Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə116/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   112   113   114   115   116   117   118   119   ...   143

 

 

346 



əksəriyyəti daxili və xarici ticarət əməliyyatlarında iştirak edirdi. 

Ticarətin vergi ilə  əhatə  olunmamış  sahəsi  qalmamışdı. 

Vergilərin  sayı  və  miqdarı  elə  çox idi ki, xanın vergi yığanları 

öz vəzifələrini tələb olunan səviyyədə icra edə bilmirdilər. Buna 

görə də çox zaman vergi toplamaq hüququnu iltizama verirdilər. 

Əsrin II yarısında  Azərbaycanın ictimai quruluşu iqtisadi 

əsasları 

baxımından natural təsərrüfat 

hüdudlarını 

aşa 


bilməmişdi. Pul dövriyyəsi də həmin  təsərrüfat sisteminin təsiri 

ilə  aşağı  səviyyədə idi. Məsələn,  Qarabağ  xanlığında  zərb 

olunmuş pul vahidi Quba xanlığı  ərazisində  öz  dəyərini xeyli 

dərəcədə itirirdi. Bu dövrdə  Azərbaycan  xanlıqlarında  çəki  və 

ölçü  vahidləri  də  müxtəlif idi. Bu cəhət yerli tacirlərin xarici 

ticarətə  cəlb  olunması,  əcnəbi  tacirlərlə  işgüzar  münasibətlərin 

davam  etdirilməsi  işini  çətinləşdirirdi.  Beləliklə, XVIII əsrin 

sonlarına  doğru  Azərbaycanın iqtisadi həyatının  beynəlxalq 

aləmə  «qayıdışı» zərurəti meydana çıxmışdı. Bu «qayıdış» isə 

iqtisadi, siyasi birlik olmadan, əsasən  qapalı olan təsərrüfat 

sistemi  ləğv olunmadan qeyri-mümkün idi. XVIII əsrin 

Azərbaycan  gerçəkliyində meydanda olan bircə, lakin mühüm 

fakt  xalqın  mədəni birliyi olmuşdur. Bu tamlıq, birlik xalqın 

siyasi, iqtisadi vəhdətinin mənəvi əsası idi. 

Azərbaycanın XVIII əsr həyatı siyasiliyi, hərbi hadisələrin 

zənginliyi  ilə  fərqlənir.  Əsrin 30-cu illərinin II yarısına  doğru 

güclü siyasi qurumundan-Səfəvilər  dövlətindən (1501-1736) 

uzaqlaşmış  Azərbaycan  xalqı, onun doğma  torpaqları  müxtəlif 

hərbi-siyasi  qüvvələrin  təzyiqinə  məruz  qalmışdı.  Osmanlı  və 

rus müdaxilələri, Azərbaycanı «geri qaytarmaq» şüarları ilə çıxış 

edən,  İran  vilayətlərinə arxalanan hökmdarların  aramsız  hərbi 

yürüşləri, bu və ya digər xarici siyasi gücə  güvənərək  ölkədə 

hərbi-siyasi  fəallıq  nümayiş  etdirən  şəxslərin  çıxışları,  vaxtaşırı 

baş verən feodal ara müharibələri XVIII əsrin başlıca hadisələri 

olmuşdur.  Bütün bunlar ölkənin ictimai-iqtisadi, siyasi, mədəni 

təkamülü  prosesinə  müəyyən  təsir  göstərməyə  bilməzdi. 1722-

1735-ci  illər  ərzində  Səfəvilər  dövləti  daxilində  baş  verən 

üsyanlardan, daxili çəkişmələrdən  istifadə  edən ruslar 

Azərbaycanın  Xəzərboyu  əyalətlərini  işğal  etdilər. Rusiya ilə 



 

 

347 



Osmanlı  Türkiyəsi  arasında  bağlanmış  İstanbul  müqaviləsinə 

(1724-cü ilin 12 iyulu) əsasən  «Səfəvi irsini bölüşdürmək» 

haqqında  razılıq  əldə edildi. Azərbaycan  ərazisinin xeyli qismi 

Osmanlı  hakimiyyəti  altına  keçdi.  Osmanlı  sultanı bu müddət 

ərzində Şirvanda öz planlarını gerçəkləşdirmək üçün öncə Hacı 

Davuddan, sonra isə  Qazıqumuxlu Surxay xandan istifadə etdi. 

XVIII  əsrin 30-cu illərində  Azərbaycanda  vəziyyət  kəskin 

şəkildə 


dəyişdi. 

Əfşar 


qəbiləsindən olan Nadirin 

(Təhmasibqulunun) siyasətə qarışması sayəsində İranda mərkəzi 

hakimiyyət  dirçəlməyə  başladı. Rusiya imperatoru regionda 

daha  güclü  rəqib hesab etdiyi Osmanlı  dövlətini  sıxışdırmaq 

naminə son illərini yaşayan Səfəvi rejimi ilə danışıqlara girişdi. 

1732-ci ilin 21 yanvarında iki dövlət  arasında  Rəştdə 8 

maddədən  ibarət olan müqavilə  imhzalandı.

129


  Kür  çayının 

mənsəbindən  şimalda olan Xəzərboyu  əyalətlər  Rusiyanın 

ixtiyarında  qaldı. 1730-1734-cü  illər  ərzində Nadir xan 

osmanlıları  Azərbaycanın bir çox  vilayətlərindən  sıxışdırıb 

çıxarmağa nail oldu. «1735-ci il martın 21-də  Gəncə  ətrafında 

Rusiya  və  İran  dövlətlərinin  nümayəndələri  arasında  müqavilə 

imzalandı. Bu müqavilənin  şərtlərinə  əsasən rus qoşunları 

Xəzərsahili  vilayətləri  tamamilə  tərk edir, burada əvvəlki 

inzibati  idarə  bərpa olunurdu».

130


  Tezliklə  Osmanlı  dövlətinin 

hərbi  hissələri  Cənubi  Qafqazı tamamilə  tərk  etməli oldular. 

Rusiyanın hakim dairələri  Azərbaycanın  genişmiqyaslı  işğalı 

planını  «əlverişli tarixi məqam» yarananadək  təxirə  salmalı 

oldular. 

1736-cı ilin martında Nadir xan Muğanda (Cavad adlanan 

məntəqədə)  Səfəvi  şahı III Abbasın  ölümündən istifadə  edərək 

özünü şah elan etdi. Səfəvilər sülaləsinin varlığına son qoyuldu. 

Bəzi  Azərbaycan  feodalları Nadirin taxta çıxmasından  fəal 

şəkildə  narazılıq  edirdilər. Nadir taxta çıxdıqdan sonra onun 

namizədliyinə  qarşı  çıxmış,  Ziyadoğlu  nəslindən olan «Gəncə 

xanlarını  cəzalandırıdı,  hüquqlarını  məhdudlaşdırdı  və  həmin 

xanları Qazax, Borçalı  elatlarının  hakimləri  ilə  birlikdə 

Gürcüstan  çarlarına tabe etdi. Yeni şahın  namizədliyinə  qarşı 

çıxmış  Otuzikilər  və  Kəbirli kimi Azərbaycan  tayfalarının 



 

 

348 



başçıları da cəzalandırıldılar. Nadir şah onlardan bir çoxunu 

ailəsi  ilə  birlikdə Xorasana köçürdü».

131

  Şirvan,  Cənubi 



Dağıstan, bir sıra  Şimali  Azərbaycan  vilayətləri Nadir şahın 

rejimi  ilə  barışmır, onun hakimiyyəti  əleyhinə  çıxırdılar. Nadir 

şahın Şəki hakimi Hacı Çələbi ilə münasibətləri xüsusilə gərgin 

idi. Barışmaz mövqe tutan Hacı Çələbi şahın tələblərinə etinasız 

yanaşdı, 1743-cü ildə isə Şəki vilayətini müstəqil xanlıq, özünü 

isə xan elan etdi. Nadir şah 1744-cü ilin payızında 15 minlik 

qoşunla  Hacı  Çələbi  başda olmaqla Şəki  əhalisinin  sığındığı 

«Gələrsən-görərsən» qalasına  hücum etdi. Bu, Nadirin Şimali 

Azərbaycana  dördüncü  yürüşü idi. Ətraf  ərazilərin  əhalisi  də 

Nadir  şaha  amansız  müqavimət  göstərdi.  Şah  qoşunu geri 

çəkilməli oldu, lakin 1745-ci ilin əvvəllərində  yenidən qala 

üzərinə yeridi. Qalanı  ələ  keçirə  bilməmiş  şah  Şəkiyə od 

vurdurdu. Qala üzərinə 5 ay davam etmiş  həmlələrdən sonra 

Nadir  şah qala qarşısında 3 min döyüşçü qoyaraq vilayəti  tərk 

etdi. Yalnız 1746-cı ilin martında ərzaq qıtlığı nəticəsində Hacı 

Çələbi  şah  hakimiyyətini  tanıdığını elan etdi. Nadir şah da 

güzəştə  gedərək  Hacı  Çələbini  Şəkiyə  vəkil  təyin etdiyini 

bildirdi. 

Azərbaycanın Xəzərsahili əyalətlərindən Rusiyanın imtina 

etməsi,  Osmanlı  dövlətinin  Cənubi Qafqazdan öz  hərbi 

hissələrini çıxarması İngiltərənin Xəzər hövzəsində fəaliyyətinin 

genişlənməsi üçün əlverişli şərait yaratdı. İngilislər Xəzər dənizi 

vasitəsilə  aparılan  ticarətdə hakim mövqeyi  ələ  keçirməyə 

çalışdılar. 1734-cü 

ildə 

bağlanmış rus-ingilis ticarət 



müqaviləsinə  əsasən (8-ci maddəsinə  uyğun olaraq) İngiltərə 

Volqa-Xəzər yolu ilə İranda ticarət etmək hüququ qazanmışdı.

132

 

İngiltərə bu planı  gerçəkləşdirə  bilsə idi, Hindistana və  digər 



Şərq  ölkələrinə  dənizlər  və okeanlar vasitəsilə uzanan ticarət 

yollarını xeyli qısalda bilərdi. XVIII əsrin əvvəllərindən etibarən 

ictimai  həyatın  bütün  sahələrində  avropalaşma  xəttini  qəbul 

etmiş,  tədricən iqtisadi, siyasi, mədəni  yüksəliş yoluna qədəm 

qoyan,  hərbiləşməkdə olan, ərazilərini  genişləndirməyə  çalışan, 

ekspansionist  siyasəti  ilə  qonşularını narahat edən Rusiya 

imperiyası  İngiltərənin bu cəhdlərinə  biganə qala bilməzdi. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə