Ekologiya imtahan Suallar


Senopopulyasiyanın dinamikası



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
Ekologiya

Senopopulyasiyanın dinamikası 
Bitkilər üçün say dinamikası anlayışından praktiki olaraq istifadə olunmuş populyasiya tsiklinə hər 
şeydən əvvəl müəyyən növün populyasiyasının strukturunun və fotosenetik funksiyasının dəyişməsi 
mövqeyindən baxılır. Heyvanlarda say artımının dinamikası anlayışı birbaşa populyasiyanın hesab 
vahidi – fərdlərin sayı ilə ifadə olunur. Bitki populyasiyalarında isə strukturun bu aspekti mürəkkəb 
şəkildə göstərilir; qeyd edildiyi kimi populyasiya elementi kimi həm fərdlər (toxum və vegetativ mənşəli 
fərdlər bioloji baxımdan eyni qiymətləndirilmir), həm də vegetativ mənşəli fərdlər (klonlar) birliyi və 
fərdlərin hissələri (fitoölçülər,yarpaq və s.) çıxış edə bilər. Senopopulyasiyanın strukturuna bir neçə 
aspektdə baxıla bilər: populyasiyanın tərkibi (elementlərin kəmiyyətcə nisbəti), quruluşu (sahədə 
elementlərin qarşılıqlı yerləşməsi, ərazi quruluşu), fəaliyyəti (elementlər arasındakı əlaqələrin 
məcmusu). Populyasiyanın dinamikasına strukturun bütün aspektlərinin vaxta görə dəyişməsi daxildir. 
Bu zaman populyasiya parametrlərinin dəyişən sırasına miqdar (elementlərin sayı), biokütlə, toxum 
məhsuldarlığı, yaş spektri və fərdlərin yaş tərkibi (təqvim yaşı üzrə) daxildir. Senopopulyasiya 
elementlərinin sayı və sıxlığı doğum və məhv olmanın nisbətindən asılıdır; bu göstəricilərin 
dəyişməsində emiqrasiya və immiqrasiya böyük rol oynaya bilər. Məhvolma ilk növbədə ekoloji 
faktorların kompleksi ilə müəyyənləşdirilir. Çiçəkli bitkilərdə məhsuldarlıq (çoxalma qabiliyyəti) 
anlayışı potensial toxum məhsuldarlığına uyğun gəlir, bu fərdlərin toxum başlanğıcının, yaxud da zoğun 
sayına görə təyin olunur. Faktiki toxum məhsuldarlığı (zoğ və fərdə görə tam yetişmiş toxumun sayı) 
populyasiyanın təkrar artması səviyyəsini əks etdirir. Məhz bu göstəricinin tərəddüdü (potensial toxum 
məhsuldarlığının 80%-dən 0,5%-ə kimi) populyasiyanın özünü saxlama (özünü qoruma) ekoloji 
proseslərini əks etdirir. Toxum məhsuldarlığını məhdudlaşdıran və onun faktiki səviyyəsini təyin edən 
əsas faktorlar tozlanmanın kifayət qədər olmaması, resursların çatışmazlığı, fitofaqların və xəstəliklərin 
təsiri hesab edilir. Bitki populyasiyalarının təkrar artması (təzələnməsi) və özünü qoruması (saxlaması) 
prosesində vegetativ çoxalma böyük əhəmiyyət kəsb edir. Bu proses kifayət qədər mürəkkəb yolla 
senopopulyasiyanın yaş spektri ilə əladədardır: vegetativ çoxalma bir tərəfdən yaşdan asılıdır, digər 
tərəfdən isə cavanlaşmaya səbəb olur. Aşağıda vegetativ çoxalmanın dörd tipini nəzərdən keçirək. 1. 
Senil partikulyasiyası (lat. senilis – qoca, partis – hissə, qismən), yəni qoca yaşında partikulun (vegetativ 
mənşəli fərdlərin) ayrılması. Partikulyasiyanın bu tipi bir çox milköklü çoxilliklərə xasdır. Uzunömürlü 
olmadığından və partikulun aşağı həyatiliyinin olması ilə əlaqədar populyasiyanın vegetativ özünü 
saxlama baxımından bu tip effektli sayılmır. Belə tipdə çoxalma enerjisi böyük deyil: vegetativ gələcək 
nəsil ümumi sayın 0,4-4,0%-i qədərdir. 2. Cavanlaşmayan və ya az cavanlaşan yetişmiş partikulyasiya 
– zəif vegetativ çoxalma səciyyəvidir. Çimli taxılotları, cillər, xırda kökümsov otlara, geoksil kollara 
xasdır. Partikulun aşağı həyat qabiliyyəti olması (ömrü bir qədər uzun olsa da) ilə əlaqədar 
populyasiyanın özünü saxlaması üçün bu üsul da az effektlidir. Belə partikulyasiya tipində enerji az, 
yəni ümumi miqdara görə vegetativ gələcək nəslin 10-80%-ə qədəri ola bilər. 3. Səthi (dərin olmayan) 
cavanlaşan və aktiv böyüyən yetişmiş partikulyasiya – uzun kökümsovlu otlar və kollar üçün 
səciyyəvidir. 4. Dərin cavanlaşma gedən generativ partikulyasiya intensiv böyümə ilə səciyyələnir. 
Kökdən pöhrəverən çoxillik bitkilər üçün xarakterikdir. Axırıncı iki partikulyasiya tipi özünü 
saxlamanın (qorumanın) yüksək effektivliyi ilə səciyyələnir. Bu çoxlu pöhrələrin (cücərtilərin, ildə bir 


ana ağacdan 20-100 pöhrə) əmələ gəlməsi ilə (cavanlaşması) əlaqədardır. Bunun hesabına populyasiya 
yüksək sıxlığa çata bilər. Nəsilvermə və məhvolmanın səviyyəsinin dəyişməsi müvəqqəti struktur 
dinamikasını, biokütləni və bütövlükdə senopopulyasiyanın fəaliyyətini formalaşdırır. Bu dəyişmələrin 
effektivliyinin həyata keçirilməsində populyasiyanın sıxlığı əhəmiyyətli rol oynayır. Sıxlıq 
qanunauyğun olaraq bitkinin böyümə intensivliyinə, toxumun məhsuldarlığının və vegetativ böyümənin 
vəziyyətinə təsir göstərir: bununla yanaşı, sıxlığın artması çarpaz tozlanmanın ehtimalını yüksəldir. 
Bunun nəticəsində sıxlıq yenidən bərpa prosesinin nizamlanması faktoru kimi çıxış edir. V.N.Sukaçov 
(1941) göstərmişdir ki, sıxlıq inkişafın intensivliyinə və ona uyğun olaraq ömrün uzunluğuna təsir 
göstərir. Birillik bitkilərdə sıxlıq inkişafı tezləşdirir, çoxilliklərdə isə onu yavaşıdır. Sıxlığın böyük 
nizamlayıcı əhəmiyyəti onun məhvolma (ölüm) səviyyəsinə təsirində təzahür olunur: sıxlıq artdıqda 
məhv olma çoxalır. Sıxlıqdan asılı olan məhv olma (ölüm) dərəcəsi həyat şəraiti yaxşılaşdıqda daha da 
yüksəlir (Sukaçov, 1928). Geniş daipazonlu sıxlıqda onun məhvolmağa (ölümə) təsiri parabolik əyrisi 
üzrə gedir: aşağı sıxlıqda xarici faktorların birbaşa təsir göstərməsi nəticəsində ölüm çoxalır, sıxlıq 
artdıqda «qrup effektliyi» formalaşır, bu öldürücü təsiri yumşaldır, sıxlıq müəyyən həddi keçdikdə 
fərdlər bir-birinə məhvedici təsir göstərdiyindən ölüm yenidən artır. Sıxlıqdan asılı olan ölüm 
(məhvolma) bitkilərdə populyasiya tsikllərini nizamlayıcı yeganə mexanizm deyildir. Bir sıra hallarda 
nizamlanma sıxlıqdan asılı olan reproduksiya və ya hər iki mexanizmin birliyi (əlaqəsi) vasitəsilə yerinə 
yetirilir. Biokütlənin səviyyəsi sıxlıqdan asılı olan böyümə və inkişafla nizama salınır. Son nəticədə 
nizamlayıcı mexanizmlərin ümumi cəmi müəyyən növün senopopulyasiyasında yerini və rolunu 
çoxnövlü bioloji sistemin – biogeosenozun strukturunda və funksiyasında müəyyənləşdirir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə