neçə əlamətləri vardır. Əgər sistem daxili istehsal resurslarma qapanırsa və daxili
istehlakla məhdudlaşırsa, o qapalı sistem hesab edilir. Ayn-ayn müəssisələr də,
məsələn, müdafiə kompleksinin müəssisələri qapalı ola bilər. Məsələn, 2004-cü ildə
Fransanın sabiq prezidenti Nikola Sarkozi, bir tərəfdən, bazar münasibətlərini
stimullaşdırmağa, digər tərəfdən, iqtisadi proteksionizm metodlarından istifadə
etməyə başladı. Onun təşəbbüsü ilə Fransanın iki ən məşhur əczaçılıq şirkəti
birləşdirildi. Burada əsas məqsəd milli bazara İsveçrənin əczaçılıq nəhəngi olan
«Novartis» şirkətinin daxil olmasının qarşısım almaq idi (31,15.02.09).
İqtisadi inkişaf modelinin mahiyyətini başa düşmək üçün bir məsələyə də
aydınlıq gətirilməsi tələb olunur. Bu da «iqtisadi siyasət» və «milli iqtisadi inkişaf
modeli» anlayışlan arasındakı fərqə aydınlıq gətirilməsidir. İqtisadi ədəbi>
7atda
iqtisadi siyasət dedikdə ictimai istehsal və bölgü sferasında təsərrüfat fəaliyyətinin
təşkilində dövlət tədbirlərinin məqsədyönlü sistemi başa düşülür. Bizim fikrimizcə,
iqtisadi inkişaf modeli isə milli iqtisadiyyatın inkişaf yollanm və vasitələrini ortaya
qoyan baxışdır, hökumətin iqtisadi siyasətinin reallaşdınimasını təmin edən
vasitələrin və mexanizmlərin toplamıdır. Milli inkişaf modeli hər bir ölkənin iqtisadi
inkişaf səviyyəsini, sosial və milli şəraitini nəzərə alan hökumətin iqtisadi siyasəti
əsasında for- malaşdınlır. Ona görə də ayn-ayn ölkələrdə iqtisadi inkişaf modellərini
fərqləndirən xüsusiyyətlər mövcuddur. Onlara iqtisadiyyatın tənzimlənməsində
dövlətin iştirak səviyyəsi; iqtisadi inkişafda prioritet istiqamətlər və məqsədlər,
iqtisadi inkişafı təmin edən metod və mexanizmlərin tərkibi, onlardan istifadə
səviyyəsi; inhisarın tənzimlənməsi və rəqabət mühitinin for- malaşdınlması
mexanizmləri; ölkənin tarixi xüsusiyyətləri, əhalinin adət və ənənəsi aid edilir.
Bunlardan başqa postsosialist ökələrində iqtisadi modeli fərqləndirən bir cəhət də
bazar iqtisadiyyatına keçidi təmin edən iqtisadi islahatların tempi olmuşdur.
Müasir bazar təsərrüfatının ən çox istifadə olunan modelləri 1 saylı sxemdə
əks etdirilmişdir. Sxemdən görünür ki, ümumi meyarlara əsasən üç iqtisadi model və
onlann fərqli prioritet mahiyyətləri mövcuddur. Sosialyönümlü modeldə
vətəndaşlann maraqlannm müdafiəsi, uzunmüddətli proq- ramlann işlənilməsi və
iqtisadiyyatda dövlət sektorunun payının
3äiksək olması üstünlük təşkil edir. Qanşıq
iqtisadiyyat sahibkarlığın inkişafı üçün şəraitin yaradılmasına, taktiki metodlardan
üstün istifadəyə və iqtisadiyyatda dövlətin payının az olmasma əsaslanır. Korporativ
iqtisadi model iri biznesin maraqlannm qorunması, inkişafın əsas prioritetlərinin
müəyyən edilməsi və iqtisadiyyatda dövlətin payımn cüzi olması ilə fərqlənir.
Amerika, İsveç, Almaniya, Yaponiya və Cənubi Koreya modelləri ən çox
öyrənilən və istifadə edilən modellərdir, iqtisadi inkişaf modellərinin beynəlxalq
təcrübəsi daha ətraflı 1.2 saylı paraqrafda verilmişdir.
21
XX əsrin 90-cı illərində keçid iqtisadiyyatlı postsosialist ölkələrində müxtəlif
iqtisadi inkişaf modellərinin formalaşdıniması baş verdi. Hər şeydən öncə islahatlann
tempi ilə iqtisadi artımın qarşılıqlı əlaqəsi və iqtisadi idarəetmədə dövlətin rolu
barədə fikirlər ciddi mübahisə predmeti olmuşdur. “Şok terapiyası”mn tərəfdarlan
iqtisadi artımın yüksək templə baş verəcəyini sürətli islahatlar və sürətli
liberallaşdırma əsasında olacağını iddia edirdilər. Bir çox iqtisadçı alim və
mütəxəssislər, o cümlədən bu monoqrafiyanın müəllifi isə islahatlann və
dövlətsizləşdirmənin tədricən apanimasmı tövsiyə edirdilər. Postsovet məkanında
yaranmış müstəqil dövlətlərin 20 illik təcrübəsi göstərdi ki, tədricən iqtisadi
islahatlan aparan Belarusiya və Özbəkistan Respublikalan iqtisadi artıma daha tez və
yüksək rəqəmlərlə nail olmuşlar. Belə ki, iqtisadiyyatın dövlət tənzimlənməsinə
üstünlük verən Özbəkistan ümumi daxili məhsulun 1990-cı ildəki həcminə 2001-ci
ildə (103%), sürətlə liberallaşdırma həyata keçirən, Pribaltika Respublikalann- dan
ancaq Estoniya 2005-ci ildə 1989-cu ilin ümumi daxili məhsulunun səviyyəsinə
çatmışdır. Rusiya Federasiyasında 1998-ci ildə ümumidaxili məhsulun 1990-cı
ildəki həcminin 58 faizi əldə edilmişdir. Ekspertlər hesab edirlər ki, liberallaşdırma
və demokratikləşdirmə sürətlə aparılsa da, Pribaltika ölkələrində sovet dövründən
qalan dövlət institutlan ən az dağıdılmışdır. Ona görə də, həmin ölkələrdə dövlətin
iqtisadi idarəetmə sistemi səmərəli fəaliyyət göstərmişdir. Mütəxəssislərin fikrincə,
sovet respublikalan arasında iqtisadi islahatlan ən çox uğurla həyata keçirən Litva,
Latviya və Estoniya Respublikalan olmuşlar. Hələ 2005-ci ildə bu ölkələrdə alıcılıq
qabiliyyətinin paritetinə görə adambaşına ÜMG digər respublikalarla müqa)dsədə
bir neçə dəfə çox yaradılmışdır. Belarusiya və Özbəkistanda isə dövlət qu- rumlan
zəif olsa da, iqtisadi idarəetmənin demokratikləşdirilməsini və libe- rallaşdınlmasını
tədricən həyata keçirmişlər. Rusiya ekspertlərinin fikrincə, liberallaşdırma ilə
iqtisadi dinamika arasındakı asılılıq əgər varsa, o da mənfidir. Əksər postsovet
respublikalannda sürətli liberallaşdırma ən az iqtisadi artıma gətirib çıxarmışdır.
Belə mənfi asılılıq, eyni zamanda, özəlləşdirmə və iqtisadi dinamika arasında da
müşahidə olunmuşdur. Belə ki, MDB ölkələrindən yüksək templə inkişaf edən
Özbəkistanda və Belarusiyada 2005-ci ilə qədər ÜDM-də özəl sektorun xüsusi çəkisi
ən aşağı, yəni 50%-ə qədər olmuşdur.
Hesabat materiallanndan görünür ki, 2006-cı ilə qədər ümumi daxili
məhsulun həcminə görə postsovet ölkələrinin çoxunda 90-cı ilin səviyyəsinə nail
olunmamışdır. Həmin dövrdə SSRİ məkamnda yaranmış müstəqil dövlətlər arasmda
sənaye məhsulunun ümumi həcmi indeksi ən az Gürcüstanda (24%), ən çox
Özbəkistanda olmuşdur. 2005-ci ildə 1990-cı ilə nisbətən sənaye məhsulunun ümumi
həcmi indeksi Azərbaycan üzrə 52%, Ukrayna üzrə 94, Belarusiya üzrə 153,
Qazaxıstan üzrə 110, Özbəkistan üzrə 180%
22