Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə120/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   116   117   118   119   120   121   122   123   ...   143

 

 

358 



«keçid  dövrü»  kimi  qiymətləndirmək  mümkündür. Bu dövrün 

ədəbi prosesinin öyrənilməsində  əsas  çətinliklərdən biri həmin 

«dövr nümunələrinin bizim günlərə pərakəndə, səliqəsiz  və çox 

natamam gəlib çatması ilə əlaqədardır. Onu demək kifayətdir ki, 

XVIII  əsrdə  yaşamış  şairlərdən  heç birinin küll  halında  divanı 

hifz edilməmişdir…Bütün bunlar əsrin obyektiv şəraitinin mey-

dana  çıxardığı  təbii hallar olsa da, ədəbi  mənzərənin  dolğun 

lövhəsini yaratmağı çətinləşdirir».

147

 

XVIII  yüzilliyin  Azərbaycan  ədəbi  prosesində  Şakir 



Şirvani,  Ağa  Məsih  Şirvani,  Nəbi,  Aşıq  Şikəstə  Şirin,  Məhcur 

Şirvani, Xəstə Qasım, Baba Şirvani, Nişat Şirvani, Arif Təbrizi, 

Arif  Şirvani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif 

nəzərəçarpacaq  mövqe  qazanmış, milli ədəbiyyatın  təkamülü 

prosesində  mühüm rol oynamışlar.  Şakir  Şirvani Nadir şaha 

məktub  şəklində  yazdığı  «Əhvali-Şirvan» adlı  müxəmməsində 

şahidi olduğu viranedici hadisələrdən mütəəssir olduğunu bildi-

rirdi. O, mükəmməl  mədrəsə  təhsili  almış,  əruz  və heca 

vəznlərində  şeirlər  yazmış,  müasirlərinin  bədii  əsərlərini 

toplamağa  səy  göstərmişdir.  Şamaxının  Dədəgünəş  kəndində 

anadan olmuş  Ağa  Məsih  Şirvanı  Füzuli  ədəbi  məktəbinin 

davamçılarından idi, dövrünün  görkəmli  şairi  Nişat  Şirvaninin 

təsirilə  ədəbi  yaradıcılığa  başlamış, xalq şeiri ruhunda əsərlər 

yaratmışdır. Onun şeirləri XVIII əsrdə geniş yayılmış, hətta yeni 

(XIX) əsrdə də Azərbaycan şairləri (Q.B.Zakir, M.Ə.Sabir və b.) 

Ağa  Məsihə  bənzətmələr  yazmışlar.  Şair klassik ədəbi  üslubda 

qəzəllər,  müxəmməslər  yaratmışdır. O, bir çox  qoşmaların 

müəllifidir. O, 1749-cu ildə  baş  vermiş  hadisələrin  gerçək 

təsvirini  vermişdir.  Avantürist  Əhməd xan Şahsevən bir neçə 

xanı Şamaxını zəbt etməyə, Azərbaycanın digər vilayətlərinə də 

öz  təsirini  yayamağa  çalışırdı.  Şamaxının  tanınmış  şəxsləri bir 

neçə feodal hökmdardan  yardım  istədilər.  Qarabağlı  Pənahəli 

xan,  şəkili  Hacı  Çələbi xan da bu çağırışa  biganə  qalmadılar. 

Həlledici döyüş qəsbkarların məğlubiyyəti ilə başa çatdı, Əhməd 

xan  öldürüldü,  talançı ordu darmadağın edildi. Şairin bu 

hadisələrə  həsr  olunmuş  müxəmməsində  qaliblərə  dərin  rəğbət 

hissi  vardır.

148


  Ağa  Məsih  Şirvaninin bu əsərində  həlledici 


 

 

359 



döyüşün  gedişinin  ətraflı  təsviri  verilmişdir.  Azərbaycan 

ədəbiyyatı tarixində Füzuli ənənələrini davam etdirən, milli poe-

ziyada bənzərsiz dəst-xətti olan görkəmli sənətkarlardan biri də 

Nişat Şirvani idi. Əsərlərindən məlum olur ki, o, Şamaxıda ana-

dan olmuş, sonra isə Salyan şəhərinə  köçmüşdü.  Nişat  Şirvani 

XVIII  əsrin I yarısında  yaşayıb-yaratmış  ən  tanınmış 

Azərbaycan  şairlərindən idi. XVIII əsrdə  Şəki hakimi Hüseyn 

xan Müştaqın sarayında yaşamış Nəbi əruz və heca vəznlərində 

şeirlər yazmışdır. O, tarixi mənzumələrində dövrünün hadisələri, 

şəxsiyyətləri  haqqında  kifayət  dərəcədə  dürüst  təsəvvür yarada 

bilmişdir.  İncəsənəti  himayə  etmiş  Şəki hakimi Hüseyn xan 

Müştaq Nəbidən başqa bir neçə şairin (habelə Molla Vəli Vida-

di)  mədh obyekti olmuşdur.  Şəki hakimi də  şeirlər  yazmağa 

aludəçiliyi  ilə  tanınmışdı. XVIII əsrdə  yaşamış  Aşıq  Şikəstə 

Şirinin əsəri Ağa Məhəmməd şahın Tiflisə soxulması (1795) ilə 

baş vermiş fəlakətli hadisələrə həsr edilmişdir. Dövrün tanınmış 

şairlərindən biri də  Məhcur  Şirvani idi. Azərbaycan 

ədəbiyyatşünaslığında «Qisseyi-Şirzad» poemasının ona məxsus 

olduğu barədə qənaət vardır. Bu məsnəvini epik janra aid etmək 

olar,  əsər xalq nağıllarının  motivləri  əsasında  yazılmışdır.  Şair 

çox uzaq olan tarixi keçmişə  müraciət  etməklə  müasiri  olduğu 

gerçəkliyin  başlıca  cəhətlərinə toxunur. Əsərdə Nadir şahın 

rejiminə etiraz ruhu duyulmaqdadır. XVIII əsrin II yarısında 

Azərbaycan  şeirində meydana gəlmiş realist meyllər Baba 

Şirvaninin  yaradıcılığında bariz şəkildə  aşkara  çıxmışdı. 

Dünyəvi  mövzulara daha çox meyl göstərmiş  şairin  «Can  ilə 

cəsədin  bəhsi»  əsərində  dünyəvi  ədəbiyyatla dini ədəbiyyat 

arasındakı mübarizə öz əksini tapmışdır.

149

 Arif Şirvani aşiqanə 



qəzəlləri  və  həcvləri  ilə  tanınmışdı.  Şirvan hakimi Mustafa xan 

şairin  tənqid  obyektinə  çevrilmiş  əsas  şəxsiyyətlərdən birincisi 

idi. Arif Şirvani  xanı xeyirli əməllərə  səsləyir, ona müəyyən 

məsləhətlər  verməyə  çalışırdı. XVIII yüzillik  aşıq  poeziyasının 

yüksəlişi  dövrü idi. Xəstə  Qasım, Saleh, Saimi, Ürfani,  Məlali 

bu zaman yaşayıb-yaratmışlar.  Xəstə  Qasım  yüzilliyin  aşıq 

poeziyasının  ən  görkəmli  nümayəndəsi idi. Onun bir çox 

ustadnamələrindən  müxtəlif  dastanların  giriş  hissələrində 




 

 

360 



istifadə  olunmuşdur.  Təbriz  yaxınlığındakı  Tikmədaş  kəndində 

anadan olmuş bu şəxs öz yaradıcılığı ilə aşıq şeirinin inkişafına 

ciddi təsir göstərmiş sənətkarlardan idi.

150


 

Molla  Vəli Vidadi (1709-1809) və Molla Pənah Vaqif 

(1717-1797) XVIII yüzilliyin  Azərbaycan  ədəbi  prosesində 

müstəsna mövqeyi olmuş görkəmli şairlərdən idilər. Azərbaycan 

dilinin  və  ədəbi dilinin kamilləşməsində  onların  həlledici rolu 

olmuşdur. «Yeni realist ədəbiyyatın 

formalaşmasında, 

Azərbaycan  şeir dilinin inkişaf edib, zənginləşməsində Vaqifin 

bir  çox  müasirlərinin, o cümlədən onun yaxın dostu Vidadinin 

də  böyük rolu olmuşdur. Bu şairlərin  yaradıcılığı  Azərbaycan 

poeziyasının  sonrakı  inkişafına, onun ərəb-fars  təsirindən 

qurtarmasına və daha artıq dərəcədə milli zəminə əsaslanmasına, 

demokratik 

və realist istiqamətdə 

irəliləməsinə 

təkan 


vermişdir».

151


  Azərbaycan  ədəbiyyatında ilk dəfə olaraq sadə 

xalq  üslubunun  ədəbi prosesin ümumi  simasını  müəyyən  edən 

bir  istiqamətə  çevrilməsində Vidadi ilə Vaqifin rolu müstəsna 

əhəmiyyətə malik idi. Molla Vəli Vidadi öncə anadan olduğu 

Şəmkirdə, sonra isə  Qazaxın Poylu kəndində  təhsil  almışdı. O, 

ərəb  və fars dillərini  mükəmməl  öyrənmişdi. Vidadi Şıxlı 

kəndində  mirzəlik  və  məktəbdarlıq  etmiş, maarifin inkişafına 

çalışmışdır. O, əruz  və heca vəznlərində  şeirlər  yazırdı.  İctimai 

zülm, siyasi pərakəndəlik  dövrünün  hərc-mərcliyi  şairin daxili 

aləmində 

kədər 

və 


ümidsizlik, 

tənhalıq 

hisslərini 

formalaşdırmışdı. 

Mənəvi 

tənhalıqdan 



şikayət Vidadi 

yaradıcılığının  başlıca  motivlərindən biridir. O, Şəki  xanı,  şair 

Məmmədhüseyn xan Müştaqın  öldürülməsi  münasibətilə 

«Müsibətnamə» adlı mənzumə yazmış (1780), dövrün səciyyəvi 

və gerçək  lövhəsini  yaratmışdı. Vidadinin xalq kədərindən 

doğmuş bədbinlik fəlsəfəsi onun Vaqiflə müşairəsində və «Belə 

qalmaz» rədifli  müsəddəsində  qabarıq  şəkildə  aşkara  çıxır. 

Şairin  aşiqanə  şeirləri  də  vardır. Onun lirikası  yüksək  bədii 

sənətkarlıq  nümunəsidir. Vidadinin Heca vəznində  yazdığı 

şeirləri xalq danışıq  dilinə  yaxındır,  bənzərsiz  bədii  təsvir 

vasitələri ilə zəngindir. Vidadinin qoşmalarından birində deyilir: 

 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə