Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə19/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   15   16   17   18   19   20   21   22   ...   224

parfyumeriya-kosmetika,  əczaçılıq  sənaye  sahələri  inkişaf  etdirilir.  Elm  tutumlu 

sənaye məhsullanmn istehsalmm indiki 6 faizdən 25 faizədək artınl-  ması vəzifəsi 

qarşıya  qoyulmuşdur.  Bank  sferasında  xarici  kapitalın  payı  70  faizə  çatmışdır. 

Ümumi daxili məhsulun 70 faizdən çoxu xidmət sektorunda yaradılır. 2,3 mln. nəfər 

əhalisi olan Latviya 35 milyard dollar və ya adambaşına 15,5 min dollar dəyərində 

ümumi milli gəlir istehsal etmişdir. 

1.2.9.

 

İqtisadi inkişafın Litva modeli 



Hökumət tərəfmdən sərt maliyyə və valyuta siyasəti həyata keçirilir. Yüngül 

sənaye və turizm əsas prioritetdir. Fosfor və azot gübrə istehsalı, neft emalı zavodu, 

ağac  emalı  və  tikinti  materiallan  istehsalı  müəssisələri  inkişaf  etdirilir.  Litva 

Respublikasında  Avropa  standartlarma  uyğun  olaraq  yüngül  sənaye  müəssisələri 

əsaslı sürətdə modernləşdirilmişdir. Xarici kapi- talm qoyulduğu azsaylı sahələrdən 

biri yüngül sənayedir. Əhalisi 3,4 mln nəfər olan ölkə 51 milyard dollar həcmində 

ümumi milli gəlir istehsal etmişdir. 

1.2.10.



 

İqtisadi inkişafm Çin modeli 

1978-ci  ildə  ölkə  iqtisadiyyatının  modemləşdirilməsinə  həsr  olunmuş 



proqram elan edilmiş və adambaşına gəlirlərin orta dərəcəli inkişaf etmiş ölkələrin 

səviyyəsinə çatdırmaq məqsədi qarşıya qoyulmuşdur. Bu məqsədlərə nail olmaq üçün 

ölkədə  «sosialist  bazar  iqtisadiyyatım»  formalaşdırmaq,  iki  təsərrüfat  sisteminin 

idarəetmə vasitələrindən istifadə, etmək qərara alınmışdır. O dövrdə Çinin görkəmli 

reformatoru DEN Syadpin demişdir: “...pişiyin hansı rəngdə olması vacib deyil, təki 

o siçanlan tuta bilsin”. Bu o demək idi ki, hər iki sistemin (sosialist və bazar iqtisadi 

sistemlər) iqtisadi- inzibati mexanizimlərindən istifadə qəbul edilə bilər. (63, s.49). 

Plan-bölgü və bazar sistemindən paralel istifadə, bazar elementlərinin tədricən tətbiqi 

və  mərkəzləşdirilmiş  bölgünün  tədricən  ixtisan,  dövlət  sektorunun  payımn 

azaldılması,  xüsusi  sektorun  genişləndirilməsi  və  başqa  mülkiyyət  forma-  lanndan 

istifadə kimi konseptual əsaslar Çin hökumətinin iqtisadi siyasətinin istiqamətlərini 

təışkil  etmişdir.  Beləliklə,  Çin  xalq  Respublikası  1978-ci  ildən  azad  iqtisadiyyat 

sistemi  qurmağa  başladı.  Bu  ölkədə  başlanğıcdan  iqtisadi  islahatlann  həyata 

keçirilməsi  strategiyası  mərhələlərə  bölünmüş  və  mərkəzləşdirilmiş  təsərrüfat 

sistemindən  müasir  bazar  iqtisadiyyatma  keçidin  tədricən  həyata  keçirilməsi 

konsepsiyası  qəbul  edilmişdir.  İqtisadi  islahatlann  ilk  mərhələsində  Den  Syaopin 

demişdir  ki:  “Planlı  iqtisadiyyat  hələ  sosializm  deyil.  Tam  xüsusi  mülkiyyət 

şəraitində də planlaşdırma həyata keçiıilk, bazar iqtisadiyyatı da kapitalizm deyil”. 

1978-1984-cü illərdə 

41 



planlı  təsərrüfatın  hökmranlığı  saxlanılmış  və  bazar  metodlan  ilə  tənzimləmə 

köməkçi  xarakter  daşımışdır.  Qəbul  edilən  qərarlar  ölkənin  milli  xüsusiyyətlərini 

nəzərə alır və dövlətin makronəzarət və tənzimlənmə funksiya- larmı təmin edirdi. 

1984-1992-ci  illərdə  «planlı  əmtəəlik  təsərrüfat»  konsepsiyası  qəbul  edilmiş, 

planlaşdırmamn və bazann mexanizmlərinin üzvü surətdə əlaqələndirilməsi nəzərdə 

tutulmuşdur. Keçmiş SSRİ məkamnda yaradılmış dövlətlərdən fərqli olaraq, Çində 

bazar  iqtisadiyyatına  keçidin  özü  planlaşdınimışdır.  İqtisadi  islahatlann 

başlanmasından  ancaq  14  il  keçəndən  sonra,  yəni  1992-ci  ildən  iqtisadiyyatda  və 

ictimai  resurslann  bölüşdürülməsində  bazann  apancı  rolu  konsepsiyası  qəbul 

edilmişdi.  İqtisadi inkişafın  təmin  edilməsində  bazar  mexanizmlərinin  apancı  rolu 

təkamül  yolu  ilə  bərqərar  edilmişdir.  Əgər  Polşada,  Rusiya  Federasiyasında, 

Azərbaycanda  və  keçmiş  SSRİ-nin  respublikalannda  eyni  vaxtda  üç  istiqamətdə 

islahatlar  həyata  keçirilməyə  başlamldısa  -  bazar  mühitinin  yaradılması,  dövlət 

əmlakının  özəlləşdirilməsi  və  cəmiyyətin  demokratikləşməsi  -  Çin  Xalq 

Respublikasında  isə  ilk  mərhələdə  başlıca  diqqət  bazar  mühitinin  və  bazar 

subyektlərinin  yaradılmasına  yönəldilmişdir.  Özəlləşdirmənin  və  demokratiyanın 

ancaq bazann normal inkişafı ilə əlaqədar olan elementləri tətbiq edilmişdir. Onlar 

«özəlləşdirmə»  anlayışı  altında  iqtisadiyyatın  özəl  sektorunun  dövlət  sektoru 

əsasında  yox,  ona  paralel  olaraq,  müstəqil  yaradılmasım  və  inkişafını  başa 

düşürdülər.  Bunun  üçün  lazımi  şərait  yaradılırdı.  Özəl  sektorun  genişləndirilməsi 

dövlət  sektorunun  bazar  iqtisadiyyatına  keçməsi  ilə  ortaya  çıxan  mənfi  hallan  - 

istehsal  strukturunun  dəyişdirilməsi,  işçilərin  azad  edilməsi  və  digər  amillərin 

cəmiyyətdə mənfi təsirlərini azaltmağa kömək etmişdir. 

İslahatlann  tədricən  apaniması  istehsalın  və  əhalinin  bazann  tələblərinə 

sarsıntısız  uyğunlaşmasını  təmin  etmişdir.  Bu  da  öz  növbəsində  islahatlann 

aparılması üçün əlverişli sosial - psixoloji mühit yaratmışdır. İslahatlar iqtisadiyyatda 

böhran vəziyyəti yaratmamış, iqtisadi yüksəlişi təmin etmiş, istehsalın səmərəliliyini 

artırmışdır.  Ölkənin  bazar  sisteminin  mexanizmlərindən  istifadə  edilməsində, 

bütünlükdə  bazar  iqtisadiyyatına  keçmək  üçün  iqtisadi  islahatlann  həyata 

keçməsində  həlledici  rol  dövlətə  məxsusdur.  Dövlət  maliyyə-vergi,  pul-kredit 

münasibətlərini  planlaşdınr  və  tənzimləyir,  əsas  mal  və  xidmətlərə  qiymətləri 

müəyyən edir. 

Çin  iqtisadi  modelinin  bir  fərqləndirici  xüsusiyyəti  də  həyata  keçirilən 

tədbirlərin dövlətin güclü nəzarətedici və tənzimləyici fimksiyalannm saxlanılması 

şəraitində aparılmasından ibarətdir. Dövlət müəssisələri əvvəlki kimi planlaşdırma 

orbitində saxlanılmış və bazar mühitinə tədricən cəlb edilmişlər. Çin əhalisinin milli 

xüsusiyyətləri də nəzərə alınmışdır. 

İqtisadi  inkişafın  Çin  modeli  Şərqi  Avropada  geniş  tətbiq  olunan  «şok 

terapiyası» modelindən prinsipial cəhətləri ilə fərqlənir. «Şok terapiyası» 

42 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə