müstəqillik dövründə hökümət tərəfindən ölkənin iqtisadi inkişaf modelinə həsr
olunmuş ümumi ölkə miqyaslı elmi>praktiki konfrans keçirilməmiş və ictimaiyyətə
müvafiq informasiyalar çatdmlmamışdır. Təəssüflə qeyd edim ki, ölkə
iqtisadçılanmn əsərləri və tövsiyələri idarəetmə orqanlannda çalışan
həmvətənlərimizə gedib çatmır. Bu da hər iki tərəfin yaradıcılıq əlaqələrinin zəif
olmasım nümayiş etdirir. Bu əlaqələrin daimi əsaslarla qurulması müəyyən bir
məşvərətçi qurumun, məsələn, ABŞ-da olduğu kimi, formalaşdırmasım zəruri edir.
Hal-hazırda ABŞ Prezidentinin yanında iki belə qurum fəaliyyət göstərir: İqtisadi
Məsləhətçilər Şurası və Milli İqtisadi Şura. Milli İqtisadi Şura ölkədə həyata
keçirilən iqtisadi siyasəti koordinasiya edən qurumdur. ,
Rusiya prezidenti yanında^ İqtisadi Şura və onun Rəyasət Heyəti fəa- lİ3ryət
göstərir. İqtisadi artımın təmin edilməsi məqsədilə tədbirlər və qərarlar, həmçinin
mövcud vəziyyət burada müzakirə predmeti olur.
Müstəqillik illərində həyata keçirilən iqtisadi inkişaf modeli Azərbay- camn
dinamik inkişafım təmin etmişdir. Bununla yanaşı dünya iqtisadi sistemində gedən
proseslər, postneft mərhələsində ölkənin tarazlı və davamlı iqtisadi inkişafımn təmin
edilməsi və ölkənin iqtisadi durumunda yaranmış iqtisadi və sosial problemlər
iqtisadi inkişaf modelinin ətraflı tədqiqini və təkmilləşdirilməsini zəruri edir. 2011-ci
ildə AMEA-mn ümumi illik yığıncağında Azərbaycan Respublikasımn Prezidenti
xüsusi vurğulaımşdır ki, Azərbaycanın müasir inkişaf xüsusiyyətlərinin, o cümlədən
milli inkişaf modelinin konkret elmi prinsiplər əsasmda tədqiqi xüsusi əhəmiyyət
kəsb edir və bu kontekstdə respublika alimləri qarşısında ciddi vəzifələr dayamr
(“31”, 22.12.2011). “İctimai və humanitar elmlər: “zaman kontekstində baxış”
əsərində akademik Ranüz Mehdiyev yazmışdır “...həyata keçirilən iqtisadi islahatlar
və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil
olunmalı və müasir iqtisadi model işlənib hazırlanmalıdır. Lakin bu istiqamətdə heç
bir
irəliləyiş
gözə
çarpmır.
İndiyədək
sosial-iqtisadi
inkişafimızm
sürətləndirilməsinin nəzəri əsaslan da işlənilməyibdir. Sözü gedən əsərində müəllif
iqtisadi inkişaf modelindən söz açaraq demişdir: «.. .bizdə hələ də inkişafin
Azərbaycan modeli ilə bağlı fundamental təhlillər apanimır, bu modelin uğurlanm
dəstəkləyən və onun əsas meyllərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və
problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitablann isə elmi səviyyəsi son
dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasım dərindən öyrənib
təhlil edərək gələcək inkişafımızın bazasım yaradınq».
Apardığımız araşdırmalar göstərir ki, ölkənin müasir iqtisadi durumunda öz
həllini gözləyən problemlər mövcuddur. Onlar da milli iqtisadi inkişaf modelinin
təkmilləşdirilməsi yolu ilə tənzimlənə və həll edilə bilər.
Akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər” adlı əsərində
yazmışdır: “Ölkə iqtisadiyyatımn davamlı inkişafım təmin etmək üçün bizə
nailiyyətlərimizin dərin təhlili, yeni təkliflər və yeni ideyalar lazımdır”
(32, S.21).
Ölkənin iqtisadi və sosial inkişafmm müasir durumunun vahid iqtisadi siyasət
çərçivəsində təhlili və qiymətləndirilməsinin zəruriliyi, bizim fikrimizcə, ondan irəli
gəlir ki, iqtisadi inkişafi təmin edən istiqamətlərdən, vasitə və mexanizmlərdən nə
dərəcədə əlaqəli, koordinasiya olunan formada, səmərəli istifadə olunma səviyyəsi
aşkar edilməli və məqsədyönlü tədbirləri həyata keçirilməlidir. Burada əsas məqsəd
Azərbaycamn müasir iqtisadi inkişaf modelini təhlil etmək, qiymətləndirmək və
postneft mərhələsini də nəzərə almaqla, onun təkmilləşdirilməsi istiqamətlərini
əsaslandırmaqdan ibarət olmalıdır.
Müstəqillik mərhələsində həyata keçirilən iqtisadi siyasət nəticəsində
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun və
regionlann inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlannm artımı təmin olunmuş,
sähibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq
yaxşilaşmışdır.
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafımn yekunlarına həsr
olunmuş iclasında ölkə başçısı İlham Əliyev qeyd etmişdir: “Beynəlxalq apancı
reytinq agentlikləri bizim reytinqlərimizi artmblar. Ancaq bu
0 demək deyil ki,
ölkədə hər şey yaxşıdır. Əlbəttə ki, yox... Harada qüsurlar, çatışmayan cəhətlər varsa,
onlan aradan qaldırmalıyıq, ... işləri beynəlxalq standartlara, Avropa standartlanna
yaxınlaşdırmalıyıq».
Azərbaycan qəzetləri və Jumallan iqtisadi inkişaf modeli, yüksək templərlə
iqtisadi artım və, infrastruktur daxil olmaqla, qeyri-neft sektorunun prioritetliyi
haqqında siyasi və biznes elitasının nümayəndələrinin çoxsaylı çıxışlanm dərc
edirlər. Ancaq iqtisadiyyatın problemləri və onun inno- vasiyalılığmm və rəqabət
qabiliyyətliliyinin vəziyyətinin təhlili və qiymətləndirilməsi, demək olar ki, həmin
çıxışlarda öz əksini tapmır. İqtisadi inkişaf modelinin səmərəliliyi, onun
reallaşmasını təmin edən mexanizm- lərdəki problemlər barədə elmi-tədqiqat
işlərinə təsadüf olunmur. Digər alim həmkarlanm kimİ mən də hesab edirəm ki,
keçid dövrünü başa vmmuş Azərbaycanın milli iqtisadi inkişaf modeli kompleks
halında elmi-tədqiqatm predmeti olmalı, onun uğurlan obyektiv qiymətləndirilməli
və problemləri aşkar edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanda iqtisadi
inkişafın növbəti mərhələsi - industrial mərhələsi başa çatdınimalı və postindustrial
mərhələsi formalaşdınimalıdır. Beynəlxalq təcrübədə və iqtisadi nəzəriyyədə bu
məhhələlərin də öz meyarlan, fərqli inkişaf istiqamətləri və fərqli idarəetmə
mexanizmləri vardır. Qeyd olunan bu əlamətlər hər bir ölkənin iqtisadi, sosial, siyasi
inkişafındakı durumdan, cəmiyyətin qarşısında duran məqsədlərdən asılı olaraq
seçilir. Dünya təcrübəsi nəzərə alınır.
8