1.2.7. İqtisadi inkişafın İsveç modeli
İsveçdə mövcud oian iqtisadi sistem qanşıq sistem kimi xarakterizə olunur.
Mülkiyyətin üç formasımn birliyinə və qarşılıqlı hərəkətinə əsaslanır: özəl, dövlət və
kooperativ. İsveç modelinin əsasında fəal dövlət tənzimlənməsi ilə müşahidə olunan
rəqabətə əsaslanan bazar iqtisadiyyatı dayamr. İnkişafın İsveç modelinin fərqləndirici
xüsusiyyəti əhalinin tam məşğulluğu və yüksək rifah səviyyəsidir. Bu model bütün
kateqoriyadan olan zəhmətkeşlərin
5^sək əmək haqqı alması, işsizliyin aşağı
səviyyəsi və istehlakm yüksək səviyyəsi ilə xarakterizə olunur. Bütün dünyada İsveç
modeli sosial həmrəylik modeli kimi qəbul edilmişdir. 9,5 milyon əhalisi olan ölkədə
işsizliyin səviyyəsi 1,3 faiz (Yaponiyadan az) olmuşdur (2011-ci il).
İsveç modelinin əsas məqsədlərinə aid edilir: yüksək və stabil məşğulluğa
kömək etmək, sürətli iqtisadi artım, əhalinin gəlirlərinin bəra-bərləş- dirilməsi,
regional iqtisadi tarazlığa kömək etmək, qiymətlərin stabilliyinə nail olmaq. Dövlət
tənzimləməsi hər şeydən öncə ümummilli səvij^ədə əmək münasibətlərinin
tənzimlənməsi, iş qüvvəsinin təkrar istehsalını və onun dəyərinin formalaşdınimasım
təmin edən müəssisələr üzərində dövlət mülkiyyəti vasitəsi ilə həyata keçirilir. İsveç
modelinin özəyini təşkil edən sosial siyasət üç mühüm prinsipə əsaslanır: xoş
güzərana nail olmaq üçün bərabər imkanların yaradılması; əmək qabiliyyətli əhalinin
tam məşğulluğuna nail olunması; əhaliyə sosial zəmanətlərin verilməsi. Əmlak qeyri-
bərabərliyinin azaldılması milli gəlirin əhalinin aztəminatlı təbəqəsinin xeyrinə
yenidən bölüşdürmək hesabına əldə edilir. Sosial siyasət pulsuz xidmətlər (transfert
ödənişləri) vasitəsilə sosial tələbatlann yüksək səviyyədə ödənilməsini təmin edir.
İstənilən işçi müdiriyyətə heç bir tibbi və sığorta sənədi təqdim etmədən 100 faiz
əmək haqqısı saxlamimaqla bir həftə işə çıxmaya bilər, məzuniyyət müddəti beş
həftədir, əlavə olaraq il ərzində xəstəliyə görə 26 gün işə çıxmaya bilərlər (Avropa
İttifaqında 14 gün), dünyada ən aşağı iş saatı İsveçdədir - 1482 saat (Fransa - 1696
saat).
Sənayecə inkişaf etmiş ölkələr arasında ən yüksək məşğulluq səviyyəsi
İsveçdədir. Bunun da əsas səbəbi işçilərin yenidən hazırlanmasımn dövlət siyasəti və
güclü həmkarlar təşkilatıdır. Sosial siyasəti uğurla yerinə yetirmək üçün yüksək vergi
dərəcələri müəyyən edilmişdir. Belə ki, ÜDM- da vergilər 50 faizdən çoxdur. Digər
inkişaf etmiş ölkələrdə bu göstərici 30- 40 faiz təşkil edir. 1980-cı ildən vergilərin
orta həddi azaldılmışdır. Ancaq yenə də onun səviyyəsi yüksəkdir.
Qeyd olunmalıdır ki, bir tərəfdən, sosial proqramlann reallaşdıniması, yüksək
məşğulluq səviyyəsinin saxlamiması, digər tərəfdən, yüksək inkişaf tempinin təmin
edilməsi, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, inflyasiya ilə mübarizə
arasında ziddiyyət vardır. Bu da İsveç modelinin
39
xarakterik xüsusiyyətlərindən biridir. Ancaq 90-cı illərdə ölkənin iqtisadiyyatında
müəyyən çətinliklər meydana çıxdı: əhalinin tam məşğulluğu iş qüvvəsinin
çatışmamasına və əmək haqqmm artınimasına səbəb oldu. Yüksək istehsalat xərcləri
ixrac mövqeyinin itirilməsinə, yerli investorlann xarici ölkələrdə istehsal sahələri
yaratmasımn stimullaşdmlmasma gətirib çıxartmışdır. Yüksək istehsal xərcləri sosial
müdafiə sistemi ilə şərtlənmişdir. Hökumət məcbur oldu ki, sosial proqramlan
azaltsın (ixtisar etsin), «sosial bərabərlik»dən imtina etsin, monetar tənzimləməni
gücləndirsin, yenidən bölüşdürmə proseslərinə dövlətin birbaşa müdaxiləsini
zəifiətsin.
1993-cü ildə hökumət yeni maliyyə islahatlarına başlamışdır. Onun
mahiyyəti istehlaka görə verginin 10 faiz səviyyəsində saxlamiması və vərəsəliyə
görə verginin azaldılması olmuşdur. İsveç modeli güclü sosialyönümü ilə fərqlənir.
Yüksək həyat səviyyəsini (məşğulluq, təhsil, sosial sığorta) təmin etmək,
infirastruktur obyektlərini (nəqliyyat, elmi-tədqiqat və təcrübə- konstruktur işləri)
yaratmaq və əhali arasında əmlak qeyri-bərabərliyini azaltmaq dövlətin
funksiyasıdır. Ona görə də bu ölkədə XX əsrin 90-cı illərində ÜDM-un yandan çoxu
dövlət sektorunda istehsal olunmuşdur. İsveç modeli üçün səciyyəvi olan cəhətlər
gəlirlərin geniş surətdə yenidən bölüşdürülməsi və sosial təminatlann yüksək
səviyyədə olması, yüksək sosial müdafiə sisteminin yenidən bölgü metodlan
hesabma yüksək vergilər və dövlət xərcləri vasitəsilə əldə olunması, sosial
vəzifələrin həllinin istehsaldan kənara çıxaniması, bölgü və yenidən bölgü
münasibətlərinə üstünlük verilməsi ilə fərqlənir.
Avropada ən yüksək vergi İsveçdədir - əhalinin gəlirlərinin 58 faizə qədəri.
Burada əhalinin aylıq gəlirinin 40 faizi yaşayışa, işıq və suya 20 faizi, sığortaya 20
faizi, telefon, internet və televizordan istifadəyə 15 faizi xərclənir. İsveçdə təhsil
haqqı ödəmirlər. Dərman üçün maksimum ödəniş il ərzində 250 evro təşkil edir. İlin
axınna qədər “pulsuz kartoçka”dan istifadə olunur. Belə kartoçkalar əsasında yazılan
reseptlərdəki dərmanlar pulsuz verilir. Mənzillə təminatda da dövlət kömək edir. Bu
ölkədə mənzil üçün götürülən kreditin müəyyən hissəsini hər ay dövlət ödəyir
(53,25.10.2012).
1.2.8.
İqtisadi inkişafm Latviya modeli
2004-cü ildən Avropa İttifaqımn üzvü olan Latviya Respublikasında əvvəllər
Şərqdəki qonşularla inteqrasiya məqsədi ilə yaradılmış bütünlükdə istehsal sektorları
və müəssisələr yenidən qurulmuşdur. Elektronika, kimya, yüksək texnologiyalar,
telekommunikasiya, turizm, maliyyə vasitəçiliyi prioritet sahələrdir. Latviya
elektrotexnika, radioelektronika, cihazlar, rabitə vasitələri, nəqliyyat vasitələri, kənd
təsərrüfatı avadanlıqlan istehsalı üzrə ixtisaslaşır. Toxuculuq və tikiş, kimya, ağac
emalı, ət-süd, balıq,
40