norması Yaponiya hökümətinin əhəmiyyətli dərəcədə maliyyə bazasım təşkil edir.
Belə ki, həmin vəsaitləri dövlət əmanət və sığorta müəssisələri vasitəsi iiə hökümət
toplayır. Onlann hesabına dövlət investisiyalarmm əksər layihələri mali)
7ələşdirilir.
Cəmiyyətin industrial mərhələsində mərkəzi büdcə xərclərinin 40-50 faizini dövlət
investisiyalan təşkil etmişdir. (49, s.99).
Müharibədən sonrakı dövrdə Yapon iqtisadi modelində sistem yaradan digər
struktur kimi biznes sferasında qruplaşma və ya birlik adlanan qurum çıxış etmişdir.
Birlikləri müxtəlif iqtisadi fəaliyyət sahələrində biznesmenlərin özləri yaratmışdılar.
Qarşılıqlı etimada və anlaşmaya əsaslanan birliklərin müqavilə şərtlərinə əməl
edilməsinə nəzarət, müxtəlif sanksiya- lann tətbiqinə, razılaşdırılmış qərarlann qəbul
edilməsinə səlahiyyəti olmuşdur. Əgər qərb bazar iqtisadiyyatında təsərrüfat
agentlərinin hərəkəti fərdiy- yətçiliyə əsaslanırsa, yapon iqtisadi modelində
birliklərin fəaliy>'ətində kollektivizm prinsipi əsas təşkil edir.
Hökumətin qəran ilə İqtisadi Strategiya məsələləri üzrə Şura yaradılmışdır.
Yapon modelinin tipik xüsusiyyəti, həmçinin sosial funksiyalarm dövlətdən
firma və təşkilatlara ötürülməsidir. Bununla da o, İsveç və alman modellərindən
fərqlənir. Yaponiyanın dövlət büdcəsində sosial xərclərin azlığı da bu xüsusiyyətlə
şərtlənir. Yaponiyada firmalar ev təsərrüfatlanna nəinki iş yeri verirlər, həmçinin
işçilərin mənzillə, məktəbəqədər uşaq müəssisələri ilə təmin etmək öhdəliklərini öz
üzərlərinə götürürlər, gənc nəslin oxuması və təhsil alması, işçilərin yenidən
hazırlanması və ixtisaslarının artırılması barədə qayğı göstərirlər. Təsərrüfatçılığın
Yapon modelinin mərkəzində işçilərin işə ömürlük götürülməsi sistemi dayamr. Bu
əlamət ölkə əhalisinin konsolidasiyasına xidmət edir, işçilərin və işəgötürənlərin
əməkdaşlığını təmin edir, işçilərin firmalara sədaqətli olmasım, təşəbbüskar və var
gücləri ilə işləməsinə zəmin yaradır. Müəssisə ali və orta ixtisas təhsili müəssisələri
ilə sıx əlaqə saxlayır, tələbələri istehsal praktikası ilə təmin edir, təhsili bitirənlərin
müəyyən hissəsini işə qəbul edir, 1-2-il onlar müxtəlif şöbələrdə təcrübə keçəndən
sonra qiymətləndirmə attestasiyasında yoxlanılırlar. Müsbət qiymət alanlar daimi işə
qəbul edilirlər. Əmək haqqının məbləği həm vəzifədən, həm də iş stajından asılıdır.
Hər 3-5- ildən bir işçi xidmət yerini dəyişir, başqa işə keçirilir. 55 yaşına çatmış
qadınlar və 60 yaşına çatmış kişilər təqaüdə yola salınır, onların yerinə gənc işçilər
qəbul edilirlər. Beləliklə, kadrların rotasiyasımn dəqiq sistemi yaradılmışdır. Firmaya
sədaqətli işçilərin nəinki övladlanna, həm də nəvələrinə həmin firma işə qəbula
təminat verir.
Müəssisənin iflası istisna olmaqla, praktiki olaraq işçi işdən azad oluna
bilməz. Azad olmalann qarşısını almaq məqsədilə firma iş vaxtım azalda və yeni
işçilərin qəbulunu məhdudlaşdıra bilər. Ömürlük işə qəbul
35
sistemi işçilərin 25-30 faizini əhatə edir, qalanlan müvəqqəti işçi hesab edilirlər və
istənilən vaxt işdən azad edilə bilərlər. Ona görə də hər bir Yapon gənci yaxşı
oxumağa, istehsalda yaxşı işləyə, ixtiraçı, səmərələşdirici olmağa cəhd edir.
İnkişafın bütün mərhələlərində Yaponiyanı fərqləndirən cəhət dövlətin
iqtisadiyyata fəal müdaxiləsi olmuşdur. Bunu da dövlət sənaye siyasəti vasitəsi ilə
həyata keçirmişdir. XX əsrin 70-ci illərinə qədər Mərkəzi Bank kommersiya
banklanna kredit limiti müəyyən etmişdir. Ümumi daxili məhsulun 65 faizə qədəri
xidmət sferasında yaramr. Hal-hazırda sənayedə struktur dəyişiklikləri siyasəti
həyata keçirilir. Onun əsas istiqaməti isə ən çox əlavə dəyər yaradan elm tutumlu
sahələrin prioritetliyidir. 2006-cı ildə 4229 milyard dollar və ya adambaşına 33150
dollar dəyərində ümumi milli gəlir istehsal edilmişdir. Yapon modeli ümumi milli
mənafein ayn-ayn fərd- lərin mənafeindən üstünlüyü, dünya bazannda maksimum
yüksək rəqabət qabiliyyətli məhsul (xidmət) istehsalımn təmin edilməsi, əmək
məhsuldarlığının artımmın əmək haqqından yüksək olması prinsipləri üzərində
qurulmuşdur, iqtisadi inkişafm tənzimlənməsində dövlət fəal rol oynayır. Bu da
Yapon modelini fərqləndirən cəhətlərdəndir.
1.2.3.
İqtisadi inkişafın Cənubi Koreya modeli
Cənubi Koreya modeli Yapon iqtisadi inkişaf modeli ilə oxşardır.
İqtisadiyyatın sürətli modemizasiyası üçün dövlət vergi, tarif və valyuta siyasətindən
geniş istifadə edir. Resurslarm, geniş nomenklaturada istehsal və istehlak təyinatlı
mal qruplanmn qiymətləri üzərində dövlət uzun müddət nəzarət etmişdir. Dünya
bazannda rəqabətqabiliyyətli iri korporasiyalann yaradılmasına və inkişafına dövlət
məqsədyönlü təkan verir.
1.2.4.
İqtisadi inkişafm İsveçrə modeli
Hökumətin iqtisadi siyasəti iqtisadi potensialın modernləşdirilməsi və xarici
iqtisadi fəaliyyətin genişləndirilməsi vəzifələrinin yerinə yetirilməsinə tabe
edilmişdir. 41,3 min kv km sahəsi və 7,6 mln nəfər əhalisi olan ölkə 305 milyard
dollar və ya adambaşına 4İmin dollardan çox dəyərində ümumi milli gəlir istehsal
edir.
Transmilli korporasiyalar və dövlət sektoru iqtisadiyyatda mühüm rol
oynayır. Ölkənin təsərrüfatmda onlarm rolu böyükdür. ÜDM-ün yandan çoxu federal
büdcə vasitəsi ilə yenidən bölüşdürülür. Federal büdcənin xərc maddələri içərisində
təhsil, elm, kənd təsərrüfatı və sosial təminat sistemi əsas yer tutur. Ümumi milli
gəlirin 65-70 faizi xidmət sahələrində formalaşır. Sənayedə maşmqayırma
kompleksi, kimya və ərzaq sənaye sahələri
36