Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə114/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   110   111   112   113   114   115   116   117   ...   143

 

 

340 



çəkişmələri, müharibələri ilə fərqlənən XVIII əsr ərzində Şimali 

Azərbaycan  əhalisi  nəinki  İranın  mərkəzi  vilayətlərində 

qərarlaşmış  türk  (Azərbaycan) siyasi xadimlərinin  (Səfəvilər, 

Nadir  şah  Əfşar, Qacarlar), habelə  vaxtaşırı  ölkəni  öz 

hakimiyyətinə tabe etməyə can atan Osmanlı  hərbi-siyasi 

dairələrinin, rus ekspansionistlərinin  basqın,  qarət  və talan 

obyektinə  çevrilmişdi.  Əhalisi  dilənçi  vəziyyətinə  düşmüş 

Səfəvilər  dövlətinin iqtisadi əsasları  sarsılmaqda idi. XVI-XVII 

əsrlərdə az və ya çox  dərəcədə  doğma  zəminə-Azərbaycan 

vilayətlərinə  arxalanmış  Səfəvi  şahları yeni əsrdə daha çox 

beynəlxalq  səciyyəli  hadisələrin  təsiri  nəticəsində  İran 

vilayətlərində qərarlaşır,  tədricən Azərbaycana yad obyekt kimi 

yanaşırdılar.  Dövlət  ağır  maliyyə  böhranı  keçirirdi.  Mərkəzi 

hakimiyyət bütün dövlət ərazisində baş verən proseslərə nəzarət 

etmək  iqtidarını  itirmişdi. 1709-cu ildə  əfqanlar  Səfəvi 

hakimiyyətinə  qarşı  üsyan  qaldırdılar. Bu üsyan  nəticəsində 

Səfəvilər  sülaləsinin  varlığı sual altına  alındı. 1722-ci ildə 20 

minlik  əfqan  üsyançı ordusu dövlətin  paytaxtı  İsfahanı 

mühasirəyə  aldı.  Şəhər 6 aydan artıq  mühasirə  şəraitində 

yaşamalı oldu. Əfqanların  İsfahanı  işğal  etməsi,  Səfəvilər 

dövlətinin  ağır  məğlubiyyəti  həmin  hadisələri  şəxsən  müşahidə 

etmiş  üç  müəllif  tərəfindən  təxminən eyni zamanda qələmə 

alınmışdır.  Onların biri Jozef Tiflisi, ikincisi Tadeuş  Kruşinski

üçüncüsü  müsyö de-Gardan olmuşdur.  Məsələn, Jozef Tiflisi 

həmin  hadisələr  barədə bu qeydləri  etmişdir: «İsfahan  şəhəri 

əhalisi  çox  və  sıx,  torpağı  geniş  əzəmətli bir şəhərdir. Uzun 

çəkən  mühasirə  vaxtı  qıtlıq,  qəhətlik  atəşi  (əhalinin)  canına 

düşdü,  neçə  nəfərin  bədən  xırmanını  yandırdı. Arpa alovunun 

şiddəti  neçə min canı  yandırdı, o biri dünyaya  göndərdi. Bu 

qaçılmaz  hadisəyə  və asiman bəlasına  razılıqdan  başqa  çarə 

olmadığını  görən  (isfahanlılar)  istər-istəməz  İsfahan  şəhərini 

uğanlara  (əfqanlara  –red.)  təslim  etməyə  razılıq  verdilər».

113

 

1708-1726-cı  illərdə  İsfahanda  yaşamış polyak müəllifi  Tadeuş 



Kruşinski  də bu tarixi hadisənin,  Səfəvilər  sülaləsinin  eniş 

anının  canlı  şahidlərindən biri olmuş,  həmin  hadisəyə 

münasibətini  bildirmişdir. T.Kruşinskinin  «Xristian  səyyahın 



 

 

341 



tarixi» («Tarixi-səyyahi-məsihi») əsərində bu qeydlər  dövlətin 

maliyyə  həyatının  acınacaqlı  olduğuna  işarədir: «O (Mahmud), 

Səfəvilərin  xəzinəsini  zəbt etdi. Xəzinədə  hər  şey bol idi, lakin 

nəqd  qızıl  çox  azdı. Mahmud qızılbaşlardan  çoxlu  qızıl  və 

cavahirat  tələb  edərək  onları bu məcburiyyət  qarşısında qoydu 

və aldıqlarını xəzinəyə əlavə etdi. İsfahan və Culfa tacirlərindən, 

başqa  ticarətçilərdən,  hətta xristian məlikləri  və Avropa 

elçilərindən də müxtəlif bəhanələrlə böyük məbləğdə pul yığdı. 

Öz  dövlət  başçılarından da bu qayda ilə  çoxlu  qızıl  və  başqa 

qiymətli  şeylər  aldı  (nəticədə)  əfqanlar  qızılbaş  tayfalarının 

verdikləri  qızıl-gümüş  sayəsində  çox  dövlətləndilər».

114


 Qeyd 

etmək  lazımdır ki, həmişə  olduğu kimi bu halda da qarət  və 

talan olunan dövlət  xəzinəsi,  sərvət  ölkə  əhalisinin  yaradıcılıq, 

əmək  fəaliyyətinin  nəticəsi idi. Əfqan  talanları  və  qarətləri  də 

ölkənin iqtisadi potensialına ağır zərbə vurdu. 

Əfqan  müdaxiləsi  nəticəsində  əsir  düşmüş  Şah  Hüseyn 

oğlu  Təhmasibin  xeyrinə taxtdan imtina etdi. Uğurlu  hərbi 

fəaliyyəti sayəsində siyasi nüfuzu artmış, əfşar tayfasından olan 

Nadir  tezliklə  təşəbbüsü  ələ  keçirdi. O, II Təhmasibi 

hakimiyyətdən uzaqlaşdırdı  və taxta onun 4 aylıq  oğlu III 

Abbası  əyləşdirdi.  Sülalə  dəyişikliyi  üçün  əlverişli  zəmin 

hazırlandı. Lakin Nadirə  ağır iqtisadi böhran  şəraitində olan 

dövlət  aparatı miras qalmışdı. «Nadir  şahın  hakimiyyət  başına 

gəldiyi vaxt dövlət xəzinəsi Şah Sultan Hüseyn və II Təhmasibin 

səhlənkarlığı  nəticəsində  demək olar ki, boşalmışdı. Nadir şah 

dövlətin  gəlirini  yalnız  vergilərin  miqdarının  və  sayının 

çoxaldılması  sayəsində  müəyyən  qədər  bərpa  etməyə nail 

olmuşdu».

115

  Təbiidir ki, Nadir şah (1736-1747-ci illər)  bütün 



hallarda  zorakı  tədbirlərə  əl  atmırdı. O, hərbi  uğurlar  sayəsində 

də dövlətin iqtisadi, maliyyə sabitliyini bərpa etməyə can atırdı. 

«1739-cu  ildə Hindistana uğurlu  yürüşündən sonra böyük 

qənimət  ələ  keçirən Nadir şah  nüfuzunu  qaldırmaq  məqsədilə 

əhalini 3 il vergi verməkdən azad etdi».

116


 Lakin müasirlərin 

verdikləri məlumata görə, Nadir şah 100 min döyüşçüdən ibarət 

ordu  saxlayırdı.  Hərbiləşdirilmiş  dövlət  aparatı  şahı  «özünə 

qayıtmağa» (yəni  sərt  tədbirlərə  əl  atmağa)  məcbur edirdi. 




 

 

342 



Məsələn, «XVIII  əsrin 40-cı  illərində  Şimali  Azərbaycanda  və 

Cənubi  Dağıstanda  Əfşar  zülmünə  qarşı  üsyanlar  baş  verdikdə 

Nadir  şah  çoxsaylı  qoşunlarını  şimala  doğru yeritdi. Yürüş 

zamanı  qoşunlar, bir qayda olaraq, yerli əhalinin  hesabına 

dolanırdılar. Nadir şah yürüşdən qayıtdıqdan sonra sərf olunmuş 

xərcləri  ödəmək  üçün 1739-cu ildə xalqa «bağışladığı 

vergilərin»  zorla  toplanılması  barədə  fərman verdi. Beləliklə, 

əhalidən üç illik vergi toplanıldı. Vergi toplanılarkən özbaşınalıq 

və  zorakılıq  baş  alıb gedirdi. Bu isə  əhalinin  narazılığının daha 

da  artmasına  gətirib  çıxarırdı».

117

 Nadir şah iqtisadi həyat, 



maliyyə məsələlərinə hərbi xadim nəzəri, mövqeyi ilə yanaşırdı. 

Bu  cəhət  də  dövlətin, bu dövlətin  tərkibində  olmuş 

Azərbaycanın təsərrüfat həyatına mənfi təsirini göstərmişdi. 

XVIII  əsr  ərzində  ölkənin  başlıca  mədəni  inkişaf  ocaqları 

olan  şəhərlər  baş  vermiş  hərbi  əməliyyatlar  nəticəsində xeyli 

zərər çəkmişdilər. Bütün xalqların, ölkələrin tarixi sübut edir ki, 

qarşıdurmalar 

zamanı 


müxtəlif, 

rəqib 


sərkərdələrin, 

hökmdarların  başlıca  zərbə obyekti ticarətin,  sənətkarlığın, 

mədəni  potensialın  əsas  mərkəzləri olan şəhərlər  olmuşdur. 

XVIII  yüzillikdə  də  Azərbaycan  hakimləri  şəhərlərin  müdafiə 

qabiliyyətinin  möhkəmləndirilməsinə daha çox fikir verməli 

olurdular.  Şəhərlərin  memarlıq  cəhətdən  təkamülü xeyli 

dərəcədə  onların  müdafiə sisteminin xarakterindən  asılı idi. 

«Qala  divarlarından  kənarda ev və bina tikdirməkdən 

ehtiyatlanan  şəhər  zadəganları  öz  imarətlərini  yalnız  şəhər 

daxilində  inşa  etdirməyi daha üstün tuturdular. Belə hallarda 

özlərinə bina-mülk 

tikdirən 

varlılar 

nə 


şəhərin 

planlaşdırılmasına,  nə  də xarici görünüşün  pozulmasına 

əhəmiyyət  verirdilər. Buna görə  də get-gedə  şəhərin  küçələri 

daralır,  şəhər  meydanları  tədricən aradan çıxırdı».

118

 Bu 


cəhətlərinə  görə  həmin  dövrün  Azərbaycan  şəhərlərinin 

əksəriyyəti  oxşar idi.

119

  Azərbaycan  şəhərlərində  sənətkarlığın 



müxtəlif  sahələri-dərzilik,  dəmirçilik,  zərgərlik,  dabbaqlıq, 

misgərlik,  xalçaçılıq  və s. inkişaf  etmişdi.  Şəhərlərdə 

sənətkarlığın müəyyən sahəsinin inkişafı yaşayış məntəqələrinin 

coğrafi  mövqeyindən,  iqlimindən  və  ətraf  mühitindən  asılı idi. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə