Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə33/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   29   30   31   32   33   34   35   36   ...   224

Azərbaycanda  açıq  iqtisadi  siyasət  apanlır.  Bu,  əwəla,  iqtisadiyyatı 

tənzimləyən  normativ  hüquqi  sənədlərdə  nəzərdə  tutulmuşdur.  İkincisi,  faktiki 

statistik  məlumatlarla  bir  daha  təsdiqlənir.  Bu  qənaətimiz  məhsul  və  xidmətlərin 

ümumi buraxılışında ixracın xüsusi çəkisinin 40%-dən çoxluğu, ölkənin daxili ticarət 

dövriyyəsinin  31%-nin  idxal  mallarımn  təşkil  etməsi  ilə  izah  edilir  (2010-cu  il). 

Ancaq beynəlxalq təcrübə göstərir ki, açıq iqtisadi siyasət 

0 zaman məqsədəuyğundur 

ki,  ölkənin  iqtisadiyyatı  rəqabətqa-  biliyyətlidir  və  güclü  xarici  iqtisadi 

məhdudiyyətlər  mövcuddur.  Azərbaycanda  isə  tam  liberal  xarici  iqtisadi 

münasibətlər qurulmuşdur. Konservatriv siyasətdən ancaq xarici və daxili maliyyə 

sektorunda istifadə olunur. Dünya təcrübəsi göstərir ki, beynəlxalq maliyyə axmlanna 

açıq olan iqtisadiyyata dünyada baş verən maliyyə böhranı bu və ya digər dərəcədə 

təsir edir. 

2014-cü  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 

demişdir:  “Dünyanı  bürümüş  iqtisadi,  maliyyə  böhranı  Azərbaycan  əhalisinə, 

iqtisadiyyatına  bir  faiz  də  təsir  etməmişdir.  Bunu  yəqin,  gələcəkdə  alimlər 

araşdıracaqlar  ki,  bu  nə  üçün  belədir”  (31,  11.07.2014).  2008-2009-  cu  illərin 

ümumdünya  iqtisadi-maliyyə  böhranımn  Azərbaycan  iqtisadiyyatına  təsirindən 

danışarkən  qeyd  etmək  lazımdır  ki,  bu  təsiri  minumuma  endirən  amillər  mövcud 

olmuş və indi də davam edir. Burada ən ümdə amil hökumətin konservativ xarici və 

daxili maliyyə siyasətidir. O da öz ifadəsini xarici borcların çox aşağı səviyyəsində, 

rezident  banklann  aktivlərində  xarici  kapitalın  azlığında,  qeyri-rezident  bankların 

aktivlərinin  bütünlükdə  ölkə  banklannm  aktivlərində  cüzi  olmasında,  daxili 

konservativ pul-kredit siyasətində öz əksini tapir. Digər mühüm amil ölkənin vaİ50ita 

ehtiyatlannm yetərincə olmasıdır. Xarici bazarlarda Azərbaycamn təbii sərvətlərinə 

güclü  tələbatın  olması  da  bu  məsələdə  mühüm  rol  oynayır.  Bütün  bu  deyilənlərə 

baxmayaraq böhranın Azərbaycan iqtisadiyyatına təsiri olmuşdur. Belə ki, 2009-cu 

ildə 2008-ci ilə nisbətən ölkə iqtisadiyyatına əsas kapitala xarici investisiyalar 600 

mln.  manat,  sənaye  məhsulu  7,2  milyard  manat  aşağı  düşmüşdür.  2009-cu  ildə 

2008-ci illə müqayisədə əsas kapitala daxili investisiyalar 1,7 milyard manat, özüdə 

əsasən  dövlət  investisiyalann  hesabına  (azalmanın  88  faizi)  azalmışdır.  Böhranın 

təsiri təkcə neft-qaz sektoru ilə məhdudlaşmamışdır. Bir çox qeyri-neft emal sənaye 

sahələrində də məhsulun həcmi azalmışdır. 2009-ci ildə Vergilər Nazirliyi tərəfindən 

toplanan vergilərin məbləği proqnozla müqayisədə 1,6 milyard manat az olmuşdur. 

Nazirliyin  fikrincə,  proqnozun  kəsirlə  icra  olunmasımn  əsas  səbəbi  proqnozlara 

nisbətən  neft  hasilatımn  azalması  və  xam  neftin  ixrac  qiymətinin  aşağı  düşməsi 

olmuşdur (31, 21.05.2010). Maliyyə-iqtisadi böhramn nəticəsi kimi gömrük orqanları 

da büdcə proqnozlarına əməl edə bilməmişlər. Ölkə bank- lan xarici tərəfdaş banklara 

olan 2 milyard dollar məbləğində borclannı təxirə salmadan qaytarmalı olmuşlar. Bir 

çox makroiqtisadi göstəricilər 

69 



(ümumi  daxili  məhsul,  dövlət  büdcəsinin  gəlirləri  və  xərcləri,  ixrac,  iqtisadiyyatın 

mənfəəti,  əsas  fondlann  istifadəyə  verilməsi  və  s.)  üzrə  istehsalın  mütləq  həcmi 

2009-cu  ildə  xeyli  aşağı  düşmüşdür;  əhalinin  sərəncamında  qalan  gəlirlərin, 

xərclərin,  əmək  haqqının  artım  templəri  azalmışdır.  İqtisadi  idarəetmədə  inkişaf 

etmiş ölkələrə xas olan iqtisadi tənzimləmə vasitələrindən istifadə olunur. Əvvəllər 

deyildiyi  kimi,  dövlətin  iqtisadiyyata  müdaxiləsi  keçid  dövrünün  başlanğıcından 

məhdudlaşdınlmışdır. 

Azərbaycamn  müasir  iqtisadi  inkişaf  modeli  kiçik  və  orta  sahibkarlığın 

stimullaşdınlması (Amerika modelinin elementi), xarici iqtisadi əlaqələrin və valyuta 

əməliyyatlanmn  liberallaşdıniması  (Almaniya  modelinin  elementi),  xarici 

investisiyalann miqyaslı cəlb edilməsi, infiastruktur sahələrin dövlət investisiyalan 

hesabına  modernləşdirilməsi  (İsveç  modelinin  elementi),  yumşaldılmış  pul-kredit 

siyasətinin apaniması, iqtisadi tənzimləmədə mülkiyyət formasından asılı olmayaraq 

təsərrüfat  subyektlərinin  fəaliyyətinə  dövlət  müdaxiləsinin  məhdudlaşdınlması, 



bazsa

  mexanizmlərinə  və  metodlanna  üstünlük  verilməsi,  təbii  inhisar  sahələrində 

qiymətlərin  dövlət  tənzimlənməsi,  strateji  dövlət  müəssisələrinin  «tələsmədən 

tələsmək»  prinsipi  əsasında  Özəlləşdirilməsi  ilə  xarakterizə  olunur.  Azərbaycanın 

müasir iqtisadi inkişaf modeli xammal - yanmfabrikat ixraclı və investisiya təyinatlı 

modeldir. Bu modeli fərqləndirən əsas cəhətlərdən biri də onun uzun müddət monetar 

meylli,  açıq  və  liberal  xarakter  daşımasıdır.  Milli  iqtisadi  inkişaf  modelinin 

realizasiyası  nəticəsində  Azərbaycamn  əldə  etdiyi  uğurlara  həsr  olunmuş  çoxsaylı 

elmi və publisistik xarakterli əsərlər və məqalələr mövcuddur. 

İndiki dövrdə mülkiyyətdə dövlətin payımn yüksək olması, onun həm istehsal 

(neft-qaz,  metallurgiya,  maşmqayırma,  elektrik  eneıjisi),  həm  də  ifrastruktur 

sahələrində cəmlənməsi Azərbaycamn modeli üçün xarakterikdir. Buna baxmayaraq, 

ümumi  daxili  məhsulda  vergilərin  payı  heç  də  çox  deyil.  Eyni  zamanda  dövlət 

xərclərinin strukturu cari istehlak xərclərinin, birinci nöbbədə, elm, təhsil, səhiyyə 

xərclərinin aşağı səviyyəsi ilə xarakterizə olunur. Əksinə, investisiyaların, xüsusilə 

infrastruktur  sahələrinə  investisiyalann  xüsusi  çəkisi  yüksəkdir.  Başqa  sözlə 

Azərbaycanm iqtisadi inkişaf modeli investisiya təyinatlıdır. 

Beynəlxalq təcrübə göstərir ki, sosializm adlanan iqtisadi sistemə daxil olmuş 

ölkələrin  bazar  iqtisadiyyatına  keçid  konsepsiyası  və  inkişaf  modelini  təmin  edən 

metod  və  mexanizmlər  öz  xüsusiyyətləri  ilə  bazar  iqtisadiyyatlı  ölkələrdə  istifadə 

edilən  metod  və  mexanizmlərdən  həm  mahiyyət,  həm  də  surət  baxımından 

fərqlənirlər.  Sosial-iqtisadi  inkişafdakı  yaranmış  meyllərin  (durumun)  elmi 

araşdıniması göstərir ki, Azərbaycanda da iqtisadi inkişaf modelinin icrasım təmin 

edən metod və mexaniznüərin təkmilləşdirilməsinə (modcmləşdirilməsinə) hələ də 

ciddi ehtiyac duyulur. 

70 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə