Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə124/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   120   121   122   123   124   125   126   127   ...   143

 

 

370 



ildə  baş  vermiş  güclü sel nəticəsində  qədim  Şəki  əsaslı  surətdə 

dağıldı


171

 və şəhər yeni ərazidə salındı. Şuşa və Şəki XVIII əsrin 

şəhərsalma  fəaliyyəti  üçün  ən  səciyyəvi olan memarlıq 

obyektlərinin 

məskənləri idi. Azərbaycan 

şəhərlərində 

memarlığın  təkamülü bu zaman ərzində saray komplekslərinin 

inkişafından,  yaşayış  məntəqəsinin  təbii-coğrafi  mövqeyindən, 

müdafiə qurğularının tikilməsindən başlanmış, həmin amillərdən 

asılı  olmuşdur.  Şəki  öz  dövrü  üçün  yüksək  dərəcədə abad olan 

bir şəhər idi. Şəhərin küçələrinə daş döşənmişdi, saxsı borularla 

çəkilmiş su kəməri  əhalinin  tələbatını  ödəyirdi. 1765-ci ilədək 

digər orta əsr  şəhərlərindən  fərqli olaraq Şəki qala divarları  ilə 

əhatə olunmamışdır. Ona görə də düşmən hücumu zamanı şəhər 

əhalisi «Gələrsən-görərsən» qalasına sığınırdı. 1765-ci ildə Şəki 

qala  divarları  ilə  əhatə olundu. Qalanın iki darvazası  vardı. La-

kin  hərbi-siyasi  təhlükənin  qarşısını ala biləcək  müdafiə 

qurğuları sistemi təbii fəlakət qarşısında aciz idi (1772-ci ilin se-

li  nəzərdə tutulur). Şəki  qalasının  daxilində  tikilmiş Xan sarayı 

XVIII  əsr  Azərbaycan  memarlığının  incilərindəndir. 1763-cü 

ildə inşa olunmuş bu saray geniş saray kompleksinin hissəsidir. 

Sarayı  «Müştaq»  təxəllüsü  ilə  şeirlər yazmış  Şəki  xanı  Hüseyn 

xan tikdirmişdir. Sarayda şəbəkə sənətinin bənzərsiz nümunələri 

vardır.  Yalnız onu göstərmək  kifayətdir ki, «hər kvadratmetr 

şəbəkə  beş min bir-birinə  geydirilən  hissələrdən  ibarətdir»

172


Saray qala içərisindədir, lakin əlavə divarlarla əhatələnmişdir. 

Şəki xanları sarayının ön fasadı cənuba baxan ikimərtəbəli bina-

dan ibarətdir. Mərtəbələrin planı eynidir. Bir cərgədə yerləşən üç 

ev bir-birindən dəhlizlə ayrılır. Mərtəbələr arasında daxili əlaqə 

olmamışdır. Birinci və ikinci mərtəbələr  arasında daxili yolun 

olmaması  sarayın iki hissəyə  –  rəsmi qonaq və  şəxsi,  xüsusi 

hissəyə ayrılması ilə aydınlaşdırılır. Sarayın birinci mərtəbəsinə 

yalnız  kənar  şəxslər daxil ola bilərdilər, «yuxarı  mərtəbəyə  isə 

xan  ailəsinin  üzvləri  və ya onlara qulluq edən adamlar 

buraxılırdılar».

173


  Sarayın  baş-cənub  fasadı  şəhərə  tərəfdir. 

Sarayın  bütün  otaqları divar rəsmləri  ilə  bəzədilmişdir. «Saray 

naxışları  əsasən  dörd qrupa bölünür:  həndəsi  və bitki naxışlar, 

süjetli və quşların təsviri həkk olunmuş naxışlar».

174

 Şəki xanları 




 

 

371 



sarayının  naxışları koloritinin zənginliyi,  qızılı  rəngin  geniş 

surətdə  tətbiqi  ilə  səciyyəvidir. Bu saraya müxtəlif vaxtlarda 

naxış  vurmuş  rəssamlardan  beşinin  adı  bizə  məlumdur. Ustad 

Abbasqulu  Şəki xan sarayındakı  təsvir  və  naxışların  yaradıcısı 

hesab olunur. Usta Qarabaği (II mərtəbə), Usta Mirzəcəfər (I 

mərtəbə), Usta Qurbanəli (yan otaqlar) burada fəaliyyət 

göstərmiş 

rəssamlar 

olmuşlar. «Şəki 

xanları 


sarayı 

Azərbaycanda tikinti işinin  aşağı  səviyyədə  olduğu  dövrdə 

tikilmişdir, ancaq Şəki xanları  sarayı bir daha göstərir ki, 

keçmişin ənənələrini qoruyub saxlayan ustalar hələ bu dövrdə də 

yüksək  sənətkarlıq  nümunəsi  yaratmağa qadir idilər".

175


 Bu sa-

ray  həm  rəngarənglik,  həm  də dekorativ –  tətbiqi  sənətin sinte-

zinin  nümunəsidir.

176


 XVIII yüzillikdə  Bakıda,  İçəri  şəhər qala 

divarları  daxilində,  Şamaxı  darvazası  yaxınlığında  böyük xan 

sarayı kompleksi tikilmişdi.  Həmin kompleks xan ailəsi  üçün 

nəzərdə tutulmuşdu. Bu kompleksdən «Bakıxanovlar evi» adı ilə 

məlum olan böyük fraqmentlər qalmışdır. Bu dövr memarlığının 

diqqəti cəlb edən nümunələrindən biri Şuşa şəhər qalasıdır. Qala 

salınarkən təbii-coğrafi şəraitdən məharətlə istifadə olunmuşdur. 

Şəhərin  yerləşdiyi  əraziyə  yalnız  şimal  istiqamətindən 

yaxınlaşmaq mümkün idi. Ona görə də məhz burada güclü qala 

divarları  ucaldılmışdı.  Şuşa  istehkamları,  güclü  müdafiə 

qurğuları,  təbii  –  coğrafi  mövqeyi  sayəsində XVIII əsrin 97-ci 

ilinədək  ələ  keçirməmişdir.  Şamaxı  şəhəri  dağıldıqdan sonra 

Şamaxı  xanı Mustafa öz  iqamətgahını  Fitdağ adlanan yeni, 

alınmaz bir əraziyə  köçürmüşdü. Bu ərazidə  geniş saray kom-

pleksi təşəkkül tapmış, inkişaf etmişdi. Azərbaycan xanları inşa 

etdirdikləri 

şəhər-qalalardan  əlavə 

müxtəlif 

qəsrlər 

də 


tikdirmişdilər. Pənahəli xanın ilk iqamətgahı olmuş «Şahbulağı» 

qəsri bu baxımdan xüsusilə seçilirdi. Qəsrlər şəhər daxilində də 

tikilirdi.  Şuşadakı  «Qara Böyükxanım» qəsri bu cür tikililərdən 

idi.  Əsgəran  qalası da dövrün  mühüm  müdafiə  qurğuları, 

memarlıq  obyektləri  sırasındadır. Dini təyinatlı  və memorial 

tikililər XVIII yüzillikdə  də  inşa edilmiş,  əhalinin  mənəvi-

ideoloji  tələbatlarını  ödəmişdir.  Məhəllə  məscidləri bu əsrin 

başlıca dini tikililəri idi. Bu əsrdə  tikilmiş  cümə  məscidləri 




 

 

372 



içərisində Şuşadakı  «Gövhər ağa» və  İrəvandakı «Göy məscid» 

seçilirdilər. XVIII yüzillikdə  Şamaxı,  Şuşa  və Qazaxda 

səkkizbucaqlı  türbələr  inşa  edilmişdi.  Maraqlı dini tikililər 

arasında  Bakının  Suraxanı  kəndindəki  «Atəşgah» xüsusilə 

fərqlənir.  Abidənin  əsası XVII əsrdə Hindistandan gəlmiş 

mühacirlər tərəfindən qoyulmuşdur. Ümumiyyətlə, «Atəşgah»ın 

meydana  gələrək  təşəkkül  tapması,  inkişafı prosesi XVII-XIX 

yüzilliklərdə  baş  vermişdir.  Atəşpərəstlik  məbədini  və onun 

ətrafında olan müxtəlif  tikililəri  Şimali Hindistandan gəlmiş, 

Bakıda  məskunlaşmış hind sikx icması  inşa  etdirmişdi. 

Kompleksdə olan hücrələr XVIII əsrin sonlarında ümumi divarla 

əhatələnmişdir.  Qapalı  beşgüşə  şəklində olan, karvansaranı 

xatırladan  kompleksdə  ziyarətçilərin  yerləşməsi  üçün 24 hücrə 

və otaq vardır.

177

  Hücrələrdən, karvansaralardan və mehrabdan 



ibarət olan «Atəşgah»  kompleksi  imkanlı hind tacirlərinin 

vəsaiti  sayəsində XVIII əsr  ərzində  tikilmiş,  həmin  əsrdə 

inkişafının  çiçəklənmə  mərhələsini  keçirmişdir.

178


  Kompleksdə 

olan  daş  kitabələrdən biri əsasında bu kompleksin hindlilərə 

qədər  atəşpərəstlik  məbədi  olduğu  qənaəti  mövcuddur. 

Şübhəsizdir ki, «mərkəzi  məbəd tikilisi, daha doğrusu, 

Atəşgahın  mehrabı  Azərbaycanda  hələ Midiya dövründə  geniş 

yayılmış bu cür  mehrabların  qədim  inşası  ənənəsini bir növ 

özündə  əks etdirir».

179


  Beləliklə, XVIII əsrin  hərbi-siyasi 

hadisələri  ölkədə  memarlığın  inkişafını  müəyyən  dərəcədə 

məhdudlaşdırsa da, onun təkamülünün yeni istiqamətlərini, 

cəhətlərini  müəyyənləşdirdi (yeni şəhərlərin  yaranması  və s.). 

Lakin  Azərbaycan  memarlığının  inkişaf  potensialı tam şəkildə 

gerçəkləşmədi. 

Dekorativ-tətbiqi 

sənət 


sahələri 

Azərbaycan 

mədəniyyətinin çoxəsrlik təkamülü prosesində özünəməxsus yer 

tutur. XVIII yüzillikdə  də milli dekorativ-tətbiqi  sənətin 

inkişafının  başlıca  ocaqları  şəhərlər idi. Bu əsrdə  hazırlanmış 

sənət  nümunələri  qədimlərdən  gələn  irslə  üzvi  surətdə  bağlı 

olmuşdur.  Xalçaçılıq bu zamanın da ən  geniş  yayılmış  sənət 

sahəsi idi. Azərbaycan  xalçaları bu əsrdə bir çox  Şərq  ölkələri 

xalçalarından  davamlılığı,  rəngi  və toxunma texnikası  ilə  seçi-



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə