Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə39/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   35   36   37   38   39   40   41   42   ...   224

- mallann qiymətləri istehsal xərclərinə uyğundur. 

L.Valrasm  modelindən  belə  nəticə  çıxarmaq  olar  ki,  qiymətlər  bütün 

bazarlarda  bir-birilə  əlaqədardır,  bir-birini  müəyyən  edir  və  tənzimləyir.  Faiz 

dərəcəsinin  aşağı  olması  kreditləri  ucuzlaşdırdığma  görə  o,  əlverişli  investisiya 

mühiti yaradır. Faiz dərəcəsi aşağı olsa pullan bankdepozitlərində saxlamaq sərfəli 

olmaz.  Bu  halda  qənaətlər  investisiyaya  çevrilər.  Ancaq  C.Keyns  hesab  edirdi  ki, 

investisiyanın  rentabelliyini  artırmaq  məqsədilə  faiz  dərəcəsinin  azaldılmasının  öz 

həddi var. 

İqtisadi  tarazlığın  klassik  və  neoklassik  modelində  qənaətlərin  və 

investisiyamn  makrosəviyyədə  qarşılıqlı  əlaqəsinə  də  baxılır.  Gəlirlərin  artımı 

qənaətlərin çoxalmasım stimullaşdınr. Qənaətlərin investisiyaya çevrilməsi istehsalın 

həcmini  və  məşğulluğu  artınr.  Nəticədə,  yenə  gəlirlər  artır,  onlarla  birlikdə  yenə 

qənaətlər  və  investisiyalar  artırlar.  Əgər  qənaətlər  investisiyaya  transformasiya 

olunmursa, onda ümumi daxili məhsulun artımı ləngiyir, deməli, gəlirlər azalır, tələb 

məhdudlaşır.  Qənaətlər  məcmu  tələb  və  məcmu  təklif  arasındakı  tarazlığı  poza 

bilirlər.  Klassiklər  hesab  edirlər  ki,  əgər  investisiylar  qənaətlərdən  çoxdursa 

inflyasiya  təhlükəsi  yaranır.  Onların  bu  müddəasını  mübahisəli hesab edirik.  Əgər 

investisiyalar  qənaətlərdən  azdırsa  ümumi  daxili  məhsulun  artımı  ləngiyir. 

Klassiklərdən  fərqli  olaraq,  C.Keyns  tərəfindən  əsaslandırılmışdır  ki,  qənaətlər 

faizdən yox, gəlirlərdən asılıdır. 

Klasiklərin fikrincə, məcmu tələb və məcmu təklif arasında uyğunluq çevik 

qiymətlər  vasitəsilə  təmin  olunur.  Qiymət  təkcə  resurslann  bölüşdürülməsini 

tənzimləmir,  eyni  zamanda,  natarazlıq  vəziyyətini  də  səhmana  salır.  Məcmu  tələb 

qiymətlərin  dinamikasının  təsiri  altında  dəyişilir.  Qiymətlərin  səviyyəsi  yüksək 

olduqca  istehlakçılarda  pul  ehtiyatlan  azalır,  müvafiq  olaraq  daha  az  mal  və 

xidmətlərə  ödəməqabiliyyətli  tələb  yaranır.  Məcmu  tələb  və  qiymətlərin  səviyyəsi 

arasında  tərs  mütənasib  əlaqə  mövcuddur.  Pula  tələbin  artması  faiz  dərəcəsinin 

yüksəlməsinə gətirib çıxarması Azərbaycanm faktiki vəziyyəti ilə təsdiq edilir. 

Azərbaycanda  isteklak  qiymətlərinin  nisbətən  sabitliyi,  məcmu  tələbin 

artınlmasma müsbət təsir edən amildir. Buradan belə qənaətə gəlmək olar ki, indiki 

mərhələdə  Azərbaycanda  məcmu  tələbin  aşağı  səviyyəsinin  əsas  amili  əhalinin 

gəlirlərinin az olmasıdır. 

Keynsin nəzəriyyəsinə görə əmtəə bazannda məcmu tələb verilmiş qiymətlər 

səviyyəsində milli istehsalın satıla bilən həcmidir. Məcmu tələb dedikdə yeni istehsal 

olunmuş  bütün  mal  və  xidmətlərin  satışının  dəyər  formasında  ümumi  həcmi  başa 

düşülür (67, s.35). Statistikada üç komponent üzrə məcmu tələbin uçotu aparılır: mal 

və xidmətlər bazarında ev təsərrüfat- lannın istehlak mallanna, fırmalann investisiya 

mallanna  və  xidmətlərinə,  dövlət  tərəfindən  alman  mallara  və  xidmətlərə  dövlətin 

tələbi. Tələb ayrı- 

81 



ayn alıcıların və ya əhali qrupunun tələbi kimi yox, milli bazar miqyasmda ödəmə 

qabiliyyətli tələb kimi çıxış edir. Tarazlıq nəzəriyyəsinə görə  məcmu tələb ölkədə 

istehsal  olunan  məhsuldan  (xidmətdən)  və  idxaldan  formalaşan  məcmu  təklifə 

bərabər olmalıdır. Açıq iqtisadiyyatlı ölkələrdə məcmu təWif isə iqtisadi sistemdə 

istehsal  olunmuş  bütün  mal  və  xidmətlərin,  habelə  idxalın  ümumi  dəyərindən 

ibarətdir (67, s.38-51). Bu monoqrafiyada məcmu təklif faktiki qiymətlərdə ümumi 

məhsul və xidmətlərin buraxılışmdan və idxaldan formalaşdırılır. Məcmu tələb isə 

daxili  bazarda  istehlakdan,  ixracdan  və  ümumi  yığımdan  ibarət  müəyyən  edilir. 

Məcmu  tələb  məcmu  təklifdən  az  olarsa,  istehsalçı  firmalar  istehsalı  azaldır  və 

qiymətləri aşağı salırlar ki, mallar anbarda yığılıb qalmasın. Onlar hər iki addımı da 

ata bilirlər: istehsalı və qiymətləri azaldırlar. Məcmu tələb məcmu təklifdən çox da 

ola  bilər.  Bu  halda  mal-material  ehtiyatlan  hesabına  məcmu  tələb  ödənilir  və, 

beləliklə, ehtiyatlar aşağı düşür, istehsalçılar öz məhsullanmn qiymətlərini qaldınr və 

istehsalı  genişləndirirlər.  Əgər  məcmu  tələbin  həcmi  təkliflə  müqayisədə  azdırsa, 

onda materiallann ehtiyatı artır. 

Dövlətstatkomun  tətbiq  etdiyi  metodikada  məcmu  tələb  fərdi  istehlakdan, 

dövlət  idarələrinin  istehlakından,  ixracdan  və  ümumi  yığımdan  ibarətdir.  Ümumi 

yığım  əsas  fondların  yığımının  və  əsas  dövriyyə  vəsaitlərinin  dəyişməsinin 

(artımının) cəmidir. 

Məcmu tələblə yanaşı Azərbaycan Respublikasmın Dövlətstatkomu “Daxili 

tələb” göstəricisinin də uçotunu apanr. Bizim fikrimizcə, “daxili tələb” göstəricisinin 

statistik uçot sisteminə daxil edilməsi və uçotunun ilbəil apanlması düzgündür. Məhz 

bu  göstəriçi  milli  bazarm  alıcılıq  qabiliyyətini  əks  etdirir.  Məcmu  təklif  müəyyən 

edilərkən bizim hesablamalarda milli istehsalm həcmi kimi “ümumi daxili məhsul” 

göstəricisi  yox,  “Ümumi  məhsul  və  xidmətlər  buraxılışı”  göstəricisindən  istifadə 

olunur. Çünki son milli “istehlakm həcmi” göstəricisi mallarm (xidmətlərin) fiziki və 

hüquqi şəxslər tərəfindən bazar qiymətləri ilə alınması xərclərinə əsaslanır. Burada 

əsas  məlumat  mənbəi  əmtəə  dövriyyəsi  haqqında  hesabatlardır.  Ümumi  yığım 

göstəricisində  əsas  kapitalın  yaradılması  və  maddi  dövriyyə  vəsaitlərinin 

ehtiyatlanmn dəyişməsi ilə bağlı xərcləri əks etdirilir. 

İqtisadi  artım  elementlərindən  (investisiya,  ümumi  istehsal  xərcləri,  əmək 

resurslan,  əsas  fondlar)  istifadənin  səviyyəsi  bu  əsərdə  aşağıdakı  göstəricilərin 

əsasmda müəyyən edilmişdir. 

-ümumi  milli  gəlirin  və  ümumi  daxili  məhsulun  kapital  tutumluluğu  və 

material tutumluluğu; 

-əsas kapitala investisiyalann iqtisadi səmərəlilik əmsalı; 

-əmək məhsuldarlığı və onun artım tempi (müqayisəli qiymətlərdə); 

-istehsalm rentabellik səviyyəsi (mənfəət göstəricisi ilə); 

-fond verimi. 

82 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə