Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə35/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   31   32   33   34   35   36   37   38   ...   224

-bəzi  MDB  ölkələrindən  fərqli  olaraq,  Azərbaycanda  strateji  sahələrin  və 

istehsallann  özəlləşdirilməsinin  düzgün  olaraq  “tələsmədən  tələsmək”  prinsipi 

əsasında həyata keçirilməsi

Müstəqillik  dövründə  Azərbaycanda  qurulan  iqtisadiyyat  dünya 

iqtisadiyyatının  aynimaz  hissəsi  kimi  formalaşmışdır.  Bu,  əsasən  təbii  resurslar 

hesabına  əldə  edilmişdir.  Azərbaycanın  ÜDM-nin  əsas  hissəsi  neftin,  qazın,  digər 

xammal yanmfabrikatlann dünya bazarında satışımn nəticəsidir. Bu gün Azərbaycan 

dünya  iqtisadiyyatına  çox  güclü  inteqrasiya  etmiş  və  ondan  çox  asılıdır.  Bazar 

iqtisadiyyatına transformasiya prosesində ən çox likvid- liyi olan sahələr tab gətirib 

inkişaf  edə  bildilər.  Belə sahələr  də əsasən  xammal  və  yanmfabrikat  istehsal  edən 

sahələr  olmuşlar.  Buradan  da  istehlak  bazanmn,  texnologiyalann  və  mürəkkəb 

məhsullann  idxalmdan,  ixrac  məh-  sullannm  qiymətlərinin  dəyişməsindən  ölkənin 

xeyli  asılılığı  meydana  çıxmışdır.  Bunlarda  elə  amillərdir  ki,  hal-hazırda  ölkə 

hökuməti onlara nəzarət edə bilmir. 

İqtisadi inkişaf modelinin məqsədi və istiqamətləri ölkə rəhbərliyi tərəfindən 

vaxtında  və  düzgün  müəyyən  edilir.  Ancaq  onların  icrası  vaxtlı-  vaxtmda 

təşkilati-iqtisadi mexanizmlərlə və praktiki tədbirlərlə tam təmin edilmir. Ona görə 

yüksək səviyyədə irəli sürülən tapşınqlar və konsepsiyalar illərlə kağız üzərində qalır. 

Belə  vəziyyətin  yaranmasım  ölkə  başçısımn  özü  bir  neçə  dəfə  etiraf  etmişdir. 

Məsələn, ölkə başçısının dəfələrlə söylədiyi bir kəlamı diqqətə çatdınram: “Şirkətlərə 

lazım  olan  mallar  ölkədə  istehsal  olunursa,  onlar  xaricdən  gətirilməməlidirlər”. 

2011-ci  ildə  Nazirlər  Kabinetinin iclasmda  ölkə  prezidenti  bir  daha  vurğulamışdır: 

“... siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici 

bazarlara çıxışlanmızı uzlaşdırmalıyıq...” (31,25.10.2011). 

İndiki  dövrdə  ölkə  iqtisadiyyatında  formalaşmış  real  spesifik,  yəni  bizim 



ölkəyə xas olan xüsusiyyətlərin araşdıniması əsasmda çıxardığımız nəticələri nəzərə 

almaqla,  iqitsadi  inkişaf  modelinin  təkmilləşdirilməsi  istiqamətlərini  müəyyən 

etmişik. Təhlillərdən çıxan və idarəetmə qərarlanmn qəbul edilməsində həlledici rola 

malik ola bilən faktlar və meyllər əsasmda yeni iqtisadi inkişaf modelinin konturlanm 

ortaya  qoymaq  istəmişik.  Apardığımız  araşdırmalardan  ümumi  şəkildə  qənaətim 

ondan  ibarətdir  ki,  ölkənin  müasir  iqtisadi  durumunda  öz  həllini  gözləyən 

problemlərin sıra- smda inkişaf potensialı ilə müqayisədə ümumi daxili məhsulun və 

milli  gəlirin  çox  az  həcmini  və  onlann  bölgüsündə  ədalətlilik  prinsipinə  əməl 

olunmamasım,  ümumi  daxili  məhsulun  yüksək  kapital  tutumluluğunu,  qeyri-neft 

sənaye və aqrar sektorlarda əmək məhsuldarlığımn aşağı olmasım, əmtəə kapital və 

əmək  bazarlarmdakı  natarazlıqları,  regional  inkişafdakı  qeyri-  bərabərlikləri, 

intellektual əmək resurslan tələb edən ləyaqətli iş yerlərinin azlığım, ölkənin xammal 

və yanmfabrikat təyinatlı xarici ticarəthıi, inkişaf 

73 



etmiş ölkələrlə müqayisədə qeyri-təkmil iqtisadi strukturunu, daxili tələbin azlığını, 

məcmu  təklifin  daxili  tələbin  strukturuna  zəif  uyğunlaşdınimasım,  idarəetmədə 

iqtisadi  fəaliyyətlərin  zəif  koordinasiyasım  göstərmək  mümkündür.  Bu  problemlər 

milli  iqtisadi  inkişaf  modelinin  təkmilləşdirilməsi  yolu  ilə  tənzimlənə  və  aradan 

qaldırıla bilərlər. 

1.4.

 

Milli iqtisadi inkişaf modelinin təhlili və 

qiymətləndirilməsinin metodoloji aspektləri 

İqtisadi  inkişaf  modellərinin  müxtəlifliyinə  və  milli  xüsusiyyətlərinə 

baxmayaraq, iqtisadi inkişaf prosesini ümumi qanunauyğunluqlarla və göstəricilərlə 

xarakterizə  edirlər.  İnkişaf  modeli  əsasında  formalaşan  iqtisadi  və  sosial  inkişafın 

ölkə üzrə durumu ümumi daxili məhsulun, ümumi milli gəlirin həm ümumi, həm də 

adambaşına  həcmi,  bütünlükdə  iqtisadiyyatın,  o  cümlədən  sənayenin  sahəvi  və 

regional strukturu, iqtisadi tarazlıq, sosial ədalət, əhalinin həyat səviyyəsi və həyatın 

keyfiyyəti,  istehsal  amillərindən  istifadənin  səmərəliliyi  və  sair  göstəricilərlə 

müəyyən  edilir.  Milli  inkişafın  makroiqtisadi  göstəricilərlə  qiymətləndirilməsi  ilə 

yanaşı “insan inkişafı indeksi” də hesablanılır. Bizim fikrimizcə, bu göstəricilər eyni 

zamanda məhz iqtisadi inkişaf modelinin səmərəliliyini də əks etdirir. İnsan inkişafı 

indeksi  hesablanarkən  3  göstərici  nəzərə  alınır:  həyat  müddətinin  gözlənilən 

uzunluğu (uzunömürlülük), əhalinin savadlılıq səviyyəsi (təhsilə sərf edilmiş illərin 

orta  sayı  və  təhsil  müddətinin  gözlənilən  uzunluğu)  və  həyat  səvİ

3^əsi  (alıcılıq 

qabiliyyətinin paritetliliyi əsasında hesablanmış adambaşına ümumi milli gəlıir, ABŞ 

dollän ilə). 

İqtisadi  ədəbiyyatda  bütünlükdə  “ölkənin  iqtisadi  inkişafı”  dedikdə  iqtisadi 

artım,  iqtisadiyyatda  struktur  dəyişiklikləri  və  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsi başa düşülür. Bütünlükdə ölkənin sosial-iqtisadi inki- şafımn səviyyəsi 

alıcılıq  qabiliyyətinin  paritetliyi  nəzərə  dmmaqla,  adambaşına  ümumi  daxili 

məhsulun  və  ümumi  milli  gəlirin  həcmi  ilə,  ümumi  daxili  məhsulun  strukturu  ilə, 

əhalinin  həyat  səviyyəsi  və  onun  keyfiyyət  göstəriciləri  ilə  müəyyən  edilir. 

Hal-hazırda  iqtisadi  ədəbiyyatda  sosial-  iqtisadi  inkişaf  səviyyəsinə  görə  dünya 

ölkələrini üç qrupa bölürlər: inkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı. 

Keçid iqtisadiyyatlı ölkələrə postsosialist ölkələri aid edilmişdir. Bazar iqtisadiyyatı 

formalaşdıqca və inkişaf səviyyələri yüksəldikcə onlann da sayı ilbəil azalır. Dünya 

Bankının  müəyyən  etdiyi  meyara  görə  adambaşına  illik  ümumi  daxili  məhsul  875 

ABŞ  dollanndan  azdırsa,  həmin  ölkə  inkişaf  edən  ölkə  kateqoriyasına  daxildir. 

Ölkənin inkişaf etmiş ölkə kateqoriyasına aid edilməsini sübut edən 

74 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə