Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə121/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   117   118   119   120   121   122   123   124   ...   143

 

 

361 



Yaxşı gündə yarü yoldaş çox olur, 

Yaman gündə heç bulunmaz, yox olur. 

Yad ellərin tənə sözü ox olur, 

Bir gün olur vətən deyib ağlarsan.

152

 

 



Bir  çox  ziddiyyətli  hadisələrin  canlı  şahidi  olmuş Molla 

Vəli Vidadi gerçəkliyə müdrikliklə yanaşır, həmkarlarını xülya-

lar  aləminə  qapılmamağa  çağırırdı. Bu baxımdan onun nikbin 

olan  Vaqiflə  həyat  və  sənət  mübahisələri  ədəbiyyat tariximizin 

diqqəti  cəlb  edən  hadisələrindən idi. Şairin  kədər  fəlsəfəsi 

zəmanənin  mənfiliklərinə  etirazın  nəticəsi kimi meydana 

çıxmışdı. 

Ümumiyyətlə, Vidadi ilə Vaqif XVIII əsr  Azərbaycan 

ədəbi prosesinin başlıca  nəhəngləri  olmuşlar.  «Hər ikisi bizim 

möhtərəm milli şairimizdir…  Bu  cür  məşhur  şairlər  özgə 

millətlərin arasında zühur etmiş olsa idilər, bişübhə, indiyə kimi 

onların  asarü  əşarı  dəfəat  ilə  çapdan  çıxıb  əbnayi-millət  içində 

yayılmışdı».

153


  «Vidadi  ədəbi-bədii dilinin keyfiyyəti  etibarilə 

köhnə dövrün son, yeni dövrün ilk şairidir».

154

 Vidadi ilə Vaqi-



fin  gerçəkliyə  münasibəti  müxtəlifdir: Vidadi pessimist 

(bədbin), Vaqif isə optimistdir (nikbindir). Lakin «məzmun  və 

bir sıra ifadələr də yenidir; həm də bu, formal deyil, funksional 

eynilikdir… Məzmun  hər iki sənətkarın  təqdimatında eyni 

ovqatın  (hətta eyni dünyagörüşün)  məhsuludur…  Bununla  belə 

mühüm bir stilistik fərq var; Vidadi «Gördüm»,  Vaqif  isə 

«Görmədim»  deyir,  – bu cür oppozitiv münasibət  onların 

təfəkkür  tərzindən  gəlir…  Vidadi  gördüyünə  qarşı  çıxır, Vaqif 

görmək istədiyini görə bilmədiyini deyir».

155


 Molla Pənah Vaqi-

fin poetik təfəkkürü Vidadinin poetik təfəkkürünün  bilavasitə 

davamı kimi meydana çıxmışdır. Vaqif Qazax mahalının Salahlı 

kəndində anadan olmuş, 1797-ci ildə  Ağa  Məhəmməd  şah 

Qacarın hökmü ilə Şuşada həbs olunmuş, şahın öldürülməsindən 

sonra azad olunmuş, lakin Qarabağda  hakimiyyəti  ələ  keçirmiş 

Məhəmməd  bəy  Cavanşirin  əmrilə  qətlə  yetirilmişdir.  Şairlə 

birlikdə onun «Alim» təxəllüsü  ilə  şeir yazan oğlu  Əliağa da 

öldürülmüşdür. Vaqif şair olmaqla yanaşı  dövrünün  tanınmış 



 

 

362 



dövlət xadimi idi. O, mədrəsədə  təhsil  almış,  ərəb  və fars 

dillərini  öyrənmişdi.  Şair  memarlıq  və astronomiya ilə  də 

maraqlanırdı. Vaqif XVIII əsrin  ortalarında  Qarabağa  köçmüş, 

Şuşada  məktəbdarlıq  etmişdir. 1769-cu ildə o, Qarabağ hakimi 

İbrahim  xanın  sarayına  dəvət  olunmuş,  eşikağası, sonra isə  baş 

vəzir  vəzifələrini icra etmişdir. Vaqif Qarabağ  xanlığının xarici 

siyasət məsələləri ilə məşğul olmuş, Azərbaycan xanlıqları, Ru-

siya  və  gürcü  hakimləri  ilə  münasibətləri  inkişaf  etdirməyə 

çalışmışdır. Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində 

mühüm  mərhələlərdən biridir. O, klassik şeir  formalarında 

əsərlər  yazmış, lakin şifahi xalq ədəbiyyatı,  aşıq  şeiri  ilə daha 

çox  bağlı  olmuşdur. Nikbinlik, həyat  eşqi onun poeziyasının 

ümdə xüsusiyyətlərindəndir. Şairin əsərləri hələ sağlığında ikən 

Cənubi Qafqazda geniş  yayılmışdı. Vaqifin Azərbaycan 

ədəbiyyatı tarixində ən böyük xidməti klassik üslubla şifahi xalq 

şeiri  ənənələrini  üzvi  şəkildə  birləşdirə  bilməsidir.  İstedadı, bi-

liyi, ali mənəvi  keyfiyyətlərinə  görə  Azərbaycan  xalqı onun 

haqqında  «hər oxuyan Molla Pənah olmaz» məsəlini 

yaratmışdır. Vaqif poeziyasında  acı  kinayə  ilə  xoş zarafat, 

çılğınlıqla  müdriklik,  coşqun  sevinclə  narahatlıq  hissləri  üzvi 

surətdə  birləşmişdir. Orta əsr  şairlərinin  çoxundan  fərqli olaraq 

Vaqifin  divanı, yaxud şeir toplusu qalmamışdır. Lakin 

Azərbaycan  poeziyası  ilə maraqlanan onlarla ədəbiyyat 

həvəskarı böyük söz ustasının əsərlərini toplamış, həmin əsərləri 

müxtəlif  cüng  və  bəyazlara  köçürmüşlər. Vaqifin əsərləri 

məzmun  zənginliyi  ilə  seçilir. Onun başlıca  diqqət,  tərənnüm, 

məhəbbət obyekti gözəldir.  Məsələn,  şairin  qoşmalarından 

birində deyilir: 

 

Sevdigim, ləblərin yaquta bənzər, 



Sərasər dişlərin dürdanədəndir, 

Sədəf dəhanından çıxan sözlərin, 

Hər biri bir qeybi-xəzanədəndir… 

…Xumar-xumar baxmaq göz qaydasıdır, 

Lalətək qızarmaq üz qaydasıdır, 

Pərişanlıq zülfün öz qaydasıdır, 




 

 

363 



Nə badi-səbadən, nə şanədəndir… 

Müştaqdır üzünə gözü Vaqifin, 

Yolunda payəndaz üzü Vaqifin, 

Sənsən fikri, zikri, sözü Vaqifin, 

Qeyri söz yanında əfsanədəndir.

156


 

 

Lakin  gözəllik,  ülvi insani hisslər,  təbiət  aşiqi olan Vaqif 



dövrünün ictimai-siyasi problemlərini 

də 


nəzərdən 

qaçırmamışdır. XVIII əsrin  tanınmış  dövlət  xadimlərindən 

olmuş Vaqif bir çox saray fitnə-fəsadlarının şahidi olmuş, həmin 

mənfi hallara fəal münasibətini şeirlərində izhar etmişdir. Onun 

«Görmədim» rədifli  müxəmməsində bu münasibət daha aydın 

surətdə aşkara çıxır: 

 

Mən cahan mülkündə mütləq doğru halət görmədim, 



Hər nə gördüm əyri gördüm, özgə babət görmədim. 

Aşinalar ixtilatında sədaqət görmədim, 

Biətü iqrarü imanü dəyanət görmədim. 

Bivəfadan lacərəm təhsili-hacət görmədim… 

 

…Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl, 



Cümlə məkrü alü fənnü, fitnədir, cəngü cədəl, 

Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl, 

Müqtədilərdə itaət, müqtədalərdə əməl, 

Bəndələrdə simü, bəylərdə ədalət görmədim… 

…Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah, 

Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah, 

Səndən özgə kimsədə lütfü inayət görmədim.

157


 

 

Molla  Pənah Vaqif əsrlərlə  təcrübədən  keçmiş,  müxtəlif 



ölkələrin, xalqların tarixi ərzində özünü doğrultmuş obyektiv bir 

həqiqətin («üç şeydə vəfa yoxdur: atda, padşahda və tacirdə»)

158

 

mütləqliyini  şəxsi  taleyində,  təcrübəsində  anlamış  böyük 



mütəfəkkirdir. Şair anlamışdı ki, mahir, bilikli, istedadlı,  xalqın 

hörmətini  qazanmış  şəxslər  hökmdarlara  onların  məhdud (siya-

si)  məqsədləri  üçün  lazım olurlar. Həmin  məqsədlərinə nail 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə