972-ci ildən başlayaraq, Azərbaycan Elmi-Tədqiqat 
Geofizika İnstitutu tərəfindən Orta Kür çökəkliyinin ayrı-ayrı 
sahələrində, 1975-1976-cı illərdə isə onun şərq və qərb yamacında 
çökəkliyin geoloji quruluşunu dəqiqləşdirmək, lokal strukturları aşkar 
etmək və onların neft-qazlılığını proqnozlaşdırmaq məqsədilə, 
V.Q.Qədirov, F.İ.Əliyev, S.Q.Məmmədov, A.Q.Novruzov, A.S.Həsənov 
və b. tərəfindən yüksək dəqiqliyə malik qravimetrik tədqiqat işləri 
aparılır və Mezozoy qalxımlarına aid edilən lokal anomaliyalar ayrılır. 


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
23 
1976-cı ildə ÜDN üsulu ilə aparılan seysmik-kəşfiyyat işləri 
nəticəsində Yevlax-Ağcabədi çökəkliyində 30-a qədər qalxım aşkar 
edilir. 1985-ci ildən isə həmin üsulla strukturların bir çoxu axtarış-
kəşfiyyat qazmasına hazırlanır. 
1980-cı ildə aparılan qazıma işləri nəticəsində Zəyli-Zeyvə 
sahəsinin sənaye əhəmiyyətli neft-qazlılığı müəyyən olunur. 
1980-1987-ci illərdə Masazır sahəsində qazılan quyular 
Diatom çöküntülərində kiçik həcmli neft yatağını aşkar edir. 
1985-ci ildən başlayaraq ÜDN üsulu ilə aparılan işlər 
nəticəsində Kür və Qabırrı çaylararası rayonun bir çox sahələri dərin 
kəşfiyyat-qazımasına hazırlanır.
1984-1987-ci illərdə Acınohur rayonunda gömülmüş tektonik 
vahidləri aşkar etmək, Mezozoy çöküntülərinin geoloji quruluşunu 
öyrənmək, qravitasiya sahəsi və lokal anomaliyaların geoloji təbiətini 
aydınlaşdırmaq məqsədilə dəqiq qravimetrik xəritəalma işləri yerinə 
yetirilir.
1987-1989-cu illərdə Sulutəpə sahəsində 12 kəşfiyyat quyusu 
qazılır və Miosen çöküntülərindən 0,5-1 t/gün hasilatla neft alınır. 
Yevlax-Ağcabədi çökəkliyində Beyləqan, Sovetlər, Borsunlu, 
Şərqi Ağcabədi, Qazanbulaq və s. sahələrdə dərin qazıma işləri 
aparılır. Sovetlər sahəsində qazıma işləri zamanı üst Təbaşir 
çöküntülərinin çatlı əhəngdaşılarında sınaq işləri zamanı gündəlik 
hasilatı 10-15 t neft, 50-70 min m
3
qaz və 350-450 m
3
su alınır. 
Yevlax-Ağcabədi çökəkliyində aparılan qazıma işləri 
nəticəsində, şimal istiqamətində, Kür çökəkliyinə doğru, çatlı 
karbonatlı çöküntülərin qalınlığının kəsilişdə vulkanik-çökmə 
süxurların iştirak etməməsi hesabına artması qeyd olunur. Bu dövrdə 
qazıma işləri Kiçik Qafqazdan bir qədər aralı Sovetlər, Muradxanlı, 
Borsunlu və s. istiqamətində olan sahələrə yönəldilir.



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə