Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə17/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   13   14   15   16   17   18   19   20   ...   224

əsas  rol  oynayırlar.  Ölkənin  iqtisadi  mövqeyi  beynəlxalq  əmək  bölgüsündən 

istifadəyə əsaslanır. İxracın 90 faizi hazır sənaye məmulatlanndan ibarətdir. 



1.2.5.

 

İqtisadi inkişafın Avstriya modeli 

İkinci dünya müharibəsindən sonrakı illərdə iqtisadiyyatda dövlət sektorunun 

yüksək payı olan sosialyönümlü bazar iqtisadiyyatı modeli formalaşmışdır. Sonradan 

Avropa iqtisadiyyatma daxil olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi prosesi 

başlamışdır. Sosialyönümlü iqtisadi siyasət davam etdirilir. Ümumi daxili məhsulun 

üçdə birindən çoxu sosial ehtiyaclar üçün istifadə edilir. Dövlət xərcləri ÜDM-ün 35 

faizini  təşkil  edir.  Xidmət  sektorunda  ÜDM-ün  67  faizi  yaradılır.  Sənaye  sektoru 

maşınqayırma,  kimya,  selliloz-kaziz,  metallurgiya,  avtomobilqayırma  sahələri  ilə 

təmsil  olunubdur.  8,3  mln  nəfər  əhalisi  olan  ölkə  289  milyard  dollar  və  ya 

adambaşına 35min dollardan çox ümumi milli gəlir istehsal etmişdir. 



1.2.6.

 

İqtisadi inkişafın Almaniya modeli 

Beynəlxalq miqyasda tanınan alman iqtisadi inkişaf modeli “sosialyönümlü 

bazar  təsərrüfatı”  adlanır.  Alman  modeli  sosial  təminatın,  təhsil  və  səhiyyə 

xidmətlərinin  pulsuz  olması,  onun  sosial  tərəfdaşlıq  və  sosial  məsuliyyət  əsaslan 

üzərində qurulması, sahibkarlarla həmkarlar ittifaqlan arasında müəssisə işçilərinin 

əmək  haqlarının  yüksəldilməsi  uğrunda  yarışma-  lan,  sosial  siyasətin  həyata 

keçirilməsində  istehsal  sahəsinə  üstünlük  verilməsi  ilə  seçilir.  Alman  sosial  bazar 

təsərrüfatı üçün dövlət mülkiyyətinin yüksək xüsusi çəkisi, təsərrüfat strukturunun 

formalaşmasında  özəl  sahibkarlığın  və  bazar  mexanizmlərinin  güclü  mövqeyi 

xarakterikdir. Bımunla bərabər mövcud qanunvericilik müqavilə öhdəliklərinə ciddi 

riayət edilməsinə, məhsullann keyfiyyətinə nəzarətə, ədalətli rəqabətin müdafiəsinə, 

ətraf  mühitin  qorunmasına  istiqamətlənmişdir.  Burada  təsərüfat  fəaliyyətində 

dövlətin  iştirakı  böyükdür.  Bu,  öz  ifadəsini  sosial  problemlərin  həllində  (işsizlik, 

sosial sığorta və b.) və ümumi nemətlərin istehsalında (məsələn, yol tikintisində və 

b.)  tapır.  Bu  modelə  uyğun  olaraq  dövlət  tənzimləməsi  təsərrüfat  subyektlərinin 

sayının artıniması və iqtisadiyyatın sahəvi strukturunun yenidən qurulması əsasında 

ictimai  əmək  bölgüsünün  dərinləşdirilməsi  yolu  ilə  azad  rəqabətin  qorunmasına 

istiqamətləndirilmişdir. 

Almaniyada  hesab  edirlər  ki,  azad  rəqabətin  müdafiəsi  üçün  iqtisadiyyatın 

strukturunun  dəyişdirilməsi  və  təsərrüfat  agentlərinin  sayının  artırılması  onların 

ölçülərinin artırılmasından daha səmərəlidir. Ona görə də bu ölkədə rəqabətə təkcə 

bazar  uğrunda  mübarizə  kimi  baxmırlar.  Onlar  rəqabəti  ictimai  əmək  bölgüsünün 

müxtəlif həlqələrinin qarşılıqlı əlaqəsi kimi 

37 



qəbul  edirlər.  Məhz  rəqabətin  bu  anlamı  dövlət  tənzimləməsinin  predmeti  kimi 

alman modelində qəbul edilmişdir. 

Valyuta  mənbəyi  kimi  ixracın  stimullaşdınimasmdan  istifadə  bazann 

tənzimlənməsinin mühüm vasitəsi hesab edilir. 

Alman  modelinin  spesifikliyi  həmçinin  büdcə-vergi  siyasətində  də  özünü 

büruzə  verir.  Vergilərin  və  dövlət  büdcəsinin  ölçülərini  iqtisadiyyatın  artımı  ilə 

əlaqələndirirlər.  Vergi  siyasəti  iqtisadiyyatm  həddindən  çox  artımım  ləngitməyə 

(artımına imkan verməmək) istiqamətləndirilmişdir. Onun vəzifəsi gəlirlərin yenidən 

bölüşdürülməsi yox, inflyasiya gəlirlərinin dondurulmasıdır. 

Alman  modelində  gəlirlər  və  məşğulluq  siyasəti  xüsusi  yer  tutur.  Dövlət 

bazann  inkişafına  töhfə  verən  və  ixracı  artıran  bütün  istehsalçılann  gəlirlərinin 

artınimasını  və  iqtisadiyyatda  mütərəqqi  struktur  dəyişikliklərini  stimulaşdınr. 

Əhalinin gəlirlərinin artımım əmək məhsuldarlığımn artınu və bazann mal təminatı 

ilə əlaqələndirirlər. Bazan məhdudlaşdıran amil kimi gəlir səviyyəsinin həddindən 

çox differensasiyasma qarşı mübarizə apanlır. 

ABŞ  modelindən  fərqli  olaraq,  Almaniya  modelinin  bir  xüsusiyyəti  də 

iqtisadiyyatm  tənzimlənməsində  pul-kredit  siyasətinə  üstünlük  verilməsidir.  Əgər 

ABŞ-da qiymətlərin səviyyəsinə, tələb və təklifin strukturuna vergi sistemi vasitəsi 

ilə təsir edirlərsə, Almaniyada məcmu borc kapitalı ilə sənayedə toplanmış kapital və 

onunla bağlı olan faiz dərəcəsi arasında optimal bağlılığın saxlamiması vasitəsi ilə 

təsir  göstərirlər.  Alman  modelinin  mahiyyətini  qısaca  olaraq  belə  formalaşdırmaq 

olar: azad rəqabət, iqtisadiyyatın, tələb və təklifin tarazlığı. Bazar təsərrüfatında bu 

şərtləri  təmin  etmək  və  onun  inkişafına  sosialyönüm  vermək  dövlətin  vəzifəsidir. 

Almaniya  modelində  kiçik  və  orta  müəssisələr,  fermer  təsərrüfatlan  xüsusi 

himayədarlıqdan  istifadə  edirlər.  Qiymətlərə,  rüsumlara,  texniki  normalara  dövlət 

fəal təsir edir, ölkədə sosialyönümlü iqtisadi model qurulmuşdur. 

Almaniyanm  iqtisadi  inkişaf  modeli  bazar  iqtisadiyyatımn  yüksək 

səmərəliliyini təmin edir və maksimum sosial ədalətə zəmanət verir. İqtisadiyyatm 

dövlət sektoru, əsasən, infrastruktur obyektlərlə təmsil olunmuşdur. İşçilərinin sayı 

bir min nəfərdən ibarət olan iri kompaniyalar ÜDM-ün 50 faizdən çoxunu istehsal 

edirlər.  Sənayenin  kreditləşdirilməsi  ilə  məşğul  olan  ixtisaslaşdınimış  bank 

mövcuddur.  Qara  və  əlvan  metallurgiya,  maşınqayırma,  kimya,  dərman  istehsalı, 

yüngül və yeyinti sənaye sahələri iqtisadiyyatda apancı rol oynayırlar. Elmi-tədqiqat 

və təcrübə-konstruktur işləmələri sektorunda 500 mindən çox adam çalışır. Onlann 

da  üçdə  biri  alim  və  mühəndislərdən  ibarətdir.  Ümumi  daxili  məhsulun  30  faizə 

qədəri sosial ehtiyaclar üçün istifadə edilir. İxracın 86 faizi hazır məhsuldur. Xammal 

və yanmfabrikatlar ixracm ancaq 4,7 faizini təşkil edirlər. 

38 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə