Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə117/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   113   114   115   116   117   118   119   120   ...   143

 

 

349 



Rusiya  nəinki  Xəzərsahili  əyalətləri,  hətta  bütün  Qafqazı  öz 

təsiri,  işğalı  altına  salmağa  çalışırdı. «Rus  tacirlərinin ingilis 

tacirləri  ilə  rəqabət  iqtidarında  olmadığını  görən,  ingilislərin 

Xəzər  dənizindəki  fəaliyyətindən qorxuya düşən rus hökuməti 

1746-cı  ildə  onları Rusiya vasitəsilə  İran  və  digər  Şərq 

ölkələrinə  getmək  hüququndan  məhrum etdi».

133

  Beləliklə, 



XVIII  yüzillikdə  Azərbaycan  nəinki  özünə  qonşu olan 

dövlətlərin,  habelə uzaq İngiltərənin maraq (bir çox halllarda 

əməli fəaliyyət) obyekti olaraq qalırdı. 

XVIII  əsrin I yarısının  sonlarına  doğru Nadir şahın 

qurduğu dövlət iflas etməkdə idi. 1747-ci ilin 19 iyununda (bəzi 

məlumatlara  görə,  mayın 9-da) Nadir şah sarayda baş  vermiş 

sui-qəsd  nəticəsində  öldürüldü.  İranda taxt uğrunda  kəskin 

mübarizə  başlandı.  Mərkəzi  hakimiyyətin  iflası  Azərbaycanda 

müstəqil siyasi qurumların-xanlıqların  yaranması prosesini 

sürətləndirdi.  Azərbaycanda  yaranmış  xanlıqlar  içərisində  Şəki, 

Qarabağ və Quba xanlıqları daha fəal mövqelər tutmuşlar. Şəki 

xanlığının yüksəlişi Hacı Çələbinin siyasi fəaliyyəti ilə bağlıdır. 

Hacı  Çələbi yeni torpaqlar ələ  keçirmək  uğrunda Kartli-Kaxeti 

çarlığı  ilə  fasiləsiz  müharibələr  aparırdı.  Şəki  şəhəri  ölkənin 

bənzərsiz  mədəni  mərkəzlərindən  birinə  çevrilmişdi.  Şəhərdə 

mədrəsələr  fəaliyyət  göstərirdi. Burada Azərbaycan  tətbiqi 

incəsənətinin  və  memarlığının parlaq nümunələri  yaradılmışdı. 

Şəki  xanlarının  sarayı,  Şəkixanovların evi, Cümə  məscidi bu 

nümunələr  arasında  xüsusilə  seçilirdi.  Qarabağ  xanlığının 

əsasını  Cavanşirlər  tayfasından olan Pənahəli xan (1748-1763) 

qoymuşdur.  Pənahəli  xanın  Kəbirli  mahalında ilk iqamətgahı 

Bayat  qalası idi (1748-ci il). Pənahəli  xanın  dövründə  əsası 

qoyulmuş 

Şuşa 


Azərbaycanın ticarət, 

mədəniyyət 

mərkəzlərindən 

birinə 


çevrilmişdi. Burada Qarabağın 

hüdudlarından  kənarda da dövriyyədə olan «pənahabadi» 

adlanan mis sikkə  kəsilirdi.  Qarabağ  xanlığı  Pənahəli  xanın 

varisi  İbrahim  xanın  dövründə (1763-1806) daha da gücləndi. 

Quba  xanlığının banisi Hüseynəli xan (1726-1758) rus 

imperatoru  tərəfindən xan vəzifəsinə  təyin  edilmişdi. Bu, Quba 

xanlığının Rusiyaya meylli olmasını  şərtləndirmişdi.  Fətəli 



 

 

350 



xanın  dövründə (1758-1789) də bu meyl özünü  büruzə verirdi. 

Onun  hakimiyyəti  zamanında Quba xanlığı iqtisadi, hərbi  və 

siyasi cəhətdən Azərbaycanın bir çox xanlıqlarından üstün idi və 

ölkənin siyasi həyatında  mühüm rol oynamağa  başlamışdı. 

Digər Azərbaycan xanlıqları ölkənin siyasi həyatında aparıcı rol 

oynamaq  iqtidarında  deyildilər  və  əsasən lokal (yerli) 

əhəmiyyətli, bir çox hallarda bir-biri ilə çəkişən siyasi qurumlar 

idilər.  Bəzi  xanların  (Urmiyə  xanı  Fətəli xan Əfşar,  Qubalı 

Fətəli xan, Qarabağlı Pənahəli xan) Azərbaycan vilayətlərini öz 

hakimiyyəti altında birləşdirərək vahid dövlət yaratmaq cəhdləri 

uğursuzluqla nəticələndi. 

XVIII  əsrin 80-ci illərinin  sonlarında Xorasan istisna 

olunmaqla  bütün  hakimiyyəti  ələ  keçirmiş Qacar sülaləsinin 

banisi  Ağa  Məhəmməd xan keçmiş  Səfəvi  dövlətinin 

sərhədlərini  bərpa  etdikdən sonra şahlıq  tacına sahib olmaq 

qərarına  gəldi.  Ağa  Məhəmməd xan vaxtilə  Səfəvi  dövlətinin 

tərkibində  olmuş  əraziləri (ilk növbədə  Azərbaycanı)  öz 

hakimiyyəti  altında  birləşdirməyə can atırdı. O, hərbi  yürüş 

ərəfəsində  «Cənubi  və  Şimali  Azərbaycan  xanlıqlarına,  habelə 

Kartli-Kaxeti  çarlığına  fərmanlar  göndərdi  və onlardan tabelik 

rəmzi kimi ən  yaxın  qohumlarından onun sarayına girov 

göndərməyi tələb etdi».

134

 Lakin o, hakimlərin çoxusundan rədd 



cavabı  aldı. 1793-cü  ildə  Ağa  Məhəmməd xan yenidən bu 

tələblə 


çıxış etdi, lakin «müstəqilliyin 

faydalarından 

bəhrələnmiş» Azərbaycan  feodalları tabe olmaq fikrində 

deyildilər. Qarabağ, Talış, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı 

böyük iddialarla çıxış  edən  Ağa  Məhəmməd xana qarşı 

müqavimətə  hazırlaşdılar.  Bəzi  Azərbaycan  xanları  Rusiyanın 

hərbi  yardım  vədlərinə  inandılar. Tabe olmaqdan imtina etmiş 

hökmdarların Rusiyaya müraciət  etməsi  Ağa  Məhəmməd  xanı 

fəallığa cəlb etdi: O, şimali Azərbaycana 3 istiqamətdə 100 min 

nəfərdən  ibarət olan ordu göndərdi  (Muğan-İrəvan-Qarabağ). 

1795-ci ilin iyun ayında  Ağa  Məhəmməd  xanın  qoşunları  Şuşa 

qalasını  mühasirəyə  aldı. 33 günlük  mühasirədən sonra 

uğursuzluğa düçar olmuş bu hərbi qüvvə Tiflisə  doğru  yönəldi. 

Şəhər talan və  qarət edildi. 1795—ci ilin 20 sentyabrında  Ağa 




 

 

351 



Məhəmməd  xanın  qoşunları xeyli qənimətlə, 20 min əsirlə 

şəhəri tərk etdi. Lakin 1797-ci ildə Ağa Məhəmməd şah Şuşanı 

ələ  keçirə bildi. Tezliklə (1797-ci ilin 4 iyulunda) sui-qəsd 

nəticəsində  Ağa  Məhəmməd  şah  öldürüldü.  İran  qoşunları 

Şimali  Azərbaycan  hüdudlarını  tərk  etməli oldular. Öldürülmüş 

şahın  qardaşı  oğlu,  «Baba xan» ləqəbli  şəxs  Fətəli  şah  adı 

altında taxta yiyələndi. O da Cənubi Qafqaz hakimlərinə tabe 

olmaq tələbləri ilə müraciət etdi, rədd cavabı almış Fətəli şah öz 

qoşunlarına  Cənubi Qafqaz istiqamətində  irəliləmək  əmrini 

verdi. Rusiya imperatoru I Pavel də qoşunlarına bu regiona daxil 

olmaq  əmri verdi. Fətəli  şah  arzularını  gerçəkləşdirmək 

fikrindən  əl  çəkməli oldu. Əsrin  sonlarına  doğru  Azərbaycan 

xanlıqları siyasi varlıqlarını qoruyub saxlaya bildilər. Lakin bu 

xanlıqların  varlığına "himayəçi" kimi çıxış  edən Rusiya 

imperiyası son qoydu. Yeni – XIX  əsrin başlanğıcına doğru iq-

tisadi  və siyasi pərakəndəlik  mərhələsini  başa  vurmamış 

Azərbaycan  cəmiyyəti Rusiya ekspansionizminin təcavüz,  işğal 

obyektinə  çevrildi.  Ümumiyyətlə,  Azərbaycanın XVIII əsrdəki 

ictimai-iqtisadi-siyasi  tarixinə  qısaca  nəzər  belə  müddəa  irəli 

sürməyə imkan verir ki, həmin  əsrdə  hərb, diplomatiya və 

siyasət ictimai həyatın digər sahələrini üstələmişdi. Lakin bu cür 

mürəkkəb tarixi mərhələdə  də  Azərbaycan  mədəniyyətinin po-

tensial imkanları özünü büruzə vermişdi. 

XVIII 


yüzilliyin neqativ, ziddiyyətli 

hadisələri 

Azərbaycan  mədəniyyətinin  təkamülü  məcrasına  əsaslı  surətdə 

təsir  etmişdir. Bu mənfi  təsir maarif sahəsində  özünü  xüsusilə 

büruzə verirdi. Qarışıqlıqdan, siyasi qeyri-sabitlikdən  istifadə 

edən  məmurlar  və yerli feodallar XVIII əsrə  qədərki tarixi 

dövrdə maarif müəssisələrinə bağışlanmış vəqf torpaqlarını zəbt 

etmişdilər. «1736-cı  ildə  Muğanda taxta çıxdıqdan sonra Nadir 

şah maarif müəssisələrinin və vəqf torpaqlarının idarəsi işləri ilə 

məşğul olan sədr üs-suduru (sədrlər sədrini) vəzifəsindən çıxarıb 

edam  etdirərək,  vəqf  torpaqlarını  ələ  keçirdi  və maarif 

müəssisələrini əsas gəlir mənbələrindən məhrum etdi. Beləliklə, 

nizami  tədris  müəssisələri aradan çıxdı  və  yalnız  bəzi molla 

müdərrislərin  öz  təşəbbüsləri  ilə  yaratdıqları az əhəmiyyətli 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə