Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə118/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   114   115   116   117   118   119   120   121   ...   143

 

 

352 



məktəblər  və  mədrəsələr  fəaliyyət  göstərdi.  Xanlıqlar  dövründə 

(1747-1800) bu sahədə  elə bir nəzərəçarpan  dəyişiklik  baş 

vermədi».

135


 Siyasi pərakəndəlik dövründə maarif obyektlərinin 

normal  fəaliyyətini  təmin  edə  biləcək  vəqf  torpaqları  xanların 

əlinə  keçmiş, maarifin inkişafında  maraqlı olmayan ruhanilər 

tərəfindən  mənimsənilmişdi.  Məktəblər  adətən  məscidlərin 

müəyyən bir guşəsində,  müxtəlif  şəxslərə  məxsus olan dükan-

larda,  şəxsi  evlərdə  təşkil olunurdu və  məktəb  banilərinin  adını 

daşıyırdı. Məktəbdar həm müəllim, həm də rəis vəzifələrini icra 

edirdi.  Təbiidir ki, tədris prosesinin maddi və  mənəvi 

problemlərini 

həll 


edən 

məktəbdarlar 

təhsil 

alanların 



valideynlərindən pul və peşkəş, bayramlıq formasında «həftəlik» 

haqq  alırdılar.  Müəllimlər  müəyyən haqq müqabilində  digər 

işləri də (məktub, dua yazmaq və s.) yerinə yetirir, tədris prose-

sinin  fasiləsizliyini,  yüksək  keyfiyyətini  təmin  etməyə 

çalışırdılar. Uşaqlar tədris prosesinə adətən 6 yaşından cəlb olu-

nurdular.  Məktəblərdə  dərslər  əsasən 6-8 saat davam edirdi. 

Tədris  prosesində  ənənəvi  dərs  vəsaitindən  istifadə olunurdu 

(Əlifba, Quran, Sədi Şirazinin «Bustan» və «Gülüstan» əsərləri, 

«Kəlilə və Dimnə», bəzi hallarda Nizami, Füzuli və başqa klas-

sik  Şərq  şairlərinin  əsərlərindən  nümunələr).

136

  Məktəblərdə 



mexaniki  əzbərçilik  üstünlük  təşkil edirdi. Təbiidir ki, xeyli 

vəsait  tələb  edən  təhsil  ölkə  əhalisinin yoxsul qismi üçün 

əlçatmaz idi. Yoxsullar öz  uşaqlarına  zəruri  əmək  vərdişlərini, 

sənətləri öyrətməklə kifayətlənməli olurdular. 

Ali  tədris  müəssisələri hesab olunan mədrəsələrdə 

ruhanilər  yetişdirilirdi.  Mədrəsələr  adətən  cümə  məscidlərinin 

nəzdində  təşkil olunurdu. Müdərrislər  və  tələbələr  mədrəsədə 

başlıca  tərəf-müqabil  idilər.  Əlifba, Quran, islam fəlsəfəsi, fiqh 

(islam  qanunları),  ərəb  və fars dilləri  mədrəsələrin  tədris 

proqramında olan başlıca  fənlər idi. Dövrün  tələblərinə  uyğun 

olaraq burada riyaziyyat, nücum (astronomiya) elmləri, 

ədəbiyyat da tədris edilirdi. Sadalanmış  fənlərin  hamısı bir 

müdərris  tərəfindən  tədris olunurdu. Mədrəsələrdə  təhsil alan 

tələbələr  yaşca bir-birilərindən fərqlənsələr də bir yerdə məşğul 

olurdular. 

Dərs 


vəsaiti az olduğuna 

görə 


tələbələrin 


 

 

353 



əksəriyyətində  gözəl  xətlə yazmaq qabiliyyətinin  artırılmasına 

daha  çox  diqqət yetirilirdi. Mədrəsə  məzunlarının  əksəriyyəti 

gözəl  xəttə, lakin zəif  biliyə malik idi. İstedadlı  tələbələr 

müəyyən  müddət  ərzində  baş ruhaninin-müctəhidin  rəhbərliyi 

ilə  çalışırdı.  Vəqf  torpaqları  mədrəsələrin  fəaliyyətinin maddi 

zəminini  təşkil edirdi. Məktəb  və  mədrəsələrdə  təhsil  müddəti 

qeyri-müəyyən idi. Tədris  proqramının  mənimsənilməsi burada 

başlıca meyar hesab edilirdi. Məktəb və mədrəsələrdə şagird və 

tələbələrə  qarşı  ağır  cəza  növündən-ayaqların falaqqaya salınıb 

döyülməsindən  geniş  istifadə olunurdu. Həmin  dövrdə  fərdi 

tədris növü də («Sərxana müəllimi») mövcud idi. 

XVIII  yüzillikdə  Azərbaycan  elmində  nəzərəçarpacaq 

irəliləyiş  baş  verməmişdir.  Coğrafiyaşünaslar  –  Hacı Zeynalab-

din  Şirvani  və onun kiçik  qardaşı  Hacı  Məhəmmədəli  Şirvani, 

tarixçi  Əbdürrəzzaq  bəy bu yüzilliyin  görkəmli elm xadimləri 

olmuşlar.  Hacı Zeynalabdin Şirvani (1780-1837 və ya 1838) 

yalnız  coğrafiyaşünas deyildi. O, habelə  səyyah,  tarixçi, etno-

qraf, filosof, ədəbiyyatşünas və şair kimi tanınmışdı. Hacı Zey-

nalabdin  «Təmkin» təxəllüsü  ilə  şeirlər  yazırdı, «Məstəli  şah» 

ləqəbi  ilə  təriqət  təbliğatı  aparırdı.  Şamaxı  şəhərində anadan 

olmuş  Hacı Zeynalabdin səyahətlərə o dərəcədə  aludə  olmuşdu 

ki,  vətənindən uzaqda-gəmidə  vəfat  etmiş  (Qırmızı  dənizdə), 

Ərəbistanın  Ciddə  şəhərində  dəfn  olunmuşdu. O, ömrünün 

təqribən 40 ilini Avropa, Asiya və Afrika ölkələrini  səyahətə 

həsr etmişdir. Qeyd etmək lazımdır ki, onun alim kimi təşəkkülü 

İraqın  Kərbəla  şəhərində  baş  vermişdir (o, 1785-ci ildə 

valideynləri  ilə bu şəhərə  köçmüşdü).  Yaxın  və Orta Şərq 

ölkələri, Orta (Mərkəzi)  və  Cənubi Asiya əraziləri, Balkan 

yarımadası,  Mərmərə  və Egey dənizindəki adalar, Kiçik Asiya, 

İran  vilayətləri, Orta və  Mərkəzi  Ərəbistan, Seylon (Şri-Lanka) 

və Hindistan, Hind-Çin  meşələri, Nil çayı vadiləri,  Hindiquş, 

Tyanşan, Himalay, Pamir dağ  silsilələri, Sudan cəngəllikləri 

Hacı Zeynalabdin Şirvaninin  səyahət  obyektləri  olmuşdur. 

«Alim  müxtəlif  ölkələri  səyahət  etməyə  üç  dəfə  çıxmışdır».

137

 

Səyahətlər  zamanı  Hacı Zeynalabdin Şirvani  coğrafi, tarixi, et-



noqrafik materiallar toplayır,  müxtəlif  ölkələrin  ədəbiyyatını  və 


 

 

354 



fəlsəfi irsini öyrənməyə  çalışırdı. O, müxtəlif  xalqların 

nümayəndələri  ilə  görüşmüşdü,  şeyxlərlə,  müxtəlif  dövlətlərin 

siyasi  xadimləri  ilə  tanış  olmuşdu. Alim səyahətlər  zamanı 

müşahidə etdiklərini  «Riyaz  üs-səyahə» («Səyahət  bağçaları»), 

«Bustan  üs-səyahə» («Səyahət  bostanı»), «Kəşfül-maarif» 

(«Mərifətlərin  kəşfi») və bir çox  əsərlərində izhar etmişdir. O, 

təqribən 15 il ərzində Nemətullahi dini təriqətinə başçılıq etmiş, 

bu təriqətin regionda yayılmasına can atmışdır. Alim əsərlərinin 

başlıca kütləsini XIX əsrin 20-ci illərində farsca yazmışdır. La-

kin  təbiidir ki, onun qələmə  aldığı faktlar, materiallar XVIII 

əsrin  gerçəklikləridir.  «Həmin  əsərlərdə  müşahidə  olunmuş 

ölkələrin tarixini, etnoqrafiyasını  öyrənmək  üçün  qiymətli 

məlumatlar  vardır».

138


 12 il Kərbəlada  mükəmməl  təhsil  almış 

Hacı Zeynalabdin Şirvani elmi bilikləri yüksək qiymətləndirirdi, 

lakin bu biliklərin  təcrübədə,  əməldə  yoxlanılmasına can atırdı. 

O,  narazılıqla  yazmışdır: «Təhsil (mənəvi  təhsil-red.)  vaxtı 

keçirməkdən  başqa  heç bir nəticə vermirdi; qiymətli  həyat 

mənasız  və  lazımsız  məcrada davam edirdi; dünyanın  əzəli, 

kainatın sonu haqqında  heç  nə  aydınlaşdırılmamışdı  və  mən 

artıq on yeddi yaşıma  yetmişdim».

139

 Bu mülahizələrində alim 



elmi  biliklərlə  əməlin,  təcrübənin,  həyatın  üzvi  əlaqəsini, 

vəhdətini  anladığını,  hərəkətə mail olduğunu  (səyahətlərə can 

atdığını)  nəzərə  çatdırır.  Hacı Zeynalabdin Şirvani  dövrünün 

tanınmış  alimləri  ilə  mübahisələrə  cəsarətlə  girişir,  onları  əksər 

hallarda  böyük elmi-fəlsəfi suallar qarşısında aciz qoyurdu. O, 

belə  qənaətə  gəlmişdi ki, dövrün bir çox  alimləri  gerçək 

həyatdan  çox  uzaqdırlar.  Hacı Zeynalabdin Şirvani  elmə  və 

səyahətlərə  elə  aludə  olmuşdu ki, yalnız 42 yaşında  ailə  həyatı 

qurmuşdu.  Özünün dediyi kimi, o, «37  il yeddi iqlim üzrə 

səyahətlər  etmiş,  müxtəlif  çətinliklərlə,  ağlasığmaz  əziyyətlərlə 

üzləşmiş»

140


 alim elmi fəaliyyətə bağlanmış şəxslər üçün parlaq 

örnəkdir.  Hacı  Məhəmmədəli  Şirvani  (təqribən 1783-cü  ildə 

Şamaxıda anadan olmuşdur,  ölüm tarixi məlum deyildir) də 

XVIII  əsrin  tanınmış  alimlərindən  olmuşdur.  Hacı Zeynalabdin 

Şirvaninin qardaşı olan bu şəxs səyyah, mütəfəkkir, tarixçi, maa-

rifçi, ədib və şair kimi tanınmışdı. O, «Fani» təxəllüsü ilə şeirlər 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə