Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə28/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   24   25   26   27   28   29   30   31   ...   224

Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiya  edilməsi  yolunda  mühüm  mərhələ 

olacaqdır”  (31,  23.03.2001).  Beləliklə,  aparılan  iqtisadi  siyasət  ölkədə  monetar 

konservativ  meylli  açıq  tipli  liberal-demokratik  modelin  formalaşmasına  gətirib 

şıxarmışdır.  Monetarizmin  konservativliyi  onunla  izah  edilir  ki,  sərt  pul-kredit 

siyasəti uzun  müddət (2006-cı  ilə  qədər)  davam  etmişdir.  Daxili  və  xarici  iqtisadi 

siyasət liberallaşdmlmış, özəl və dövlət müəssisələri ilə dövlətin münasibətləri bazar 

iqtisadiyyatı prinsiplərinə əsaslanan normativ-hüquqi aktlarla tənzimlənmişdir. 

Görülən  geniş  miqyaslı  işlərin  nəticəsi  olaraq  1996-2003-cü  illər  ərzində 

ümumi  daxil  məhsul  1,9  dəfə,  dövlət  büdcəsiııin  gəlirləri  3  dəfə,  ölkənin  valyuta 

ehtiyatlan 85 dəfə, sənaye məhsulunun həcmi 1,3 dəfə, kənd təsərrüfatı istehsalmm 

həsmi 1,5 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əmək haqqı 5,1 dəfə 

artmışdır. Bütün maliyyə mənbələri hesabma iqtisadiyyata yönəlmiş investisiyalann 

ümumi həcmi 20 milyard ABŞ dollanm keçmişdir. 

Azərbaycanda  bazar  iqtisadiyyatmm  institusional  bazası  yaradılmış, 

idarəetmə stnıkturlan formalaşdınimış, istehlak bazan xeyli inhisarsızlaş- dınlmış və 

bazar  iqtisadiyyatına  xas  olan-idarəetmə  vasitələri  hər  yerdə  tətbiq  edilmişdir. 

İstehsalçılann  iqtisadi  sərbəstliyi,  təbp  inhisar  sahələri  istisna  olmaqla 

(yanacaq-enerji, dəmiryolu və digərləri), sərbəst qiymətəmələgəl- mə, istehsalçılann 

istehlakçılara  oriyentir  etmələri  təmin  olunmuşdur.  Xarici  ticarət  tamamilə 

liberallaşdmlmış və idxal-ixrac kvotalan ləğv edilmişdir. 

Əvvəllər  deyildiyi  kimi,  keçmiş  SSRİ  məkamnda  yaranmış  bəzi  müstəqil 

dövlətlərdə  iqtisadi  islahatlar  “şok  terapiyası”  adlanan  metoda,  monetarizm 

konsepsiyasına, 1991-ci ildə mövcud idarəetmə stiııkturlannm tezliklə ya özlərinin, 

ya  da  funksiyalannm  ləğv  edilməsinə  və  bazar  struk-  turlanmn  yaradılmasına 

əsaslanmışdır. Digərləri iqtisadiyyatın dövlət tənzimlənməsini, islahatlann təkamül 

yolu  ilə  tədricən  həyata  keçirilməsi  konsepsiyasım  rəhbər  tutmuşlar.  Azərbaycan 

birinci yolu seçmişdir, başqa sözlə sosialist iqtisadi sistemindən bazar iqtisadiyyatına 

keçidin  bütün  atributları  “şok  terapiyası”  konsepsiyasına  əsaslanmışdır. 

Azərbaycanda  islahatlann  radikal  variantımn  seçilməsi  dövlət  əmlakımn 

özəlləşdirilməsinin  birinci  Dövlət  Proqrammda  da  öz  əksini  tapdı.  Belə  ki, 

1995-1998-ci  illəri  əhatə  edən  qanun  statuslu  birinci  özəlləşdirmə  proqrammda 

nəzərdə tutulurdu ki, bu dövrdə həyata keçirilən özəlləşdirmə və digər yenidənqurma 

işləri bazar iqtisadiyyatım (inkişaf etmiş bazar iqtisadiyyatına xas olan mühit başa 

düşülür) yaratmalı, milli iqtisadiyyatm strukturunu bazar iqtisadiyyatmm tələblərinə 

uyğunlaşdırmalı,  texnoloji  sıçrayışlan  təmin  etməli  və  respublika  vətəndaşlanmn 

həyat səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmalı idi. Lakin özəlləşdirmənin 

birinci dövlət proqramının icra vaxtı (2000-ci ildən ikinci Dövlət Proqramı həyata 

keçirilir) qurtardıqdan soma göstərilən 

59 



hədəflərin bir çoxuna nail olmaq mümkün olmadı. ÜDM-in 1990-cı ildəki həcminə 

ancaq 2006-ci ildə nail olundu. Qeyd edək ki, iqtisadi ədəbiyyatda bu göstəricini (XX 

əsrin  90-cı  iliinə  olan  ümumi  daxili  məhsulun  həcminə  nail olunmasını)  postsovet 

ölkələrində  bazar  iqtisadiyyatına  keçid  dövrünün  qurtarması  meyan  kimi  qəbul 

edirlər. 

Azərbaycanda  eyni  zamanda  həm  siyasi,  həm  də  iqtisadi  sistemin  paralel 

demokratikləşdirilməsi  və  liberallaşdırılması  prosesi  həyata  keçirilmişdir.  Bəzi 

postsovet  respublikasından  fərqli  olaraq  (Pribaltika  Respublika-  lan,  Özbəkistan, 

Belarusiya),  Azərbaycanda  qısa  zamanda  mərkəzləşdirilmiş  iqtisadi  idarəetmə 

sistemi  dəyişdirildi,  mərkəzi  icra  hakimiyyəti  orqan-  lannın  funksiyalannm 

diversifıkasiyasına başlamldı, dövlət və özəl müəssisələrə sərbəst fəaliyyət hüququ 

verildi  və  bazar  iqtisadi  strukturlarmın,  mexanizmlərinin  və  vasitələrinin  geniş 

tətbiqinə başlamldı. Liberal iqtisadiyyat formalaşdırıldı. 

Postsovet məkanında, o cümlədən Azərbaycanda bazar sisteminin idarəetmə 

strukturlannın  və  mexanizmlərinin  formalaşdmlması,  xüsusi  mülkiyyətə  əsaslanan 

təsərrüfat  subyektlərinin  yaradılması,  iqtisadiyyatın  idarə  olunmasını  və 

tənzimlənməsini təmin edən normativ hüquqi bazanm və mexanizmlərin yaradılması 

və bazar mühitinin formalaşdmlması keçid dövrünü zəruri etmişdir. Keçid dövrünün 

uzunluğu bu atributların yaradılmasından asılı olmuşdur. 

Azərbaycanda keçid dövrünün qurtarmasını ölkə prezidenti İlham Əliyev ilk 

dəfə  2007-ci  ilin  aprelində  bəyan  edərək,  Koreya  Respublikasımn  müxbirinə 

müsahibəsində  demişdir:  “...bu  15  il  ərzində  biz  böyük  uğura  nail  olduq  və  keçid 

dövrü  artıq  başa  çatıbdu:.  Biz  tam  şəkildə  bazar  iqtisadiyyatına  əsaslanınq”  (31, 

22.04.2007). 2010-cu ildə isə ikinci dəfə o demişdir: “Azərbaycanda iqtisadi sahədə 

keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq 

və qarşmuza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq” (31, 07.12.2010). 

Söhbət  ictimai-iqtisadi  transformasiya  dəyişkənliyi  ilə  bağlı  sovet  təsərrüfat 

sistemindən  miras  qalmış  bütün  iqtisadi  seqmentlərin  bazar  prinsiplərinə  uyğun 

tamamilə  yenidənqurulması  prosesinin  başa  çatmasından  gedir.  Respublika  20  ildə 

özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş idarəçiliyin vacib şərti 

olan  institusional  və  struktur  islahatlannadək  böyük  bir  iqtisadi  mərhələni  geridə 

qoymuşdur.  İqtisadçılann  əksəriyyəti,  o  cümlədən  bu  kitabın  müəllifi  Azərbaycan 

iqtisadiyyatında keçid dövrünün o illərdə sona çatması fikrini dəstəkləmişlər. Bazar 

iqtisadiyyatının  tələblərinə  uyğun  institusional  sistemin  qurulması,  ümumi  daxili 

məhsulun keçid dövrünün əvvəlinə olan həcminə nail olunması, onun strukturunun və 

işçilərin  sayının  mülkiyyət  forma-  lan  üzrə  bölgüsü  əsasında  bu  gün  Azərbaycan 

bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkə hesab olunur. 

60 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə