Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə49/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   45   46   47   48   49   50   51   52   ...   224

2010-2014-cü  illərdə  iqtisadi  inkişaf  tempinin  (orta  illik  artım  2,7  faiz) 

əhəmiyyətli dərəcədə azalması iqtisadi siyasətin icra metod və mexanizmlərində yeni 

aksentlərin meydana çıxmasım zəruri edir. 

2.3.

 

Azərbaycanda iqtisadi tarazlıq 

2.3.1.

 

Əmtəə və xidmət bazarmda tarazbq 

Dövlətstatkomun hesabat materiallanndan istifadə etməklə, biz 2000- 2010-cu 

illərdə Azərbaycan Respublikasımn əmtəə bazannda tarazlığı hesablamışıq (cədvəl 

2.11).  Bizim  hesablamalar  göstərir  ki,  2010-cu  ildə  ölkə  üzrə  məcmu  təklif  65,6 

milyard  manat,  ixracda  daxil  olmaqla,  məcmu  tələb  52,3  milyard  manat  təşkil 

etmişdir.  Məcmu  tələb  məcmu  təklifdən  20%  az  olmuşdur.  Bu  da  əsasən  xarici 

bazarlarda  konyukturamn  dəyişilməsi  və  daxili  tələbin  azlığı  ilə  izah  oluna  bilər. 

Milli  bazann  tələbi  isə  cəmisi  29,3  milyard  manata  və  ya  məcmu  təklifin  45%-nə 

bərabər olmuşdur. Beləliklə, tədqiq etdiyimiz bütün illərdə məcmu təkliflə məcmu 

tələb arasında tarazlıq olmamışdır. 2010-cu ildə 2005-ci illə müqayisədə milli bazann 

məcmu  təklifdə  payı  artmaq  əvəzinə  azalmışdır.  İqtisadi  inkişafdakı  bu  meyl  onu 

göstərir ki, daxili bazarda tələbin artımı xarici bazarda Azərbaycan məhsul- lanna 

tələbin artımından geri qalır və ölkənin iqtisadi inkişafı xarici kon- yukturadan hələ 

də  çox  asılıdır.  Məcmu  tələbin  ancaq  yandan  birqədər  çoxu  (56%-i)  milli  bazarın 

tələbi  hesabına  formalaşmışdır  ki,  bu  da  məqbul  hesab  olunmur.  İnkişaf  etmiş 

ölkələrdə  məcmu  tələbin  formalaşmasında  əhalinin  istehlak  xərcləri  mühüm  rol 

oynayır.  2010-cu  ildə  Azərbaycanda  belə  xərclər  xeyli  artmışdır.  Belə  ki,  məcmu 

tələbdə  əhalinin  (ev  təsərrüfatlanmn)  feıktiki  son  istehlakdakı  xərclərinin  xüsusi 

çəkisi 2005-ci ildəki 26,8%-dən 2010-cu ildə 34,9%-ə qədər çoxalmışdır. 2.11 saylı 

cədvəldən  görünür  ki,  ölkədə  məcmu  tələb  ixracdan,  ümumi  yığımdan,  son 

istehlakdan formalaşmışdır. 2005-2010-cu illərdə son istehlak əhəmiyyətli dərəcədə 

artmışdır (artım 15,7 milyard manat). 2010-cu ildə son istehlak məcmu tələbin 43%- 

ni,  ixrac  44%-ni,  ümumi  yiığım  isə  13%-ni  təşkil  etmişdir.  Apardığımız  he- 

sablamalarm  nəticələrindən  görünür  ki,  milli  bazann  tələbi  2005-ci  ildə  mütləq 

rəqəmlərlə 11,8 milyard manatdan 2010-cu ildə 29,4 milyard manata qədər artmışdır. 

2010-cu ildə milli bazann tələbi məcmu tələbin 56%-ni təşkil etmişdir. Milli bazann 

tələbinin  (daxili  tələbin)  məcmu  təklifə  nisbəti  2005-ci  ildəki  43,8%-dən  2010-cu 

ildə  44,8%-ə  qədər  artmışdır.  Bu  da  əvvəlki  illərdən  fərqli olaraq ümumi  yığımm 

xüsusi çəkisinin 1,8 dəfə azalması hesabma baş vermişdir. 

102 



Maliyyələşdirmə  mənbəyinə  görə  son  istehlak  xərcləri  3  qrupa  bölünür:  ev 

təsərrüfatlannm  -  rezidentlərin  xərcləri,  dövlət  idarəetmə  orqan-  lannın  və  ev 

təsərrüfatlanna  xidmət  edən  qeyri-kommersiya  təşkilatlanmn  fərdi  və  kollektiv 

istehlak üçün çəkdikləri xərcləri. Ev təsərrüfatlanmn son istehlak xərcləri onlarm öz 

gəlirləri  hesabına  əldə  etdikləri  istehlak  malla-  rma  və  xidmətlərinə  faktiki 

məsrəflərin  ölçüsü  ilə  müəyyənləşdirilir.  Dövlət  idarəetmə  orqanlanmn  və 

qeyri-kommersiya təşkilatlanmn son istehlak xərcləri onlarm cari xərclərinin ölçüsü 

ilə müəyyənləşdirilir. Dövlət idarəetmə orqanlanmn fərdi istehlaka çəkdikləri xərclər 

dövlət  idarəetmə  sektoruna  aid  edilən  təşkilatlann  istehlak  üçün  nəzərdə  tutulmuş 

əmtəələrin  alınmasına  və  xidmətlərin  ödənilməsinə  çəkdikləri  xərclərdən  ibarətdir. 

Bu xərclər dövlət büdcəsi və  ya büdcədənkənar fondlar hesabına maliyyələşdirilir. 

Dövlət idarəetmə orqanlanmn kollektiv istehlaka çəkdikləri xərclərə büdcə təşkilatlan 

tərəflndən  dövlət  büdcəsinin  hesabına  göstərilən  və  ayn-  ayn  ev  təsərrüfatlannm 

deyil, bütövlükdə cəmiyyətin tələbatım ödəyən xidmətlərə çəkilən xərclər daxil edilir. 

Bu göstəriciyə müdafiə xərcləri, ümumi dövlət idarəetməsi, hüquq-mühafizə, elm və 

elmi  xidmət  xərcləri  (qeyri-  bazar),  küçələrin  abadlaşdırılması  və  işıqlandmiması, 

kənd təsərrüfatına xidmət edən təşkilatlann xidmətləri daxil edilir. Fərdi istehlak üçün 

əmtəə  və  xidmətləri  səhiyyə,  təhsil,  sosial  təminat,  mədəniyyət,  incəsənət,  büdcə 

təşkilatlan, habelə ev təsərrüfatına xidmət edən qeyri-kommersiya təşkilatları təqdim 

edirlər. İnstitusional vahid kimi əhali qrupunun gəlir və xərclərinin statistik uçotu «ev 

təsərrüfatı» anlayışı altında apanlır. Hesablamalan- mız göstərir ki, əgər 2003-cü ildə 

adambaşına  son  istehlak  xərcləri  617  manat  təşkil  etmişdirsə,  2010-cu  ildə  ev 

təsərrüfatlannm orta hesabla adambaşına illik son istehlak xərcləri 2004 manat, aylıq 

cəmisi 167 manat təşkil edilmişdir ki, bu da bir çox ölkələrlə müqayisədə əhəmiyyətli 

dərəcədə azdır. Bu məsələ daha ətraflı 4.4 saylı paraqrafda verilmişdir. 

Milli  bazarda  tələbin  strukturunun  araşdıniması  da  maraq  doğurur.  Son 

istehlakm və ümumi yığımın dinamikasının təhlili göstərir ki, son illərdə milli bazann 

tələbini formalaşdıran son istehlakm və ümumi yığımın əhəmiyyətli dərəcədə artımı 

baş  vermişdir.  Ev  təsərrüfatının  son  istehlak  xərclərinə  onlann  bütün  ticarət 

müəssisələrindən,  şəhər  bazarlan  və  qeyri-  mütəşəkkil  (küçə)  ticarətdən,  məişət 

xidməti  müəssisəsi,  sərnişin  nəqliyyatı,  rabitə,  mehmanxanalar,  pullu  xidmətlər 

göstərən mədəniyyət idarələri, səhiyyə, təhsil müəssisələrindən əmtəə və xidmətlərin 

əldə olunmasına çəkilən xərclər, həmçinin natura formasında əmtəə və xidmətlərin 

əldə  olunması,  özü  üçün  istehsal  olunmuş  şəxsi  kənd  təsərrüfatı  məhsulu,  şəxsi 

mənzillərdə  yaşayanlar  üçün  şərti  hesablanmış  xidmətlər  və  əmək  haqqı  kimi 

ödənilmiş xərclər daxildir. Respublikanın mövcud normativ aktlanna uyğun olaraq ev 

təsərrüfatlan (ev təsərrüfatı dedikdə büdcəsi və yaşayış yeri ümumi olan bir 

103 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə