Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov


“Bizim  dəqiq  konsepsiyamız,  inkiştrfproqramımız



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə41/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   37   38   39   40   41   42   43   44   ...   224

“Bizim  dəqiq  konsepsiyamız,  inkiştrfproqramımız 

vardır.  Bu  proqramın  reallaşması  nəticəsində 

Azərbt^can  inkişaf  etmiş  öikələrin  sırasına  daxii 

ediləcəkdir,,. İnkişaf etmiş ölkələrin meyarı vardır,,, biz 

hər  bir  istiqamət  üzrə  o  meyarlara  çatmabyıq....  ** 

(İlham Əliyev, “Azərbaycan qəzeti”, 05.12.2012). 

II

 FƏSIL

 

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF MODELİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ 

2,1.

 

Ölkənin makroiqtisadi göstəricilərinin ümumi səciyyəsi 

Ölkənin  sosial-iqtisadi  inkişafına  xidmət  edən  mühüm  dövlət  proqramları, 

fərman  və  sərəncamlar  icra  edilmiş,  həyata  keçirilən  infrastrukmr  layihələri 

nəticəsində  bölgələrin  investisiya  cəlbediciliyi  yüksəlmiş,  sahib-  karlığm  inkişafı 

təmin edilmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, iş yerlərinin açılması 

istiqamətində sistemli addımlar atılmışdır. 

Bu  gün  Azərbaycan  hökumətinin  qarşıya  qoyduğu  əsas  məqsədlərdən  biri 

iqtisadiyyatın  qeyri-neft  sektorunun  prioritet  inkişafim  təmin  etmək,  xüsusən  yeni 

istehsal  sahələrinin  fəaliyyətini  stimullaşdırmaqdır.  Neft  strategiyasının  davam 

etdirilməsi,  Azərbaycanın  xarici  investisiyalar  üçün  cəlbediciliyinin  artınlması, 

investisiyalann qeyri-neft sektoruna və regionların inkişafına istiqamətləndirilməsi, 

sahibkarlıq  fəaliyyəti  üçün  daha  münbit  şəraitin  formalaşdırılması,  vətəndaşlann 

sosial  müdafiəsi  tədbirlərinin  genişləndirilməsi  dövlətin  iqtisadi  siyasətinin  əsasını 

təşkil  edir.  Respublikanın  iqtisadi  resurslarımn  düzgün  və  məqsədyönlü  istifadə 

edilməsi, real sektorun dəstəklənməsi, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha 

əlverişli  şəraitin  yaradılması  müsbət  nəticələrini  ilk  növbədə,  makroiqtisadi 

göstəricilərin artımında göstərir. 

Dövlət  başçısımn  hələ  24  noyabr  2003-cü  il  tarixli  “Azərbaycan 

Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və 11 

fevral  2004-cü  il  tarixli  “Azərbaycan  Respublikası  regionlanmn  sosial-iqtisadi 

inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” fərman- lannda neftdən əldə 

olunan  gəlirlərdən  milli  iqtisadiyyatm  çoxqütblü  inkişafı  naminə  sərfəli  istifadə 

olunması  məsələsinə  mühüm  yer  aynimışdır.  Bu  fərmanların  əsas  qayəsi  ölkədə 

sahibkarlığın  inkişafım  sürətləndirməklə,  əmək  ehtiyatlarından,  təbii  resurslardan 

səmərəli istifadə etməklə yeni iş 

85 



yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarət 

olmuşdur. Daxili investisiya qoyuluşlarının əhəmiyyətli dərəcədə artması, xaricdən 

maliyyə  asılılığımn  aradan  qaldıniması,  real  sektorun,  istehsalla  məşğul  olan 

müəssisələrin hər tərəfli dəstəklənməsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 

Bu tədbirlərin konseptual məzmunu iqtisadiyyatın liberallaşdmimasından və sərbəst 

bazar  prinsiplərinin  dərinləşdiril-  məsindən  ibarət  olmuş,  nəticədə  sahibkarlığın 

ümumi daxili məhsuldakı xüsusi çəkisi 83 faizə çatmışdır (2013-cü il). 

2003-2011-ci  illərdə  ölkədə  ümumi  daxili  məhsulun  həcmi  3,  o  cümlədən 

qeyri-neft  sektorunda  2,2  dəfə  çoxalmışdır.  Sənayedə məhsulun istehsalı  2,7,  kənd 

təsərrüfatı məhsullarınm istehsalı 1,3 dəfə, əsas kapitala qoyulan investisiyalar 3,5, o 

cümlədən  qeyri-neft  sahələrinə  10  dəfə  artmışdır.  Xarici  ticarət  dövriyyəsi  6,9, 

banklardakı  əmanətlər  12,  kredit  qoyuluş-  lan  15,  əhalinin  gəlirləri  5,3,  orta  aylıq 

əməkhaqqı  4,7,  minimum  əmək  haqqı  8,  pensiyalann  orta  məbləği  isə  6,1  dəfə 

artmışdır.  Həmin  müddətdə  dövlət  büdcəsinin  gəlirləri  12,7,  xərcləri isə  12,9  dəfə 

yüksəlmişdir. Bu da dövlətə əhalinin sosial rifahımn yaxşılaşdıniması üçün müxtəlif 

tədbirlərin həyata keçirilməsinə imkan vermişdir. Əhalinin ev əmlakı 2000-ci ildəki 

1,6  milyard  manatdan  2011-ci  ildə  15,4  milyard  manata  qədər  artımşdır.  Əgər 

2000-ci  ildə  ölkədə  332  min  minik  avtomobili  (avtobuslar  daxil  deyil)  vardısa, 

2012-ci  ildə  onlann  sayı  959  minə  çatmış,  beləliklə,  hər  yüz  ailəyə  düşən  minik 

avtomobillərinin sayı 2,4 dəfə artmışdır. Əhalinin yoxsulluq həddi 6 dəfə azälaraq, 45 

faizdən 7,6 faizə enmişdir. 150-dən çox ölkə ilə ticarət əlaqəsi qurulmuşdur. 

Bu  paraqrafda  uğurlarımız  barədə  əsas  makroiqtisadi  göstəriciləri  diqqətə 

çatdırmaqla  kifayətlənməyi  məqsədəuyğun  hesab  edirəm.  Ancaq  vurğulamaq 

istəyirəm  ki,  2003-cü  ildən  sonra  ölkənin  iqtisadi  artımı  daha  da  sürətli  olmuşdur. 

Belə ki, əgər 2000-2003-cü illərdə ümumi daxili məhsulım orta illik artımı 10,6 % 

olmuşdursa,  2004-2014-cü  illərdə  11%-ə  çatmışdır.  Sənaye  məhsulunun  orta  illik 

artım  tempi  əvvəlki  dövrə  nisbətən  1,2  dəfə  çox  olmaqla,  10,4  faizə  bərabər 

olmuşdur.  Neft  sektoru  nəzərə  alınmadan  sənaye  məhsulunun  43%-i  regionlarda 

istehsal  olunmuşdur.  2012-ci  ildə  2003-cü  illə  müqayisədə  mədənçıxarma 

sənayesində yaradılan əlavə dəyər 

4.3

 

dəfə, tikintidə 3,7 dəfə, emal sənayesində 1,9 dəfə, kənd təsərrüfatmda 



1.4

 

dəfəyə qədər artmışdır (cədvəl 2.1). İqtisadi artım investisiyalann cəlb edilməsi, 



özəl  sektorun  genişləndirilməsi,  maliyyə  sabitliyi  və  iqtisadiyyatın  strukturunda 

dəyişikliklər  hesabına  əldə  edilmişdir.  Bütünlükdə  1995-2013-  cü  illərdə  ölkə 

iqtisadiyyatmın  inkişafına  142,7  milyard  manat,  o  cümlədən  əsas  kapitala  110 

milyard manata qədər investisiya yönəldilmişdir. Ümumi investisiyalann 49,3 faizi 

xarici,  50,3  faizi  isə  daxili  investisiyadır. Makroiqtisadi  sabitliyin  qorunmasına  və 

qeyri-neft sektoruna daha çox dövlət 

86 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə