103
fasilə yarandı. Təqribən XI əsrədək ərəb dili elmi, dini və ədəbi
yaradıcılığın başlıca vasitəsinə çevrildi. Buna obyektiv amillər
(ümumi dilin, əlifbanın olmaması və.s) əlverişli şərait
yaratmışdı. Xəlifə Əbdülməlikin (685-705) islahatı nəticəsində
kargüzarlıq ərəb dilində aparılmağa başlandı, 1-2 əsrdən sonra
ərəb dili tədricən işğalçının dilindən mədəniyyət göstəricisinə
çevrildi. «Rəsmi dil kimi Xilafətdə Əməvilərin hakimiyyətdə
olduqları dövrdə (750-ci ilədək) Sasanilərdən qalma fars və yeni
işğalçıların ərəb dilləri, Abbasilərin hakimiyyətdə olduqları
dövrdə isə (Səlcuqlaradək) ərəb dili işlədilirdi».
33
Ərəb
hökmranlığı dövründə «milli-etnik sərhədlər tədricən zəifləyərək
yox dərəcəsinə çatmışdı»
34
. İmperiya əhalisinin dini və etnik
müxtəlifliyinin artıq Abbasi xəlifələri tərəfindən nəzərə alınması
Xilafətdə IX əsrin ortalarından etibarən dünyəvi elmlərin
inkişafı üçün şərait yaratdı. Ortodoksal (rəsmi, mühafizəkar)
islamın təriqətçilərlə çəkişmələri, sünni və şiələrin geniş
mübahisələri isə dini nəzəriyyələrin, müsəlman hüququnun (fiq-
hin), fəlsəfənin, məntiqin inkişafına səbəb oldu. İslamda
ziddiyyətli fikirlərin artması çoxsaylı mədrəsələrin təsis
olunmasını labüd və zəruri etdi. Mənbələrdən aydın olur ki,
Xilafət ərazisində ilk mədrəsə X əsrin sonlarında Nişapurda
(İranın şimal-şərqində) açılmış, sonralar isə islam aləminin
bütün böyük şəhərlərində yayılmışdır. Xəlifə Harun ər-Rəşidin
dövründə Bağdadda təsis olunmuş, «Darül-hikmə» və ya
«Xizanət əl-hikmə» («Hikmət evi» və ya «Hikmət xəzinəsi»)
adlandırılmış elmi mərkəz müxtəlif (xüsusilə yunan və ya sirya-
ni) dillərdə yazılmış əsərlərin ərəb dilinə tərcümə olunması,
geniş yayılması sahəsində xeyli iş gördü. Beləliklə, yeni tarixi
dövrdə antik (qədim) mədəni dəyərlərin dirçəldilməsi, bu
dəyərlərin ərəb dilində geniş yayılması, yenidən nəzərdən
keçiriliməsi prosesi gerçəkləşdi və ərəb dili bu prosesdə başlıca
ötürücü rolunu oynadı.
114 surədən (fəsildən) ibarət olan, ayələrə bölünən Quran
yalnız islam dininin deyil, hüququn, Şəriətin və ümumiyyətlə
müsəlman xalqlarının ideologiyasının əsasını təşkil edir. Orta
çağlarda fəlsəfi, ictimai, siyasi, etik, estetik görüşləri Qurandan
104
təcrid olunmuş halda təsəvvür etmək qeyri-mümkündür. Hər bir
ideoloji cərəyan, təlim bu ya digər dərəcədə onunla bağlıdır.
İslam dininin və Ərəb dövlətinin banisi Məhəmməd Peyğəmbər
Əleyhissəlamın sağlığında Quran şifahi formada olmuşdur.
Məhəmmədin vəfatından sonra müqəddəs mətnin tədricən
unudulması təhlükəsi olduğuna görə bütün «vəhy»ləri toplamaq,
onları yazıda maddiləşdirmək zərurəti yaranmışdı. Xəlifə
Əbubəkrin dövründə (632-634) bu işi Zeyd ibn Sabit gördü.
35
Üçüncü xəlifə Osmanın dövründə (644-656) Quranın mətni ilk
dəfə əl ilə tərtib olunmuş, yazılmış kitab formasına salınmışdı və
məhz həmin kitab Quranın ilk nəşri hesab olunur.
36
Orta
çağlarda islam Şərqində Quranı bilmək, onu təfsir, təbliğ etmək
alimlik, ariflik əlaməti hesab olunurdu. Buna görə də islam
ilahiyyatı nəzərdən keçirilən dövrün mədəni həyatının ayrılmaz,
tərkib elementi olmuşdur. Quran, sünnə (hədislər toplusu), icma
(din xadimlərinin yekdil qərarı) və qiyas müsəlman hüququnun
(fiqhin) əsasları idi. İlk iki əsasda ortodoksal (mühafizəkar)
mövqe üstün olmuşdur. Beləliklə, VII əsrin 30-cu ilində siyasi
vəhdət (dövlət) əldə etmiş ərəblər beynəlxalq aləmdə (Yaxın və
Orta Şərqdə) hərbi uğurlar qazandıqdan sonra ideoloji (islamın
bərqərar olunması və yayılması), mədəni (ərəb dilinin hegemon
mövqe qazanması) sahələrdə də nəzərəçarpaçaq nailiyyətlər əldə
etdilər. Lakin mühüm bir cəhəti qeyd etmək lazımdır ki, siyasi
və hərbi cəhətdən fəth olunmuş ölkələrin çoxusunun mədəni
səviyyəsi fatehlərin (ərəblərin) mədəni səviyyəsindən yüksək
idi. Buna görə də mədəni sahədə qalib tərəf fəth olunmuş ölkələr
və xalqlar oldu. Bəzi hallarda səhvən «ərəb mədəniyyəti» kimi
təqdim olunan «islam mədəniyyəti»nin inkişafında aparıcı,
həlledici rol və mövqe qeyri-ərəblərə məxsus olmuşdur. «İslam
mədəniyyəti»nin təkamülü prosesində Azərbaycan mədəni
potensialının fəal iştirakı danılmaz tarixi gerçəklikdir.
İslam ilahiyyatı Ərəb Xilafətində daha çox inkişaf edən
sahələrdən idi. İlahiyyatın inkişafı zamanın tələbindən
törəmişdi. Ərəb xəlifələri hərbi-siyasi yolla fəth etdikləri
ölkələrdə özəl dinlərini (islamı) daha geniş yaydıqdan sonra
islamın daha dərindən araşdırılmasına və təbliginə can atırdılar.
105
Quran, hədislər toplusu, müsəlman hüququ (fiqh) bu tarixi
dövrün ilahiyyatı üçün başlıca araşdırma obyektlərinə
çevrilmişdi. İlahiyyatçılar, fəqihlər (islam hüquqşünasları)
Azərbaycanda da fəaliyyət göstərirdilər. Əl-Müqəddəsi bu
alimlərin əsasən sünniliyn hənbəli məzhəbinə mənsub
olduqlarını qeyd edirdi. Əbu Səid Əhməd İbn Hüseyn əl-Bərdəyi
Bağdadda
fəaliyyət
göstərmiş
görkəmli
Azərbaycan
ilahiyyatçısı,
hənəfiliyin
və
mötəzililiyin
tanınmış
nümayəndəsi,
37
hüquqşünas idi. Bu şəxs Bərdə şəhərində anadan
olmuş ilk təhsilini burada almış, sonralar həcc ziyarətinə çıxmış,
bu ziyarətdən sonra vətənə qayıtmamışdı. O, Bağdadda
qərarlaşmış, elmi, mənəvi
axtarışlarını burada davam
etdirmişdir.
Dövrünün
görkəmli
ilahiyytçıları
və
hüquqşünaslarından təhsil almış Əbu Səid əl-Bərdəyi sonralar
sahib olduğu biliklərin geniş təbliği və tədrisi ilə məşğul
olmuşdur. O, Bağdaddan Məkkəyə gedərkən həcc ziyarətinə
gəlmiş şəxslərlə birlikdə 929-cu ildə qərnatilər tərəfindən qətlə
yetirilmişdir.
38
Əbubəkr Əhməd ibn Harun əl-Bərdəyi əl-Bərdici
(844-914) öz dövrünün görkəmli hədis tədqiqatçılarından
olmuşdur. Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic yaşayış
məntəqəsində anadan olmuş bu şəxs sonralar Yaxın Şərqin bir
çox ölkələrini gəzmiş, Nişapur, Bağdad və Məkkə şəhərində
yaşamışdır. Əhməd Bərdici həmin dövrün tanınmış alimlərindən
təhsil almış, sonralar pedaqoji fəaliyyət göstərmişdir. Əhməd
Bərdicinin zəngin elmi yaradıcılığından yalnız «Əl-əsma əl-
müfrədə» («Nadir adlar») kitabının əlyazması zəmanəmizədək
gəlib çatmışdır.
39
Əsərdə bəzi peyğəmbər əshabələri, onların
ardıcılları, hədis tədqiqatçıları, bu alimlərin vətəni və həmin
alimlər haqqında deyimlər öz əksini tapmışdır. Əbubəkr
Məhəmməd ibn Abdulla əl-Bərdəyi (961-ci ildə vəfat etmişdir)
40
də Bərdə şəhərinin yetirməsi idi. O, bir müddət Bağdadda
yaşamış, xaricilik və mütəzililik cərəyanlarının görkəmli
nümayəndəsi kimi tanınmışdır. Məhəmməd əl-Bərdəyi ilə 951-ci
ildə görüşmüş İbn ən-Nədim «onu xaricilərin hüquqşünas
alimlərindən biri kimi təqdim edərək hüquqa dair on altı əsərinin
adını çəkmişdir»
41
. Yəqub ibn Musa əl-Ərdəbili (941-ci ildə
Dostları ilə paylaş: |