100
altında müvəqqəti olaraq süqut etmiş, 1108-cı ildə isə sülalə
siyasi müstəqilliyini bərpa etmişdir. Baş vermiş feodal
müharibələrinə baxmayaraq, Rəvvadilər dövründə Azərbaycanın
iqtisadi və mədəni həyatı nisbətən inkişaf etmişdir. Bu dövrdə
Təbriz abadlaşdırılmış, şəhərin ətrafına qala divarları çəkilmiş,
elm və memarlıq, mədəniyyətin digər sahələri inkişaf imkanları
qazanmışdı. Mədəniyyətin inkişafına qayğı göstərmiş Rəvvadi
hökmdarlarına şair Qətran Təbrizi bir neçə qəsidə həsr etmişdir.
1071-ci ildə təqribən bir əsr hakimiyyətdə olmuş «Rəvvadilər
sülaləsi Səlcuqların əli ilə siyasi fəaliyyətlərinə uzun müddət ara
verdilər. Bütün Cənubi Qafqaz bölgəsi Orta Asiyadan Aralıq
dənizinə, Qafqazdan İran körfəzinədək geniş ərazini tutan
qüdrətli Səlcuq dövlətinin tərkibinə daxil olur».
28
1117-ci ildən
sonra Rəvvadilərin qulamı olmuş Ağsunqur və onun varisləri
«atabəy» titulu ilə öz mülklərini monqol işğallarınadək qoruya
bildilər.
X-XII əsrlərdə mövcud olmuş Şəddadilər dövləti 3
əmirliyin (Gəncə, Ani və Dvin) federasiyasından ibarət idi.
Şəddadı sülaləsi Bizans imperiyasına, Sacilərə, Rəvvadilərə,
Şirvanşahlara və gürcülərə qarşı mübarizə aparmışdır.
Şəddadilər dövləti Səlcuqilərin Cənubi Qafqazdakı siyasətini
dəstəkləmiş yeganə müttəfiqi idi. Məhz buna görə də Səlcuq
sultanları bu sülaləni özlərinin Cənubi Qafqazdakı valiləri təyin
etmiş və Şəddadi hökmdarlarının öz ərazilərini genişləndirmək
siyasətinə mane olmamışlar. Şəddadi əmirləri Səlcuqlarla
müttəfiqlik sayəsində XI əsrdə Cənubi Qafqaz bölgəsinin ən
qüdrətli dövlət başçıları kimi tanınmışlar. Arran-Naxçıvan-
Gəncə əmirliyi (971-1075), Dvin əmirliyi (951-1130), Ani
əmirliyi (1072-1199) bu federativ orta əsr dövlətinin tərkib
hissələri idi. Səlcuqlar Səddadilərə müvəqqəti müttəfiq kimi
yanaşırdılar. Onlar Cənubi Qafqazda mövqelərini
möhkəmləndirdikdən sonra 1075-ci ildə 3 Şəddadi əmirliyi
arasında daha güclüsü olan Gəncə əmirliyinin varlığına son
qoydular. Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad
ibn Qurtaq olmuşdur. Ani və Dvində Şəddadilər nəslindən olan
əmirlər Səlcuqilərin vassalı kimi fəaliyyət göstərmişlər. 1199-cu
101
ildə Ani gürcülər tərəfindən ələ keçirildi. Dvin Şəddadiləri isə
1130-cu ildə Səlcuqilərin əsaslı zərbələri nəticəsində siyasi
hakmiyyətdən məhrum olunmuşdular.
Səlcuqi fəthləri, siyasi nüfuzu Azərbaycanın mədəni
təkamülü prosesində mühüm rol oynamışdır. 1040-cı ilin 24
mayında Dəndənəkan (Mərv yaxınlığında) döyüşündə səl-
cuqların Qəznəvi qoşunları üzərindəki qələbəsindən sonra
oğuzların tarixində, Orta və Ön Asiyanın, habelə orta əsr
Avropasının taleyində əsaslı dəyişiklik baş verdi. Oğuzların
işğalçılıq yürüşləri və miqrasiyaları bir neçə istiqamətdə baş
vermişdir. Oğuzların Cənubi Qafqaz ərazisində görünməsi XI
əsrin ilk rübünə təsadüf edir: 1018-1021-ci illərdə onlar Araz
çayını keçərək cənub istiqamətindən Arrana daxil olmuşdular.
Səlcuqilər dövləti (1038-1157) oğuzların siyasi fəaliyyətinin
nəticəsi idi. Sülalənin adı tayfa başçısı Səlcuqun adı ilə bağlıdır.
Səlcuqilərin ilk sultani Səlcuqun nəvəsi Toğrul bəy (1038-1063)
olmuşdur. 1055-ci ildə Toğrul bəy Bağdadı ələ keçirərək Abbasi
xəlifəsinin xeyir-duası ilə «İslam aləminin ali dünyəvi
hökmdarı» oldu. Dövlətin ərazisi Türküstandan Aralıq dənizinə,
Cənubi Qafqazdan Fars körfəzinədək uzanırdı. Bu imperiyanın
çiçəklənmə dövrü XI əsrin II yarısına təsadüf etmişdir. «Səlcuq
dövlətinin tənəzzülünün başlanğıc anı»
29
Sultan Məlikşahın
1092-ci ildə ölümündən sonra 10 ildən artıq sürmüş ara
müharibələri dövrü olmuşdur. Sultan Səncərin zamanında
(1118-1157) imperiyanın varlığı artıq nominal səciyyə daşıyırdı.
Xorasan və bir sıra başqa qonşu vilayətlər istisna olunmaqla
böyük dövlətin ərazisi müstəqil siyasi qurumlara parçalandı.
İraq Səlcuq sultanlığından «yaxa qurtarmış», əslində bu
sultanlığı da idarə etmiş Azərbaycan Atabəyləri dövləti (1136-
1225) həmin siyasi qurumlar arasında xüsusilə fərqlənirdi. Bir
sıra türk xalqlarının təşəkkülü, türk dilinin geniş yayılması, elm
və ədəbiyyatın, memarlığın, incəsənətin digər sahələrinin
çiçəklənməsi Səlcuqilərin hakimiyyəti dövrünün əlamətdar
cəhətlərindən idi. Səlcuqilər imperiyasında inzibati idarəçilik işi
tamamilə yerli məmurların üzərinə qoyulmuşdu. Məlikşahın
dövründə (1072-1092) «Oğuz imperiyasının hərbi-siyasi qüdrəti
102
ən yüksək zirvəyə çatdı».
30
XI əsrin 70-ci illərinin sonundan bu
imperiyanın tərkibində olmuş Azərbaycan nəzərdən keçirilən
dövrün passiv obyekti deyildi: Azərbaycanda siyasi
hakimiyyətdə olan şəxslərin nüfuzu və təsiri XII əsrin 30-cu
illərindən imperiya miqyasında nəzərə çarpırdı. 1160-cı ilin
sonlarından etibarən yeni-Azərbaycan Atabəyləri (Eldənizlər)
dövlətinin banisi Şəmsəddin Eldəniz İraq Səlcuq Sulianlığının
real hökmdarına çevrilmişdi.
31
Azərbaycan Atabəyləri dövlətinin
paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz
olmuşdur. Bu dövlətin təşəkkül dövrü 1136-1160-cı illərə,
yüksəliş və çiçəklənmə 1161-1191-ci illərə, tənəzzül mərhələsi
isə 1191-1225-cı illərə təsadüf edir. Şəmsəddin Eldəniz (1136-
1175), Məhəmməd Cahan Pəhləvan (1175-1186), Qızıl Arslan
(1186-1191), Əbubəkir (1191-1210) və Özbək (1210-1225)
qurulmuş dövlətin varlığını təmin etmiş hökmdarlar idilər. Bu
dövrdə Azərbaycan Yaxın və Orta Şərqin mühüm mədəni
mərkəzlərindən birinə çevrilmişdi. Bağdad və onun ətrafı istisna
olunmaqla Qafqaz dağlarından Fars körfəzinədək olan böyük
ərazi dövlətin banisi Eldənizin hakimiyyəti altında idi.
32
İraq
Səlcuq sultanlığı daxilində baş vermiş hərbi-siyasi çəkişmələr,
vaxtaşırı baş vermiş gürcü həmlə və hücumları Azərbaycan
Atabəyləri dövlətinin başlıca qayğı obyektləri olmuşdur.
§2. Azərbaycan mədəniyyətinin başlıca inkişaf
istiqamətləri.
Nəzərdən keçirilən böyük tarixi dövrün ictimai-siyasi
hadisələri mədəni prosesin axarına əsaslı surətdə təsir gös-
tərmişdir. Ərəb istilası və Azərbaycanın uzun müddət Xilafət
tərkibində olması Azərbaycanın mədəni həyatında da əsaslı
dəyişikliklərin başlıca səbəbi oldu. Bu dəyişiklik özünü ilk
növbədə dini baxışlarda büruzə verdi. Yeni din-islam tədricən
mənimsənildi, Azərbaycan mədəniyyəti islam mədəniyyəti
sisteminə inteqrasiya olundu, türk dilinin inkişafı prosesində
Dostları ilə paylaş: |