343
Bu dövrün Azərbaycan şəhərlərinin vəziyyətini, başlıca təkamül
yollarını öyrənmək üçün XVIII yüzillikdə ölkənin şəhərlərində
olmuş Avropa və rus səyyahlarının, hərbi-siyasi xadimlərinin,
«elmi məqsədlərlə» bölgəyə göndərilmiş elçilərin məlumatları
ilə tanış olmaq kifayətdir.
120
«XVIII əsrin birinci yarısında
ölkənin ümumi iqtisadi tənəzzülü şəhər təsərrüfatında öz əksini
tapmışdı. Bu, sənətkarlar tərəfindən hazırlanan malların
keyfiyyətcə aşağı səviyyədə olmasına gətirib çıxarırdı. Məhz
buna görə də Azərbaycan şəhərlərindən əksər hallarda xammal
ixrac olunurdu».
121
XVII əsrin sonunda – XVIII əsrin əvvəllərində ümumi
iqtisadi böhran bütün Yaxın Şərqi bürüdü. Bu regional hadisə
Azərbaycana da mənfi təsir göstərdi. «Ölkənin iqtisadi geriliyinə
XVIII əsrin 20-30-cu illərində Azərbaycan ərazisində aparılan
Osmanlı-Səfəvi müharibələri də az təsir etməmişdi. Müharibə
nəticəsində Azərbaycanın Xəzərboyu əyalətlərində yerləşən
şəhərlərindən başqa demək olar ki, bütün şəhərləri tranzit
əhəmiyyətini itirmişdi».
122
Ticarət vergilərinin çoxluğu və
ağırlığı, ölçü və çəki sistemlərinin müxtəlifliyi, vahid pul
sisteminin olmaması, feodal çəkişmələri, hərbi əməliyyatlar
ölkədə ticarətin məhdudlaşmasının mühüm səbəblərindən idi.
«Təsadüfi deyildir ki, XVIII əsrin birinci yarısında baş verən
üsyanlarda şəhər əhalisi, xüsusilə ticarətlə məşğul olanlar və
sənətkarlar yaxından iştirak edirdilər».
123
XVIII yüzilliyin II yarısına doğru Azərbaycan ictimai-
iqtisadi, siyasi və bunlara müvafiq olaraq mədəni təkamül
prosesində yeni mərhələyə qədəm qoydu. «Azərbaycanın XVIII
əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı
dövlət
qurumlarının
tarixindən
ibarətdir… Azərbaycan
ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı
illərinə aiddir».
124
Şəki xanlığı, Qarabağ xanlığı, Quba xanlığı,
Lənkəran (Talış) xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Dərbənd
xanlığı, Şamaxı xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı,
Təbriz, Ərdəbil, Urmiya, Xoy, Maku, Sərab xanlıqları, Cavad və
Salyan xanlıqları yüzilliyin siyasi həyatında iz qoymuş qurumlar
idilər. «Xanlıqlar dövrü Azərbaycan tarixində feodal dağınıqlığı
344
və şiddətli ara çəkişmələri ilə səciyyələnir. Hakim feodallar-
xanlar bir-biri ilə mübarizə apararaq ərazilərini genişləndirməyə,
vergi verməyə qadir olan rəiyyətin sayını artırmağa can atırdılar.
Müəyyən bir həddən sonra bu, obyektiv surətdə Azərbaycan
torpaqlarının birləşdirilməsi prosesinə çevrilirdi. Bu baxımdan
urmiyalı Fətəli xan Əfşarın, şəkili Hacı Çələbi xanın, qarabağlı
Pənahəli xanın təşəbbüsləri təqdirəlayiq olsa da, heç bir müsbət
nəticə verməmişdir».
125
Azərbaycan torpaqlarını vahid dövlət
hüdudlarında birləşdirməyə can atmış hökmdarlardan biri də
Quba xanı Fətəli (1736-1758-1789) olmuşdur. Onun hərbi-
siyasi, diplomatik tədbirləri də uğursuzluqla nəticələndi. Rusiya,
Osmanlı, İran müdaxilələri, Azərbaycan vilayətlərinin ictimai-
iqtisadi və siyasi inteqrasiya məqamına hazır olmaması
pərakəndəliyin aradan qaldırılmasına mane olmuş başlıca
əngəllər idi.
XVIII yüzillikdə Azərbaycanın iqtisadi həyatı təsərrüfat
fəaliyyətinin əsasən xanlıqlar hüdudunda qapalılığı ilə
fərqlənirdi. Əsrin II yarısında Azərbaycan şəhərləri əsasən qala
divarları ilə əhatə olunmuşdu. Düşmənin qəfil hücumunun
qarşısının alınması məqsədilə qalaların ətrafında xəndəklər
qazılır və həmin xəndəklər su ilə doldurulurdu. Hər bir paytaxt
şəhərdə əsas, bayır və sənətkarlıq məhəllələri yerləşirdi. XVIII
əsrin II yarısında da ən çox zərər Şamaxı şəhərinə dəydi. Bu
şəhər Azərbaycan ərazisindən Osmanlı qoşunları çıxarılarkən,
1734-cü ildə Nadir xan tərəfindən yerlə yeksan edilmiş, əhalisi
isə yenicə salınmış «Ağsu» adlı yaşayış məntəqəsinə
köçürülmüşdü. Lakin «Yeni Şamaxı» (Ağsu) da dəfələrlə
dağıntılara məruz qaldı. XVIII əsrin 40-cı illərindən başlayaraq
Şəki ətrafında xanlıq yarandıqdan sonra şəhər xanlığın, habelə
Azərbaycanın siyasi, mədəni həyatında nəzərəçarpacaq rol
oynamağa başladı. Şəki yalnız 1765-ci ildə qala divarları ilə
əhatə olunmuşdur. Burada qala ilk Şəki xanı Hacı Çələbinin
hakimiyyəti
dövründə (1743-1755) tikilmişdir. «Qala
divarlarının xaricdən ümumi uzunluğu 1300 metr, hündürlüyü
şimaldan 4 metrə, cənubdan 8 metrə yaxındır. Divarın qalınlığı
2,2 metrdir. Qalanın cənub və şimaldan iki tağlı darvazası, 21
345
mühafizə bürcü vardır».
126
Bakı, Gəncə, Təbriz, Naxçıvan bu
dövrün Azərbaycan şəhərləri arasında xüsusilə seçilirdilər. Bu
dövrdə qədim şəhərlərin tənəzzülü ilə yanaşı bir sıra yeni
şəhərlər də meydana gəlmişdir. Şuşa, Yeni Şamaxı (Ağsu) və
Quba bu cür mərkəzlərdən idilər. Şuşa şəhəri, qalası bu
baxımdan diqqəti xüsusilə cəlb edir. Şuşa qalasını Qarabağ
xanlığının banisi Pənahəli xan (1748-1760) inşa etdirmişdir.
Qala-şəhər dəniz səviyyəsindən 1400 metr ucalıqda yerləşmiş,
meşələrlə örtülmüş, bir tərəfdən uçurumla, digər tərəfdən isə
sıldırım qayalarla əhatə olunmuş bir mövqedə salınmışdı.
Burada öncə qala divarları, daha sonra isə evlər və imarətlər inşa
edilmişdi. Qala-şəhər xanlığın banisinin şərəfinə «Pənahabad»
adlandırıldı.
127
Tezliklə qalaya Qarabağdan və Azərbaycanın
başqa vilayətlərindən köçüb sakin olanların sayı artmağa
başladı. Köçüb gələnlər şəhərdə məhəllə prinsipi əsasında
yerləşdirildilər. Hər bir məhəllənin məscidi, hamamı, mədrəsəsi
və digər ictimai təyinatlı obyekti vardı. Qala-şəhərdə xan sarayı
da inşa edildi. Şəhərdən aralıda daha iki istehkam tikildi.
Mehrəli xanın hakimiyyəti dövründə (təqribən 1758-1763)
Şuşadan bir qədər aralıda Əsgəran qalası inşa olundu. XVIII
əsrin II yarısında Şuşa Azərbaycan şəhərləri içərisində yüksək
inkişaf sürəti ilə fərqlənirdi. Şuşa qalası inşa olunduğu gündən
1797-ci ilədək buraya düşmən ordusu bircə dəfə də soxula
bilməmişdi.
128
Azərbaycan şəhərlərinin əksəriyyətində sənətkarlığın
tərəqqisi üçün əlverişli şərait vardı. Lakin əsrin II yarısında
ölkənin iqtisadi və siyasi pərakəndəliyi, aramsız feodal
müharibələri onlarla şəhərin xarabalığa çevrilməsinə, xeyli
sənətkar kütləsinin, şəhər əhalisinin yaşayış yerlərini tərk
etməsinə səbəb olmuşdur. Yerli hakimlər doğma zəmində
təsərrüfat potensialını üzə çıxarmağa maraq göstərmir, başqa
vilayətlərdən məhsuldar qüvvələr cəlb olunmasına üstünlük
verirdilər.
Aramsız
müharibələr, siyasi qeyri-sabitlik
sənətkarlığın da keyfiyyətcə geriləməsinə səbəb olmuşdu. Bir
çox şəhərlərin həyatında yüksəliş və eniş məqamları bir-birini
əvəz edirdi. XVIII əsrin II yarısnda Azərbaycan şəhərlərinin
Dostları ilə paylaş: |