ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə7/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   2   3   4   5   6   7   8   9   10   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
18 
Qobustan və Acınohur rayonlarında İ.M.Qubkin, M.F.Mirçink, 
V.V.Veber, S.A.Kovaleviski, Ə.Ə.Əlizadə, V.Y.Xain, İ.İ.Mullayev, 
Y.Y.Dmitriyev, N.B.Vassoyeviç, A.L.Putkaradze, Ə.Ş.Şixəlibəyli və 
b., Kiçik Qafqazda isə M.M.Əliyev, A.N.Solovkin, V.P.Renqarten, 
İ.N.Sitkovski, M.İ.Varentsov, V.Y.Xain, Ə.Ə.Əlizadə, L.N.Leonov, 
Ş.Ə.Əzizbəyov, V.V.Tixomirov və b. tərəfindən yerinə yetirilir. 
1930-1940-cı illərdə V.V.Fediniski, V.F.Yerofeyev, A.N.Kornev 
və b. tərəfindən Cənub-Şərqi Qafqazda, Mezozoy çöküntülərinin yer 
səthinə çıxdığı sahələrdə, kiçik həcmli çöl geofiziki işlər aparılır. 
Mezozoy çöküntüləri kəsilişində Alb mərtəbəsinin Külüllü 
qumdaşıları əsas neftli obyekt hesab olunduğundan, onların 
neftliliyini öyrənmək məqsədilə Cənub-Şərqi Qafqazda bir neçə 
axtarış-kəşfiyyat quyuları qazılır. 1935-1936-cı illərdə Qərbi 
Abşeronda da bu məqsədlə, Binəqədi sahəsində 208 və 223 saylı 
axtarış quyusunun qazılmasına başlanılır. Lakin hər iki quyu texniki 
səbəbdən ləğv olunur. 
1940-cı ildə Xəzəryanı-Quba rayonunda aparılan kəşfiyyat 
işləri nəticəsində Siyəzən-Nardaran sahəsində Maykop çöküntülərində 
sənaye əhəmiyyətli neft yatağı aşkar edilir. Artıq 1940-cı ildə 
Azərbaycanda neft istehsalı 22 milyon tona çatdırılmışdı. 
Geoloqların gərgin əməyi nəticəsində 1941-ci ildə Buzovna-
Maştağa neft yatağı kəşf olunaraq istismara verilir. 1940-1942-ci 
illərdə Şurabad sahəsində Mezozoy çöküntülərinə 4 quyu qazılır. 
Quyuların qazılması nəticəsində Alb mərtəbəsinin Küllulü 
horizontunda çox da böyük olmayan neft yatağı aşkar edilir. 
Mezozoy çöküntülərinin yayıldığı sahələrdə lokal strukturların 
aşkar edilməsi məqsədilə Xəzəryanı-Quba, Abşeron, Yevlax-
Ağcabədi və Şamaxı-Qobustan rayonlarında dəqiq geofiziki tədqiqat 
işləri (İ.O.Simelzon, T.İ.Yaştaykin, D.L.Tereşko, V.N.Rudnev, 


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
19 
M.Y.Şerman, B.D.Trebukova, A.Q.Pospelov və b.) aparılır. Tədqiqat 
işlərinin nəticəsində Xəzəryanı-Quba, Yevlax-Ağcabədi rayonları və 
Aşağı Kür çökəkliyində bir neçə gömülmüş Mezozoy qalxımları aşkar 
edilir.
Kiçik Qafqaz regionunda Təbaşir çöküntülərinin litoloji- 
stratiqrafik xüsusiyyətlərinin öyrənilməsi və ayrı-ayrı zonaların 
geoloji xəritəsinin tərtib olunması ilə Ş.Ə.Əzizbəyov (1947), 
V.Y.Xain (1947), M.M.Əliyev (1954), A.Y.Xəlilov (1959), 
R.Ə.Xələfova (1946), R.N.Abdullayev (1963) və b. məşğul olmuşlar. 
1944-cü ildən başlayaraq dəniz sahillərində aparılan kəşfiyyat 
işləri nəticəsində Çilov adası, Gürgan və Neft Daşları sahələrinin 
neftliliyi aşkar olunur. 1949-1950-ci illərdə isə bu sahələrin sənaye 
əhəmiyyətli neftliliyi sübuta yetirilir. 
1950-ci ildən Mezozoy strukturlarının axtarış-kəşfiyyat 
qazımasına hazırlanması məqsədilə Şamaxı-Qobustanda F.Ə.Şirinov, 
T.A.Qorşenin, Cənub-qərbi Abşeronda İ.P.Jabrev, Xəzəryanı-Quba 
rayonunda A.N.Şardanov, İ.H.Hüseynzadə, B.B.Məmmədov, Böyük 
Qafqazın cənub yamacında B.M.İsayev, R.A.Əliyev, Kiçik Qafqaz 
regionunda Ş.Ə.Əzizbəyov, Ə.Ş.Şixəlibəyli, R.N.Abdullayev və b. 
tərəfindən dəqiq geoloji xəritəalma işləri aparılır. 
1951-ci ildə Şamaxı-Qobustan rayonunun Umbakı sahəsində 
Maykop çöküntülərində neft yatağı kəşf olunub istismara verilir. 
1954-cü ildə Aşağı Kür çökəkliyinin Kürovdağ sahəsində Abşeron 
çöküntülərində, 1955-ci ildə isə Məhsuldar Qatın üst horizontlarında 
zəngin neft və qaz yataqları kəşf olunur. 1956-1958-ci illərdə 
Lökbatan və Qaradağ sahələrində qaz-kondensat yataqları aşkar edilir. 
1955-1965-ci illərdə Abşeron arxipelaqında aparılan axtarış-
kəşfiyyat işləri nəticəsində Gürgan-dəniz, Darvin küpəsi, Palçıq 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə