Ekologiya imtahan Suallar


Populyasiyanın homeostazı



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Ekologiya

Populyasiyanın homeostazı
Populyasiyanın sabitliyi və nisbi sərbəstliyi onun struktur və daxili xassələrinin dəyişən yaşayış şəraiti 
fonunda uyğunlaşma xüsusiyyətlərini saxlanmasından asılıdır. Məhz mühitlə dinamik tarazlığın 
saxlanması bütöv bioloji sistem kimi populyasiyanın homeostazı prinsipindən ibarətdir. Populyasiya 
funksiyalarının təzahürünün bütün aspektlərində onların sabitliyinin saxlanması çox böyük əhəmiyyət 
kəsb edir; populyasiya homeostazının çoxtərəfli mexanizmləri əsasında onları üç mühüm fəaliyyət 
kateqoriyasına bölmək olar: 1) ərazi strukturunun adaptasiya xarakterini saxlaması; 2) genetik 
strukturun saxlanması; 3) orqanizmlərin sıxlığınn nizamlanması. Homeostatik funksiyalar canlı 
orqanizmlərin bütün qruplarına xasdır, lakin o, heyvanlar üçün kifayət qədər yaxşı öyrənilmişdir. Ali 
heyvanlar bu funksiyaların yerinə yetirilməsində yalnız fizioloji proseslər deyil, həmçinin mürəkkəb 
sinir fəaliyyəti də iştirak edir. Odur ki, populyasiya homeostazı problemini müzakirə edərkən əsasən 
onurğalı heyvanlar haqqında danıışılacaq. Populyasiyaların ətraf mühitlə qarşılıqlı təsir formaları və 
ümumi populyasiya funksiyalarının yerinə yetirilməsi ayrı-ayrı fərdlərin fizioloji reaksiyaları vasitəsilə 
ifadə olunur. Ərazi strukturunun saxlanması Qidanın növ xüsusiyyətləri, çoxalmanın biologiyası, 
abiotik faktorlara münasibət hər bir növə xas olan ərazidən istifadənin ümumi xarakteri və sosial 
münasibətləri tipini formalaşdırır. Bu, son nəticədə populyasiyanın ərazi (ərazi-etoloji) strukturunun növ 
tipini təyin edir, bunun ən səciyyəvi (tipik) meyarları (kriteri) növə uyğun məskunlaşma yeri, əraziyə 
bağlılıq dərəcəsi, fərdlərdə aqreqasiyanın mövcudluğu və xarakteri və məkanda (ərazidə) onların 
dispersliyi sayılır. Ərazi strukturunun növ tipinə həm də göstərilən parametrlərin qanunauyğun, dövri 
təkrar olunan (məs. mövsümi) dəyişməsi daxildir. Yuxarıda qeyd edildiyi kimi, hətta bir növ daxilində 
populyasiyada fərdlərin ərazidə yerləşməsinin konkret forması qida obyektlərinin (qida elementlərinin) 
miqdar və paylanması dinamikasından, mikroiqlimin mövsümi və dövri olmayan dyişməsindən və s. 
nəzərə çarpacaq dərəcədə dəyişə bilər. Göstərilən faktorlar tərəfindən yaradılan fərdlər və onların 
qruplaşmaları arasındakı məsafə fərdi, qruplaşmaların ölçüsü (böyüklüyü), ərazidə yerdəyişmə 
(yayılma) xarakteri populyasiyanın ərazi strukturunun növ tipinin biologiyasının daha çox ümumi 
xüsusiyyətləri ilə müəyyən olunur. Ərazinin «fərdiləşdirilməsi» mexanizmləri. Daimi bir sahədə 
məskunlaşmanın bioloji üstünlüyü yalnız ərazinin «fərdiləşdirilməsi» şəraitində, oranın ancaq daim 
yaşayan fərdlər və ya qruplaşmaların istifadəsi şəraitində reallaşa (həyata keçə) bilər. Qeyd edildiyi 
kimi, rezident fərdlər ərazinin sahəsinə tanış oriyentir (istiqamət) sistemi ilə bağlıdır, oriyentir 
sistemindən kənara çıxdıqda isə oriyentir reaksiyası baş verir, bu isə sahəyə geri dönməyə stimul yaradır. 


Lakin davranışın belə stereotipi rezidentə həmin növdən olan fərdlərin onun ərazisinə daxil olmasına 
zəmanət vermir. Belə zəmanət resurslardan intensiv istifadə edən oturaq növlər üçün xas olan ərazi 
davranışı kompleksi ilə müəyyən olunur. Ərazi təcavüzkarlığı. Ərazi qarşılıqlı əlaqəsinin birbaşa 
forması genetik təcavüz davranışı olub öz növünün fərdlərinin sahəyə daxil olmasıdır. Bu və ya digər 
formada ərazi təcavüzü yaşama sahəsi olan bütün növlərə, o cümlədən onurğasızlara (bəzi həşəratlar, 
xərçəngkimilər və b.) da xasdır. Ərazi konfliktində əksəriyyət hallarda qarşılaşma zamanı fərd rezidentin 
– həmin sahənin «sahibi»nin qalib çıxması bioloji baxımdan mühüm sayılır. Bu qanunauyğunluğun 
təsdiqi təbii populyasiyalarda müşahidə olunmuşdur. Belə ki, təbii şəraitdə uzun müddət fərdi 
nişanlanmış kiçik sünbülqıranlar üzərində aparılan müşahidələr göstərmişdir ki, öz sahəsində yemlənən 
sünbülqıran gözlə görünməyən, lakin ciddi mühafizə olunan sahədə sərhədi keçən digər vəhşi heyvanın 
üzərinə (hətta tanıdığı qonuşusu olduqda belə) atılır. Bu zaman bir qayda olaraq yad (gəlmə) qaçmağa 
üz tutur, «sahib» onu sərhədinə kimi qovur. Bəzi halda «sahib»in qovmağa başı qarışaraq özü yad 
əraziyə keçir. Bu zaman vəziyyət dəyişir, qorxub qaçan heyvan öz sahəsinə çatdıqda hücuma keçərək 
onu təqib edəni qovmağa başlayır (Soldatova, 1967). Kompleks ərazi davranışı birbaşa hücum, döyüş, 
təqiblə bitmir. Halbuki belə sərt mühafizə formalarına nisbətən az rast gəlinir. Praktiki olaraq birbaşa 
təcavüz çox vaxt davranışın ritual formaları ilə (hədə-qorxu pozaları (vəziyyəti)), spesifik səs siqnalları, 
fiziki kontakta (toqquşmağa) çatdırılmayan hücum nümayiş etdirmək və s. müşayiət olunur. Ərazinin 
nişanlanması Sahənin fərdləşdirilməsinin ən «yumşaq» üsulu olub təcavüzlə əlaqəsi yoxdur. Nişanlama 
üsulları müxtəlifdir. Görmə qabiliyyəti yaxşı inkişaf etmiş növlərdə ərazinin vizual nişanlanması 
müşahidə olunur. Məs., yaxşı görünmə şəraitini tutan mərcan balıqlarının nəzəri cəlb edən cizgiləri ilə 
parlaq rəngi ərazinin tutulmuş olduğunu göstərən kifayət qədər gözə çarpan siqnaldır. Quşlarda sahənin 
nəğmə oxuma və başqa səs siqnalları şəklində akustik nişanlanması aydın təzahür olunur. Quşların 
səsində həmişə fərdilik çalarlar müşahidə olunur. Nəğmənin mürəkkəb cizgisində ərazi siqnalı daşıyan 
konkret hissəni seçmək olar. Bütün bunlar qonşulara qonşu sahənin nişanlanmış sərhədini müəyyən 
etməyə imkan yaradır. Ərazinin səslə nişanlanması başqa heyvanlara da xasdır. Məs., suitinin yaşlı 
erkəkləri öz sığınacağının ərtaf sualtı sahəsini tez-tez çıxardığı trelin (cəh-cəhin) köməyi ilə nişanlayır. 
Cənubi Amerika meymunu revun Aluatta və bəzi digər primatlar sahəni səsləri ilə nişanlayır. Amerika 
burundik dələləri Tamiasciurus və digər məməlilər də ərazinin tutulmuş olduğunu səs siqnalları ilə 
bildirirlər; amfibiya və bir sıra onurğasız heyvanlarda da səs nişanlanmasına rast gəlinir. Əksəriyyət 
məməlilərdə ərazinin nişanlanmasında iy (qoxu) nişanlanması, mühüm əhəmiyyətə malikdir, bu həmin 
heyvanların həyatında iybilməni mənimsəmək kimi aparıcı rola uyğun gəlir. İy «daşıyıcı» kimi sidik, 
ekskrement və bir çox ərazi növlərinə xas olaraq müstəsna əhəmiyyət daşıyan xüsusi vəzilərin sekretləri 
(şirələri) hesab olunur. Öz sahələrini sidik və peyinlə nişanlamaq praktiki olaraq bütün məməlilərə 
xasdır. Bir çox növlərdə spesifik dəri vəziləri olur, bu vəzilər dayanıqlı iyli sekret (şirə) ayırır. Belə 
vəzilər bir sıra çöl sicanları, qum siçanları və digər siçanabənzər gəmiricilərə xasdır, onlar həmçinin 
kisəli uçar mişovullarda, panqolinlərdə, dırnaqlılarda və başqa növlərdə təsvir edilmişdir. Bu vəzilərin 
ayrılmasından iy siqnalının məlumatlığını artıraraq nişanlamada istifadə olunur. Spesifik vəzilərdən 
istifadə iy nişanlarını təmiz ərazi siqnalından mürəkkəb populyasiyadaxili kommunikasiyaya (ünsiyyət 
vasitəsinə) çevirir. Genetik strukturun saxlanması Populyasiyanın genetik strukturu hər şeydən əvvəl 
populyasiyanın genefondunun zənginliyi ilə təyin edilir, bura həm ümumi növ xassələri, həm də 
populyasiyanın məskunlaşdığı konkret şəraitə uyğunlaşması ilə əlaqədar baş verən xüsusiyyətlər 
daxildir. Genetik strukturun bu aspektinə, həmçinin kompleks əlamətlərinə görə fərdilik dəyişkənliyi 
(genetik polimorfizm) aid edilir. Digər tərəfdən genetik strukturun mühüm xüsusiyyəti hər bir fərdin 
genofondun (orqanizmin birqat xromosom yığımında toplanmış genlərin məcmusu) mürəkkəb 
olmasıdır. Dəyişkənliyin təkamül və ekoloji aspektləri. Populyasiya təkamül prosesinin elementar 
vahididir; bu aspektdə orqanizmin xassələrinin spesifik növ xüsusiyyətləri, seçmənin təzyiqi altında 
populyasiyanın genetik fondunun və bəzi spesifik genetik mexanizmlərinin (bunların bəziləri bilavasitə 
populyasiyanın ekoloji xüsusiyyətlərindən – onların sərbəstlik dərəcəsi, say dalğasının mövcudluğu və 
xarakteri, yayılmanın spesifikası ilə əlaqədardır) dəyişkənliyi böyük maraq doğurur. Lakin genefondun 
spesifik xüsusiyyətləri və mürəkkəblik dərəcəsi yalnız mikrotəkamül proseslərini deyil, həmçinin 
populyasiyanın mühitin müxtəliflik və dinamiklik şəraitində müvəffəqiyyətli mövcudluğunu 


müəyyənləşdirir. Fərdi dəyişkənliyin geniş diapazonu şəraitin orta, tipik xarakteristikasından kənara 
çıxması (sapması) zamanı populyasiyanın davamlığı (sabitliyi) əsasında yaranır, populyasiya genetik 
cəhətdən çox müxtəlif olarsa və genoadaptasiyaya az ixtisaslaşarsa, populyasiyanın ekoloji plastikliyi 
yüksək olar, bu, həm mikrotəkamül planında, həm də mühitin cari şəraitinə gündəlik uyğunlaşmasında 
(Ç.Çauze, 1947, S.S.Şvars, 1972) sərfəlidir. Populyasiyanın heteroziqotluq dərəcəsini yüksək səviyyədə 
saxlamaq mühüm ekoloji məsələ (vəzifə) hesab olunur. Bu, mühitin tərəddüd etdiyi şəraitdə populyasiya 
sistemini təmin edən ekoloji prosesdir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə