müəyyən qurbanlar verməyə də hazır olmalıdırlar. Təəssüf hissi ilə qeyd edirəm ki,
hər yerdə, hər
2^aman belə olmur. Bu problem idarəetmə orqanlan üçün kadrlann
seçilməsi və yerləşdirilməsi sistemi ilə bir başa bağlıdır...
Azərbaycanm iqtisadi-sosial və ictimai-siyasi həyatında əsas problemlərin
həlli qanunlarm aliliyi prinsipinə bütün səviyyələrdə əməl edilməsinə, əhalinin
biliklərə əsaslanan ləyaqətli işlə təmin edilməsinə, gəlirlərin ədalətlə qazamimasına
və bölüşdürülməsinə şəraitin yaradılmasına, iqtisadiyyatın inhisarsızlaşdınimasına,
rüşvətxorluq və korrupsiya ilə mübarizənin idarəetmənin bütün həlqələrində
apanimasına, insanlar arasında əməkdaşlıq və xeyirxahlıq münasibətinin
yaradılmasına, idarəetmə orqanlarında çalışan- lann seçilməsi və yerləşdirilməsi
mexanizmlərinin obyektiv tətbiq edilməsinə, ümummilli mənafein şəxsi mənafedən
üstünlüyünün dərk edilməsinə nail olunmasmdadır. Bütün bu deyilənlər həll oluna
bilər, bir şərtlə ki, millət birlik nümayiş etdirsin. Bu birliyi yaradan, bu və ya digər
məsələ üzrə ictimai fikri formalaşdıran ilk növbədə iqtisadi bazisdir və millətin
ziyaldandır.
Yeni əsr münasibətilə Azərbaycan xalqına dərin məzmunlu və səfər- bəredici
müraciətində unudulmaz Heydər Əliyev bütün siyasi partiyalan, qurundan və
təşkilatlan Azərbaycamn daxilində birlik və həmrəylik yaratmağa çağırmışdır.
“Azərbaycan” qəzeti vaxtaşın milliliyə, ziyalılığa və dövlətçiliyə həsr edilmiş
maraqlı məqalələr dərc edir. Təqdirə layiq olan bu ad- dımlan digər mətbuat
orqanlarmın da atmasını istərdim. Ancaq arzu edirəm ki, belə materiallan çapa
hazırlayan redal^orlar çox diqqətli olsunlar ki, deyilən sözlər insanları yaralamasın,
onlann “yaralannı” qaysaqlandırsın və sağaltsın, həmvətənlərimə xas olan başqasımn
uğurlanna həsəd aparmaq, kinli, qəzəbli xasiyyətlərini tədricən alicənablıqla,
qarşılıqlı köməklə, gözü toxluqla əvəz olunmasına gətirib çıxartsın. Təəssüf ki,
həmişə belə olmur... Qəzetlərin birində bir professor öz məqaləsində ziyalı adından
sui-istifadə edənlərdən söhbət açaraq, söyləyir ki, onları yaxşı tamyınq, onlar
müxalifətin içində də var, bizim aramızda da, belələrinə yer olmamalıdır, onlar ifşa
edilməlidir, yerli irticaya arxalanan quldur dəstələr dövlətin təhlükəsizliyinə
təhdidlər yaratmağa cəhd edirlər. Bu məzmunda olan ifadələrlə zəngin olan çıxışlar
millətin birliyinə yardımçı ola bilərmi? Millətin bir nümayəndəsinin digərlərinə qarşı
bu cür sərt ifadələr işlətməsi mehribançılıq yarada bilərmi, cəmiyyətdəki
qarşıdurmanı, gərginliyi yox edə bilərmi? Əlbəttə yox, həmvətənlərim! Bəzi kütləvi
informasiya vasitələrində, sovet dövründə olduğu kimi, bəzi vətəndaşlarımız
sosializm “yarışına” qoşulurlar. Yanşın da predmeti kim kimi daha tutarlı sözlər və
ifadələrlə “tərif’ etməsi və ya “ifşa” etməsi cəhdidir. Çox hallarda bu deyişmələr
təhqir həddinə çatır. Məgər bu hərəkətlərdən cəmiyyət və millət bir xeyr əldə edir?
Əsla yox. Əksinə. Qarşıdurma şiddətlənir, cəmiyyət parçalanır, xırdalanır... Bu
prosesin
12
səbəbləri və qarşısı alınması barədə həmkarlanma
müraciət edəndə deyirlər ki, bütün
bu neqativ hallar ondan irəli gəlir ki, millətin nümayəndələrində ambisiyalar
güclüdür, fərdlər özlərini digərlərindən ağıllı hesab edirlər, artıqtamahlıq güclüdür,
vəzifə hərisliyi yüksəkdir, milli mənafei qorumaq düşüncəsi aşağıdır, qanunlann
aliliyinin hələ tam dərk olunmamasıdır. Bun> lar hamısı həqiqətdir. Belə bir ictimai -
psixologi mühitdə qərəzli səpgidə yazılan çap məhsullan Azərbaycan ictimaiyyətinə
heç bir xeyir gətirmir, millət haqqında düşünənlər tərəfmdən müsbət qarşılanmır.
Ölkəmizdə korrupsiya və rüşvətxorluğun yayılması haqqında çox yazılır. Bu
ictimai bəlanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə və
hüquq-mühafizə sisteminə, özəl və dövlət təsərrüfat subyektlərinə və cəmiyyətin
digər strukturlarına sirayət etdiyi söylənilir. Bu da bir həqiqətdir.
1994-ci ildən Azərbaycan Respublikası prezidenti tərəfindən korrupsiyaya
qarşı mübarizəni gücləndirmək məqsədilə onlarla fərman və sərəncam verilmişdir.
«Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
haqqında» 8 iyun 2000-ci il tarixli prezident fərmanında korrupsiyanın mövcudluğu
bütünlükdə müxtəlif səviyyəli idarəetmə orqanlarında işləyənlərin vəzifə
imkanlanndan şəxsi və ya qrup məqsədləri üçün istifadə etməsi ilə izah edilir və onlar
təqsirkar bilinirlər. «Xəstəliyin» yaranma səbəblərini və «yaradıcılanm
müəyyənləşdirməyi qarşıma məqsəd qoymadığıma görə, bəzi fikirlərimi konseptual
məzmunda diqqətə çatdırmaq istərdim. «Xəstəliyin» dərmanı təkcə hökumətin əlində
deyil. Burada cəmiyyət üzvlərinin fəal vətəndaşlıq mövqeyi lazımdır.
Cəmiyyətin üzvləri rüşvət təklifini qəbul edirlər. Buraya mən də, sən də,
0 da
və digərləri də daxildirlər. Rüşvət təklifini qəbul etıtıəkdə məqsədimiz bu və ya digər
məsələnin həllinə nail olmaqdır. Qoyulan məsələnin həlli qanun çərçivəsində
mümkündürsə, dövlət məmuru, vəzifəli şəxs, özəl qürumun rəhbəri onu təxirə
salmadan həll etməlidir. Ancaq həll etmir. Biz başlayınq rüşvət vermək üçün yollar
və vasitələr axtarmağa. Axtaran da tapır. Bir azərbaycanlı balası digərindən rüşvət
almaq üçün qanuni işi müxtəlif yollarla düyünə salır. Rüşvət verən axıra qədər inad
göstərib öz məsələsini qanuni yolla həll etmək əvəzinə, tezliklə rüşvəti verib
rahatlanır. Rüşvət alanlarla mübarizəni dövlətin vasitəsilə rüşvət verənlər həyata
keçirməlidirlər. Biz isə bunu etmirik. İçimizdə qorxu baş qaldırır. «Qaşın düzəltdiyim
yerdə vurub gözün kor edərəm» atalar məsələsinə istinad edərək, qorxuruq ki, həqiqət
axtardığımız yerdə özümüzün başına oyun açarlar. Həyatda belə hallar olur. Ancaq
bu hallar çoxluq təşkil etmir. Əvvəl-axır süründürməçilik prinsipi ilə insanlardan
rüşvət alanlar öz cəzalanna çatırlar.
Rüşvət almaq arzusunda olan həmvətənlərimiz mövcud hüquqi aktların həm
humanist müddəaİгıгmdan, həm də həmin akilardakı boşluqlardan
13