Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə119/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   115   116   117   118   119   120   121   122   ...   143

 

 

355 



yazmışdır. 

Hacı 


Məhəmmədəli 

də 


Kərbəla 

mühitində 

formalaşmış alim idi. O, həyatının təqribən 20 ilini təhsilə, elmi 

biliklərə  yiyələnməyə  sərf  etmişdir. Alimi daha çox ictimai-

fəlsəfi məsələlər maraqlandırırdı. O, təqribən 30 il ərzində Yaxın 

və Orta Şərq  ölkələrini,  Hindistanı  və Orta (Mərkəzi)  Asiyanı 

səyahət  etmişdir. Elm aləminə onun 4 başlıca  əsəri  məlumdur. 

Alimin  əsərləri XIX əsrin 20-30-cu illərinə aid olsa da XVIII 

yüzilliyin  mühüm tarixi, fəlsəfi, elmi, əxlaqi, dini, etnoqrafik, 

ədəbi, estetik gerçəkliklərinin inikasından ibarətdir. «Həqiqət əl-

həqaiq» («Həqiqətlərin  həqiqəti», 1836-1837)  adlı  əsərində ali-

min  səyahət  təəssüratları  öz  əksini  tapmışdır.

141

  Hacı 


Məhəmmədəlinin təbabətə dair dəyərli əsərləri də vardır. 

Tanınmış  tarixçi  və  şair  Əbdürrəzzaq  bəy XVIII əsrin II 

yarısında-XIX  əsrin  əvvəllərində  yaşamışdır. O, Təbriz hakimi 

Nəcəfqulu xanın oğlu idi, 10 yaşından etibarən 16 il müddətində 

Kərim xan Zəndin  yanında girov saxlanılmış  və  yalnız  Kərim 

xanın  ölümündən sonra Təbrizə  qayıda  bilmişdi.  Əbdürrəzzaq 

bəy uzun müddət ərzində Təbriz-Xoy xanlığında vəzir vəzifəsini 

icra 


etmişdir. 

Tarixçi 


«Məasir-i 

Sultaniyyə» («Sultan 

abidələri»), «Tarixi-Dənabilə» («Dünbulilərin tarixi»), 

«Təcrübat əl-əhrr  və təsəliyyət  əl əbrar» («Azadələrin təcrübəsi 

və  müqəddəslərin  təsəllisi»), «Nigaristani-Dara» («Dara 

gülüstanı») və s. əsərlərin müəllifidir. Həmin əsərlər Azərbaycan 

tarixinin  bəzi  məsələlərinin  araşdırılması  üçün  dəyərli  mənbə 

hesab olunur. Nəzərə almaq lazımdır ki, XVIII yüzillikdə  də 

ərəb  və fars dilləri  Yaxın  və Orta Şərqdə  başlıca elmi dil 

funksiyalarını  itirməmişdilər.  Yuxarıda  adları  sadalanmış elm 

xadimləri öz əsərlərini ərəb və fars dillərində yazmışlar. 

XVIII  yüzillikdə  də  Azərbaycan  xalqının  bədii,  fəlsəfi, 

elmi, etik, estetik, ictimai-siyasi baxışları,  bütün  yaradıcılıq 

potensialı  ədəbiyyatda  gerçəkləşirdi. Bu zaman ərzində  də 

Azərbaycan  mədəni  həyatında  aparıcı rol və  mövqe  ədəbiyyata 

məxsus idi. Aramsız ictimai-siyasi, iqtisadi böhranlar,  hərbi 

çəkişmələr ədəbiyyatda konkret tənqidi meylləri gücləndirmişdi. 

Ədiblər  gerçəkliyin  mənfiliklərinə daha çox  diqqət  yetirirdilər, 

müqəssirləri  tənqid  etməyə  çalışırdılar.  Azərbaycan  ədibləri 



 

 

356 



istər-istəməz tarixçi, filosof, təbliğatçı kimi çıxış edirdilər. «Orta 

əsrlər 


poeziyasının 

müəyyən etdiyi qanun-qaydalardan 

uzaqlaşma, xalq yaradıcılığına  məxsus poetik xüsusiyyətlərin 

yazılı  ədəbiyyatda  geniş  tətbiqinə meyl bu dövrün  ədəbiyyatı 

üçün daha səciyyəvi  haldır…  Orta  əsrlər  poeziyasının, onun 

əsrlər boyu dəyişilməz 

sayılan qayda-qanunlarının el 

ədəbiyyatının  güclü  təsiri  ilə  sarsılması  dövrün  başlıca  ədəbi 

prosesinə çevrilir».

142


 Bu dövrdə klassik poeziyaya məxsus olan 

normativlik  prinsiplərinin  istər ideya-məzmun,  istərsə  də  vəzn 

sistemi, kompozisiya quruluşu  və  digər  baxımdan  pozulması 

prosesi gedirdi. Yeni poetik xüsusiyyətlərin  yaranması 

nəticəsində  əski  və yeni prinsiplərin  kəmiyyət  nisbəti  tədricən 

keyfiyyət  dəyişikliyinə  çevrilməyə  başladı.  Geniş  kütlələrin 

anladığı,  xalqın  istəklərini  ifadə  və  təmin  edən, onun estetik 

görüşlərinə  və  fəlsəfi  düşüncə  tərzinə  çox  yaxınlaşmış bu 

ədəbiyyat «baş verən gündəlik siyasi hadisələri» də əks etdirmək 

iqtidarında idi.

143

 XVIII yüzillikdə mütərəqqi ziyalıların çoxusu 



el  ədəbiyyatı  örnəklərini  toplamağa,  şifahi xalq şeiri  üslubunda 

əsərlər  yazmağa meyl göstərirdi.  Azərbaycan  xanlarının  çoxu 

mənşəcə el ədəbiyyatına  bağlı olan köçəri tayfalara mənsub 

olduğu  üçün  aşıqlar,  aşıq  şeiri saray məclislərinin  üzvi,  tərkib, 

ayrılmaz  iştirakçılarına,  hissəsinə  çevrilmişdilər.  Ədəbiyyatda 

klassik şeir ənənələrini davam etdirən ədiblər də aşıq şeiri üslu-

bunda  qoşmalar  yazmağa  çalışırdılar.  Azərbaycan  şairləri  artıq 

daha çox heca vəznində şeirlər yazmağa mail idilər. Şifahi xalq 

ədəbiyyatına olan bu meyl tədricən güclənir, ədəbi dil sadələşir 

(yəni xalq üçün  anlaşıqlı hala düşür,  ərəb  və fars ifadələri  və 

tərkiblərindən azad olur), şifahi xalq şeirinin forma və janr 

xüsusiyyətləri  dövrün  ədəbi  prosesində  qərarlaşırdı.

144

 Bu 


dövrdə əruz vəznində yazan şairlərin xeyli hissəsi bu vəzni xalq 

danışıq dilinin xüsusiyyətlərinə daha çox  uyğunlaşdırmağa 

çalışırdı.  şeir dili canlı xalq dilindən  gələn  sözlər  və  ifadələr 

hesabına  zənginləşmişdi. XVIII əsrin II yarısında  Azərbaycan 

şeirində  janrların  işlənmə  dairəsi  baxımından da bir sıra 

yeniliklər meydana gəldi.  Qəsidə  janrı  əvvəlki  mövqeyini 

itirməyə  başladı.  Əruz  vəznində yazan şairlər  qəzəl  janrını da-



 

 

357 



vam  etdirirdilər, lakin artıq  qəzəldən  çox  müxəmməs 

yazılmasına  əhəmiyyət verilirdi. Tarixi mənzumələr,  həcvlər, 

mədhiyyələr və mərsiyələr müxəmməs şəklində yazılırdı. Poema 

və mənzum hekayələrdə isə məsnəvi formasından istifadə edilir-

di. Yeni janrlar da yaranırdı. Bu cəhət dövrün yeni yaranan nəsr 

əsərlərində daha aydın  surətdə  nəzərə  çarpırdı.

145

 Bu 


dəyişikliklər  ədəbiyyatın  məzmunca  yeniləşməsindən  və daha 

geniş oxucu kütlələrinin  tələblərini  ödəmək  ehtiyacından  irəli 

gəlirdi. XVIII yüzillikdə baş vermiş tarixi hadisələr Azərbaycan 

ədəbiyyatı qarşısında yeni və mühüm vəzifələr qoymuşdu. Təbi-

idir ki, həmin tarixi hadisələr ədəbiyyatın əzəli və əbədi mövzu-

su olan məhəbbəti arxa plana keçirə  bilməmişdi.  Azərbaycan 

ədəbiyyatında məhəbbət mövzusu  yenə də aparıcı mövqedə idi. 

XVIII  əsrdə  yazılmış, klassik üsluba  bağlı olan lirik əsərlərdə 

«ümumən orta əsr  poeziyası  üçün  səciyyəvi olan bəzi  motivlər 

axtarmaq  əbəsdir.  Məsələn, elmi bilik və  təsəvvürlərə aid 

fikirlər,  xüsusi  fəlsəfi-ideoloji, dini-təbliği ruh XVIII əsr  şeiri 

üçün  yabançı idi. Sufi simvollar və obrazlar,  əsasən zahiri, 

ənənəvi bədii vasitə kimi işlənirdi. Bu dövrdə xüsusilə xalq aşıq 

tərzinin  təsirilə konkret həyati  hadisələrin  təsvirinə meyl 

güclənirdi».

146


 XVIII əsrin I yarısında Azərbaycan poeziyasında 

aşkarlıqla nəzərə çarpan yeni meyllər  əsrin II yarısında daha da 

gücləndi  və yeni ədəbi  cərəyan  halını  aldı.  Ümumiyyətlə, 

bütövlükdə  dövrün  ədəbiyyatı  barədə  bəhs  olunarkən  əsasən 

poeziyadan  danışılması  təsadüfi deyildir: XVIII əsrdə  də 

Azərbaycan  ədəbiyyatının  aparıcı  sahəsi poeziya olmuşdur, 

ədiblərdən  hər  şeydən  öncə poetik qabiliyyət,  məharət, poetik 

əsərlər  tələb olunurdu. Nəsr  əsərləri  dövrün  ədəbi  prosesində 

kütləviləşməmişdi, az nəzərə  çarpırdı.  Azərbaycan  poeziyasının 

mövzu dairəsi daha geniş və çoxcəhətli idi. Dövrün Azərbaycan 

poeziyası əsasən orta əsrlər ədəbiyyatı xarakteri daşısa da, onda 

baş  verən yeni keyfiyyət  dəyişiklikləri artaraq orta əsrlər 

ədəbiyyatından yeni tipli ədəbi  sistemə  çevrilməyə  başlamışdı. 

Bu  keçid klassik poeziyanın  mütərəqqi  ənənələri  ilə xalq 

yaradıcılığı  amillərinin  birləşməsi  şəklində  təzahür  etmişdir. 

Ümumiyyətlə, XVIII əsri  ədəbiyyatımızın  təkamülü  prosesində 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə