ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə3/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
1   2   3   4   5   6   7   8   9   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası

GİRİŞ 
 
Son onilliklərdə aparılmış geoloji-geofiziki və elmi tədqiqat 
işləri Azərbaycanın quru ərazisinin böyük həcmdə karbohidrogen 
resurslarına malik olduğunu göstərir. Alt Pliosenin Məhsuldar Qat 
çöküntüləri ilə əlaqədar olan neft və qaz ehtiyatlarının quru ərazisində 
tükənməkdə olduğu nəzərə alınarsa, neft-qaz sənayesinin gələcək 
inkişafının çox mürəkkəb quruluşa malik olan Paleogen-Miosen və 
Mezozoy koplekslərinin qumlu-gilli və karbonatlı çöküntüləri ilə 
əlaqədar olduğunu demək olar.
Struktur-tektonik xüsusiyyətlərinə görə bir-birindən fərqlənən
Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çöküntü 
kompleksləri çöküntülərinin struktur-tektonik xüsusiyyətlərinin və 
litofasial tərkiblərinin lateral istiqamətdə ciddi dəyişkənliklərə 
uğraması, bu çöküntülərdə neft-qaz yataqlarının axtarışı məqsədilə 
aparılacaq axtarış-kəşfiyyat işləri istiqamətlərinin düzgün seçilməsini 
müəyyən dərəcədə çətinləşdirir.
Müəlliflər tərəfindən bu çöküntü komplekslərin geoloji 
quruluşu və neft-qazlılıq perspektivlikləri Böyük Qafqazın cənub-
şərq batımında və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerüstü 
çıxışlardan, Kür dağlararası çökəklikdə isə, geofiziki-kəşfiyyat 
üsulları və axtarış-kəşfiyyat qazımasından alınan məlumatlara görə 
aparılmış elmi-təqiqat işlərinin əsasında öyrənilmişdir.
Azərbaycanın quru ərazisində aparılmış geoloji-geofiziki işlər, 
eyni zamanda müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonların 
geoloji 
quruluşları 
və 
neft-qazlılıq 
perspektivliklərinin 
qiymətləndirilməsi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə 
əsasən Mezozoy, Paleogen-Miosen və Pliosen 
çöküntü 
komplekslərinin toplandıqları hövzələrin paleotektonik, paleocoğrafi 


Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 
10 
və geokimyəvi səraitləri araşdırılaraq, bu komplekslərin kəsilişlərində 
əsas neftqaztörədici lay dəstələri və KH-lərin toplanması üçün əlverişli 
kollektorların yayıldıqları sahələr müəyyən edilmişdir. Çöküntü 
komplekslərinin ayrı-ayrı stratiqrafik vahidləri və onların ümumi 
qalınlıqlarının paylanması əsasında çöküntütoplanma prosesinə 
əhəmiyyətli dərəcədə təsir edən paleoqalxımlar və konsedimentasiyalı 
inkişafda olan dərinlik qırılmaları müəyyən edilmişlər.
Son illərdə alınmış geoloji-geofiziki məlumatlar və müəlliflərin 
paleotektonik təqiqatları əsasında, Azərbaycanın quru ərazisinin müasir 
regional tektonik quruluşu müəyyən dərəcədə dəqiqləşdirilmiş və 
prinsipcə yeni tektonik və neft-geoloji rayonlaşdırılma aparılmışdır.
Tektonik rayonlaşdırmaya əsaslanan neft-geoloji rayonlaşdırmada
Azərbaycanın quru ərazisinin müasir struktur-tektonik xüsusiyyətləri 
ilə yanaşı, bu ərazidə Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü 
komplekslərinin litofasial xüsusiyyətləri, onların toplandıqları 
paleotektonik şəraitlər nəzər alınmaqla neftli-qazlı və mümkün neftli-
qazlı rayonlar ayrılmış, bu rayonların neft-geoloji rayonlaşdırma 
ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə və 
daha sonra neftli-qazlı subəyalətə aid olduğu geoloji cəhətdən 
əsaslandırılmışdır.
Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli 
neftli-qazlı zonalar ayrılmış, bu zonalarda neftli-qazlı obyektlərin 
strukturlarda yerləşmə xüsusiyyətləri göstərilmişdir.
Neftli-qazlı rayonlar üzrə aparılmış elmi-tədqiqat işləri 
nəticəsində 
Mezozoy, 
Paleogen-Miosen, 
Pliosen 
çöküntü 
kompleksləri kəsilişlərində əsas neftli-qazlı və perspektivli obyektlər 
ayrılmış, bu obyektlərdə KH-in toplanması, qorunub saxlanılması 
üçün əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-
kəşfiyyat işlərinin aparılması tovsiyyə olunmuşdur.


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 
11 

Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə