Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə122/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   118   119   120   121   122   123   124   125   ...   143

 

 

364 



olmuş  hökmdarlar son nəticədə  istifadə  etdikləri  istedadlı 

şəxsləri taleyin hökmünə  buraxır,  bəzi hallarda isə  qətlə 

yetirirlər. «Görmədim» rədifli  müxəmməsində Vaqif gerçək 

həyatda  (xüsusilə saray mühitində)  ülvi insani keyfiyyətlərin 

olmadığını  göstərir, yaradana, tanrıya  müraciət edir. Molla 

Pənah Vaqif də saray fitnə-fəsadlarının qurbanı olmuşdur: O, sa-

ray  xadimlərinin  təhriki  ilə  Qarabağ hakimi Məhəmməd  bəy 

Cavanşirin  əmri  ilə  qətlə  yetirilmişdir. Vaqifin poeziyaya bağlı 

olan oğlu da bu fitnələrin nəticəsində dünyasını dəyişmişdir. Bu 

məqamda  istər-istəməz  Vaqiflə Vidadinin müşairəsindən  bəzi 

epizodlar yada düşür (Vidadinin mülahizələri nəzərdə tutulur): 

 

Ağlamaq möminin əlamətidir, 



Nəbinin dininin xoş adətidir, 

Əgər bilsən, həqqin kəramətidir, 

Ta gedincə, nuri-bəsər ağlarsan!… 

 

…Billəm çox uşaqsan, ürəyin toxdur, 



Ləhvü ləəb ilə həvəsin çoxdur, 

Qocalıq əsəri könlündə yoxdur, 

Hələ sonra əqlin kəsər, ağlarsan!… 

 

…Oğlan, sən uşaqsan, cavansan hələ



Yenicə cisminə düşüb vəlvələ, 

Təzəcə dəyənək alıbsan ələ, 

Qaim tut ki, nagah düşər, ağlarsan… 

 

…Gəl danışma müxəmməsdən, qəzəldən 



Şeri-həqiqətdən, mədhi-gözəldən, 

Sənin ki, halını billəm əzəldən, 

Elə deyib canan, dilbər ağlarsan… 

 

…Dərdlərinə dərman olmaz heç kəsin, 



Əbubəkrə hərgiz yetişməz səsin, 

Mitilin altında qalır nəfəsin, 

Mürği-ruhin göyə uçar, ağlarsan… 



 

 

365 



 

…Şeytan ki, dünyada aldadır kimi, 

Xoş gəlir o kəsə dünyanın dəmi, 

Çox yığma başına hurü sənəmi, 

Qafil, özgələrə gedər, ağlarsan… 

 

…Çox bulanma bu dünyanın qanına, 



Vəfa yoxdur sultanına, xanına, 

Danasını bir gün qoymaz yanına 

Bizim inək kimi təpər, ağlarsan.

159


 

 

Siyasi  fəaliyyətinin sonu faciəli olan Vaqif «ədəbi-bədii 



təfəkkürün (və ədəbi-bədii dilin) milli əsasda inkişafını mütləq-

ləşdirdi, onun xidməti nəticəsində folklor üslubu klassik üslubun 

nüfuzunu  sındırıb  aparıcı  mövqeyə  çıxdı».

160


  Vaqifdən sonra 

Azərbaycan ədəbiyyatının inkişafını folklor üslubu müəyyən et-

di. «Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana 

dilimizin  şivəsində  şeir  və  qəzəl yazan az olubdur. Müasirləri 

ona  nəzirə  yazmağa  səy  və  təlaş  ediblərsə  də, onun kimi 

mühəssənatlı,  gözəl  və  açıq  kəlam  söyləməkdə aciz qalıblar. 

Vaqif ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli 

mərğub və nazik şeirlər yazmışdır».

161

 Vaqifin poetik fəaliyyəti 



əsasən XVIII əsrin II yarısına  təsadüf  etmiş,  təqribən 50 il 

ərzində Azərbaycan ədəbi prosesinin aparıcı şəxslərindən olmuş, 

qətlə  yetirildikdən sonra evi Məhəmməd  bəy  Cavanşir 

tərəfindən talan olunmuş, ədəbi irsinin müəyyən qismi bu talan 

zamanı  məhv  edilmişdir. «XVIII əsr  Azərbaycan  mədəniyyəti 

daha çox dil mədəniyyətidir, ona görə də Vaqif rəssam işini də 

görür;  rənglərin  nisbətini professional həssaslıqla (intibah 

professionallığı  səviyyəsindən)  müəyyən edir».

162

 Molla Pənah 



Vaqif  zəngin,  çoxcəhətli  yaradıcılığı  sayəsində  nəinki XVIII 

yüzilliyin, 

habelə 

bütövlükdə milli ədəbiyyatımızın, 



mədəniyyətimizin böyük simalarından birinə çevrilmişdir. 

XVIII 


əsr 

Azərbaycan 

ədəbiyyatının 

ən 


dəyərli 

örnəklərindən biri «Şəhriyar» əsəridir.  Öncə qeyd olunmalıdır 

ki, «Şəhriyar» nəsr əsəridir. şeirə nisbətən Şərq aləmində (eləcə 



 

 

366 



də Azərbaycanda) nəsrin inkişafı daha ağır və ləng olmuşdur. Bu 

isə  əsasən  Şərqdə poeziyaya meyl, mənəvi  tələbatın  üstünlük 

qazanması,  Şərqin  özünəməxsus  bədii-estetik  görüşlərindən 

doğmuş fenomen idi. XVIII yüzillikdə  Azərbaycan  bədii  nəsri 

formalaşaraq yeni təkamül  məcrasına  düşməyə  başladı. Bir sıra 

şifahi  ədəbiyyat  nümunələrinin  məhz bu dövrdə  yazıda 

maddiləşməsi  və  geniş  yayılması da mənəvi ehtiyacdan 

doğmuşdu. «Şəhriyar» dastanı 

nəsrimizin 

qanunauyğun 

təkamülünün  nəticəsi kimi səciyyəvidir. Klassik səciyyəli  nəsr 

ilə yeni nəsr arasında körpü rolunu oynamış əsərlərdən biri kimi 

«Şəhriyar» əsəri diqqətəlayiq ədəbi nümunədir. Əsərdə əski das-

tan-epos irsi ilə XVIII əsrin ənənələri üzvi surətdə birləşmişdir. 

Əsərdə olan bu şeir  parçasına  əsasən  ədəbiyyatşünaslıqda 

«Şəhriyar» dastanının  Məhəmməd  adlı  şəxsə  məxsus  olduğu 

qənaəti mövcuddur: 

 

Bağda bülbül həmrah ola güliylən, 



Ona şeyda qıla sidqi-diliylən, 

Həsrət çəkə-çəkə uzun iliylən, 

Məhəmməd kuyində qalan yar hanı?!

163


 

 

Dastanın  başqa bir yerində  Məhəmməd  Əmirli  adlı bir 



şəxsin adı yad olunur və güman edilir ki, adları çəkilmiş hər iki 

şəxs eyni simadır. «Şəhriyar» dastanı  şifahi deyil, yazılı 

ədəbiyyat  nümunəsidir.  Əsərin  qəhrəmanı  Şəhriyar tacir oğlu, 

onun sevgilisi Sənubər  isə  cəmiyyətin  yuxarı  təbəqəsindən 

çıxmış  şəxsdir. Bu əsərdə XVIII yüzillikdə  bədbəxt  və nakam 

qəhrəman deyil, sevgilisinə  qovuşan,  istəyinə  çatan  aşiq daha 

çox sevilir, məsnəvi  dastanların  qəhrəmanına  çevrilirdi. 

«Şəhriyar» dastanında söz ilə saz, şeirlə musiqi birləşir, əhvalat 

bu  hadisələri,  təhkiyəni  qoşma,  gəraylı,  qəzəl,  müxəmməs  və 

təkbeytlər  müşayiyət edir və tamamlayır. Dastanda hadisələr 

Azərbaycanda – Qazaxda, Şəmşədilli mahalında, Gəncədə, Ozan 

və  Bağban  məhəllələrində,  Ortaçalada,  Soğanlıda,  Qarayazı 

meşəsində,  Tiflisdə, Kirmanda və s. yerlərdə  cərəyan edir. 

Əsərdə şah Abbasın adının xatırlanması göstərir ki, əhvalat onun 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə