Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə31/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   27   28   29   30   31   32   33   34   ...   224

payının  85  faizə  çatmasına  baxmayaraq,  dövlətin  iqtisadi  fəaliyyətdə  tənzimləyici 

təsiri yetərincə güclüdür. Bu, dövlət vəsaitlərinin məqsədəuyğun və diversifikasiyanı 

təmin  edən  şaxələndirilmiş  istifadəsi  metodu  vasitəsilə  daxili  bazann  aktivliyinin 

qorunmasında  əks  olunur.  Onun  fikrincə,  Azərbaycanın  milli  inkişaf  modelinin 

fərqləndirici  cəhətlərinə  dövlətin  iqtisadi  siyasətinin  inkişafın  davamlılığına, 

dayanaqlılığına və tarazlığına hədəflən- məsi; milli iqtisadi sistemin dünya təsərrüfat 

sisteminə  inteqrasiyasının  özünəməxsusluğu,  iqtisadiyyatm  açıqlıq  səviyyəsinin 

yetərincə  yüksək  olması  aid  edilməlidir  (31,11.03.2011).  Professor  Ş.Hacıyevin 

fikrincə,  Azərbaycanın  iqtisadi  inkişaf  modelini  klassik  modellərdən  fərqləndirən 

onun  sosialyönümlü  olmasıdır.  Azərbaycan  dövlət  müdaxiləsi  və  eyni  zamanda 

liberal  dəyərlərə  əsaslanan  institusional  sistemlə  sintezdə  olan  iqtisadi  inkişaf 

sisteminə malikdir. 

Prof Ə.Babayev hesab edir ki, Azərbaycanın iqtisadi inkişaf modeli “alman 

modelinə  -  sosialyönümlü  bazar  iqtisadiyyatma  daha  çox  yaxmdır”  (“31, 

07.12.2010). Müəllif Azərbaycanın iqtisadi inkişaf modelinin səciyyəvi cəhətlərinə 

müxtəlif  mülkiyyət  və  təsərrüfatçılıq  formasına  əsaslanan  qanşıq  iqtisadiyyatm 

formalaşmasım, daxili investisiyalann, xammalın və təbii sərvətlərin hesabına sərbəst 

inkişaf etmək iqtidannda olmasım, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin 

çox  güclü  olmasım,  tənzimlənmənin  həm  makroiqtisadi,  həm  də  mikroiqtisadi 

səviyyədə  həyata  keçirilməsini,  iqtisadiyyatın  yüksək  dərəcədə  sosialyönümlü 

olmasım,  azad  rəqabətin  dövlət  tərəfindən  tənzimlənməsini  və  antiinhisar 

tədbirlərinin həyata keçirilməsini aid edir (31, 23.01.2011). “Azərbaycamn  müasir 

iqtisadi  inkişaf  strategiyasına  fundamental  elmi  baxış”  adlı  məqaləsində  prof. 

Ə.Babayev haqlı olaraq göstərir ki, bütün ölkələrin və ayrılıqda onların hər birinin 

şəraitlərinə uyğun olan vahid standart bazar modeli yoxdur. Bazar inkişaf yolunun 

həyata  keçirilməsinin  qeyri-bazar  amillərinin  hər  ölkədə  öz  xüsusiyyətləri  var  və 

onlar  bilavasitə  bazar  proseslərinə,  iqtisadi  proseslərə  fərqli  təsir  edirlər  (31, 

16.04.2011). Omm fikrincə, Azərbaycamn  milli iqtisadi inkişaf modeli son illərdə 

formalaşdınimışdır (31, 12.06.2011). 2008-2009- cu illərin qlobal maliyyə-iqtisadi 

böhrammn  Azərbaycan  iqtisadiyyatma  təsirlərinin  qabanq  hiss  olunmaması  və 

iqtisadi  inkişafda  pozitiv  meyllərin  qorunub  saxlanması  barədə  müddəalara 

əsaslanaraq, prof. Ə.Babayev bu modelin dayamqlı olduğunu bildirir. Müəllif haqlı 

olaraq, qlobal böhramn ölkə iqtisadiyyatma təsirini məhdudlaşdıran amil kimi bank 

sistemi  və  pul-  kredit  siyasətini  ön  plana  çəkir.  Bu  siyasət  Azərbaycanın  maliyyə 

bazanm  xarici  təsirlərdən  qoruyur.  Bu  da  ölkənin  iqtisadi  inkişaf  modelinin 

özəlliklərindən biridir (daha ətraflı bax 5.7 saylı paraqrafa). 

Milli  iqtisadi  inkişaf  modelinin  nəzəri-metodoloji  məsələlərinin  tədqiqinə 

həsr olunmuş məqaləsində prof. Ə.Babayev Azərbaycamn iqtisadi 

65 



inkişaf  modelinin  ən  mühüm  fərqli  cizgilərini  əsasən  önəmli  formalaşdırmışdır. 

Lakin  onlann  içərisində  mübahisəli  fikirlər  də  vardır.  Bizim  fikri-  mizcə,  onlar 

aşağıdakılardan ibarətdir: 

-dövlətin tənzimləyici rolunım çox güclü olması; 

-iqtisadiyyatın yüksək dərəcədə sosialyönümlülüyü; 

-innovasiyalı, diversifikasiya olunmuş iqtisadiyyat

-bütün  təzahürlərində  (texnoloji,  elm-təhsil,  maraqlandırma  və  s.)  güclü 

postsənaye bölməli iqtisadiyyat

-özündə  dünyaya  açıqlıq  dərəcəsini  milli  iqtisadi  təhlükəsizlik  və  milli 

maraqlarla uzlaşdıran açıq iqtisadiyyat. 

Bu müddəalann hər birinin mübahisəli cəhətlərinin üzərində mono- qrafiyamn 

müvafiq bölmələrində dayanmağı məqbul hesab etmişəm. Burada qısaca onu qeyd 

etmək  istərdim  ki,  məşğul  əhalisinin  37  faizi  kənd  təsərrüfatında  çalışan,  ümumi 

daxili  məhsulunun  yalnız  35-40  faizi  xidmət  sektorunda  formalaşan,  sənaye 

məhsulunun 15-20 faizi emal sənayesində istehsal olunan, emal sənaye məhsulunun 

0,2  faizi  innovasiya  təyinatlı  olan,  əmək  məhsuldarlığı  Avropa  ölkələri  ilə 

müqayisədə  3,5-4  dəfə  aşağı  olan  ölkəni  güclü  postsənaye  bölməli  iqtisadiyyata 

malik olduğunu söyləmək əsaslan- dınlmış görsənmir. Akademik Ramiz Mehdiyevin 

Azərbaycamn  inkişafın  industrial  mərhələsində  olması  barədə  fikrini  haqlı  hesab 

edirəm, o barədə fikir daha ətraflı 3.1. saylı paraqrafda əks etdirilmişdir. 

Professor  Ə.Bayramov  Azərbaycamn  iqtisadi  inkişaf  modelinin  həyata 

keçirilməsində  proqram  məqsədli  yanaşmamn  prioritetliliyini  diqqətə  çatdıraraq, 

haqlı vurğulayır ki, belə yanaşma “yekun olaraq bütövlükdə cəmiyyətin hədəflənən 

nöqtəyə  çatma  “məsafəsini’'  dəqiq  qiymətləndirməyə  imkan  yaradır” 

(31,11.03.2011). 

Prof.  R.Həsənovun  fikrincə,  “Azərbaycamn  iqtisadi  inkişaf  modelinin  ən 

mühüm  məziyyəti  iqtisadi  sistemin  dayamqlığınm  gücləndirilməsi,  inkişafın 

davamlılığımn və tarazlığımn təmin edilməsi hesab olunmalıdır” (31, 11.03.2011). 

Akademik  Ramiz  Mehdiyev  “İctimai  və  humanitar  elmlər:  zaman 

kontekstində baxış” məqaləsində yazır: “Əsas məqsədimiz ondan ibarətdir ki, yaxm 

illərdə  təhsildə,  elmdə,  ümumən  intellektual  sahələrdə  ciddi  dönüş  yaradılmalı  və 

biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir”. O, qeyd edir 

ki,  ölkədə  dövlət  tərəfindən  həyata  keçirilən  sosial  siyasətin  vacib  prioritetləri 

sırasında  optimal  sosial  infrastrukturun  yaradılması  və  onun  inkişafi,  maddi 

nemətlərin  və  gəlirlərin  ədalətli  şəkildə  bölünməsi,  məşğulluq  səviyyəsinin  daim 

yüksəldilməsi də xüsusi yer tutur. 

Öncə onu deyim ki, milli iqtisadi inkişaf modelinin fərqli, seçilən, xarakter 

təyinatlı  əlamətləri  həm  konseptual  yanaşma,  həm  də  dünya  praktikasında istifadə 

olunan göstəricilər əsasmda müəy>'ən edilir. Həmin 

66 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə