Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə40/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   36   37   38   39   40   41   42   43   ...   224

İnvestisiyalann  həcmi,  mənfəət  və  maya  dəyəri  göstəriciləri  statistikada 

müvafiq  illərin  qiymətlərilə  hesablandığına  görə  bizim  tədqiqatlarda  iqtisadi 

səmərəlilik göstəricilərini hesablamaq üçün ümumi milli gəliri, ümumi daxili məhsul 

və əsas kapitala investisiyalann həcmi həm müvafiq illərin cari qiymətlərilə, həm də 

müqayisəli qiymətlərlə götürülmüşdür. 

Əsas  kapitala  investisiyalann  iqtisadi  səmərəlilik  əmsalım  (En)  ölkə  üzrə 

''ümumi milli gəlir” və "ümumi daxili məhsul” göstəricilərinə əsasən hesablamışıq. 

Sənaye  üzrə  investisiyalann  iqtisadi  səmərəlilik  əmsalı  sənayedə  yaranan  əlavə 

dəyərin  (müvafiq  illərin  qiymətləri  ilə  və  müqayisəli  qiymətlərlə)  və  mənfəət 

göstəricilərinin  (cari  qi)m[iətlərlə)  əsasında  müəyyən  edilmişdir.  Beynəlxalq 

standartlara  uyğun  olaraq,  Azərbaycamn  Milli  Hesablannda  Dövlətstatkom 

tərəfindən  üç  ad  altında  milli  gəlirin  göstəricisi  hesablamlır:  "Ümumi  milli  gəlir”, 

"Sərəncamda  qalan  milli  gəlir”,  "Sərəncamda  qalan  xalis  milli  gəlir”.  Əvvəllər 

deyildiyi  kimi,  "Ümumi  milli  gəlir”  ümumi  daxili  məhsuldan,  qalan  dünyadan 

alınmış  və  qalan  dünyaya  verilmiş  əmək  haqqının,  mülkiyyətdən  alınmış  və 

mülkiyyətdən verilmiş gəlirlərin saldosundan ibarətdir. "Ümumi milli gəlir”ə alınmış 

və verilmiş cari transfertlərin saldosunu əlavə etməklə “Sərəncamda qalan milli gəlir” 

hesab-  lamr.  "Sərəncamda  qalan  xalis  milli  gəlir”  “Sərəncamda  qedan  milli  g- 

əlir”dən əsas fondlann illik istehlakı qədər azdır. 

İnvestisiyalann  iqtisadi  səmərəliliyini  hesablayarkən  “ümumi  milli  gəlir” 

göstəricisindən  istifadə  etmişik.  “Sərəncamda  qalan  milli  gəlir”ə  cari  trasfertlər 

əhəmiyyətli  dərəcədə  təsir  edə  bilirlər.  Cari  transfertlər  elə  əməliyyatlardır  ki,  bu 

zaman  bir  institusional  vahid  (sektor)  başqa  bir  institusio-  nal  vahidə  (sektora) 

əvəzində heç nə almadan əmtəə, xidmət və ya pul vəsaiti təqdim edir. Transfertlər pul 

və  ya  natura  şəklində  verilə  bilərlər.  Beləliklə,  cari  transfertlərin  artmasının  və  ya 

azalmasımn investisiya ilə bağlılığı yoxdur. Bu səbəbdən “sərəncamda qalan milli 

gəlir”  göstərici  investisiyalann  ölkə  ü

2U’ə  iqtisadi  səmərəliliyini  müəyyən  etmək 

məqsədi ilə istifadə olunması obyektiv deyil. “Sərəncamda qalan xalis milli gəlir”də 

əsas fondlann istehlakı (amortizasiya) əks olunmur. Ancaq beynəlxalq standartlara 

uyğun  olaraq,  bazar  sistemində  amortizasiya  təsərrüfat  subyektlərinin  gəliri  hesab 

olunur, özü də vergitutma bazası olan ümumi mənfəətin tərkibinə daxil edilir. Bütün 

bu  deyilənləri  nəzərə  alsaq,  investisiyalann  iqtisadi  səmərəliliyini  təyin  etmək 

baxımından  ən  məqsədəuyğun  göstərici  "ümumi  milli  gəlir”  göstəricisidir.  Bizim 

fikrimizcə,  ölkə  üzrə  “ümumi  milli  gəlir”  və  iqtisadi  sektorlar  üzrə  "mənfəət”  və 

"əlavə  dəyər”  göstəriciləri  investisiyalann  iqtisadi  səmərəliliyini  daha  obyektiv 

xarakterizə edir. Çünki müasir şəraitdə ölkə üzrə iqtisadi fəaliyyətin son nəticədə əsas 

məqsədi həm mənfəəti və həm də işçilərin əmək haqqını artırmaqdır. “Ümumi daxili 

məhsul” göstəricisi mülkiyyətdən alınmış və mülkiyyətdən verilmiş gəlirləri özündə 

83 



əks  etdirmir.  Halbuku,  ölkədə  mülkiyyətin  yaradılması  bilavasitə  investisiyalarla 

bağlıdır. Mənfəət norması əsas kapitaldan istifadəyə görə gəliri ifadə edir. 

Metodologiyada deyilir ki, dövr ərzində fond verimi ümumi daxili məhsulun 

və ya ümumi əlavə dəyərin əsas fondların orta dəyərinə nisbəti ilə müəyyən edilir. 

Ümumi daxili məhsulun eneıji tutumu istehsalatda istehlak edilmiş natura ifadəsində 

eneıjinin ümumi daxili məhsula bölməklə hesab- lamhr. 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış 

metodologiyaya  əsasən  istehsalın  səmərəliliyi  qiymətləndirilərkən  aşağıdakı 

göstəricilər də nəzərə alınmalıdır. 

-aralıq istehlakm buraxılışda xüsusi çəkisi

-ümumi daxili məhsulun eneıji tutumu. 

Dövlət  proqnozlannda  və  statistik  uçotda  dövlət  büdcəsinin  gəlirlərinin 

ümumi  daxili  məhsulda  payı  Dövlət  Neft  Fondundan  transferi  daxil  etməklə 

hesablayırlar.  Bizim  fikrimizcə,  metodologiya  baxımmdan  bu  yanaşma  düzgün 

deyil. Çünki ümumi daxili məhsul il ərzində yaranan yeni dəyəri, Neft Fondundakı 

ehtiyat isə keçmiş illərdən daxil olmalan da özündə əks etdirir. Bu yanaşma o zaman 

məntiqə uyğtm olardı ki, neft fondundan transfer müvafiq ilin gəlirləri çərçivəsində 

olsun.  Başqa  sözlə  illik  gəlir  Dövlət  Neft  Fondunun  öz  illik  cari  və  investisiya 

xərclərini ödəyirsə və artım qalan hissə dövlət büdcəsinə transfer edilirsə, onda bu 

transfer daxil edilməklə dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsula nisbəti 

müəyyən  edilə  bilər.  Göstərilən  bizim  yanaşmaya  2013-cü  ilin  proqnoz 

göstəricilərinin misalmda bir daha aydınlıq gətirmək istərdim. Dövlət Neft Fondunun 

gəlirləri  11482  mln.  manat,  cari  və  investisiya  xərcləri  2053  mln.  manat 

planlaşdmlmışdır.  Fondun  9429  mln.  manat  sərbəst  gəliri  qaldığı  halda,  dövlət 

büdcəsinə  transfer  11350  mln.  manat  nəzərdə  tutulmuşdur.  Beləliklə,  1921 

mln.manat məbləğində transfer keçmiş illərin gəlirlərindəndir. 

ölkədə əmək məhsuldarlığınm artınlması iqtisadi inkişaf modeli ilə bilavasitə 

bağlı olduğuna görə və eyni zamanda onun səmərəliliyini əks etdirən göstərici kimi 

2000-2010-cu  illərdə  bu  göstəricinin  faktiki  durumunu  hesablamışıq  və  əmək 

məsrəflərinin səmərəliliyini qiymətləndirmişik. Azərbaycan Respublikası üzrə əmək 

məhsuldarlığı ümumi daxili məhsulun müqayisəli qiymətlərlə həcmini iqtisadiyyatda 

məşğul  olanlarm  sayına  bölməklə  müəllif tərəfindən  müəyyən  edilmişdir.  Ümumi 

daxili məhsulu müqayisəli qiymətlə ifadə etmək üçün belə qiymət kimi 2000-ci ilin 

qiymətləri  qəbul  edilmişdir.  Azərbaycan  Respublikasınm  Dövlət  Statkomunun 

müqayisəli qiymətlərlə hesabladığı illik artım templərini zəncirvari indekslər metodu 

əsasmda, 2000-cı ildən başlayaraq, bir-birinə vurmaqla 2010-cu ildə ümumi daxili 

məhsulun 2000-ci ilə nisbətən artım tempi müəyyən edilmişdir. 

84 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə