121
göstərilmiş olsun.
Əgər məhsulu hazırlayan eyni zamanda həm də qablayıcı və
ixracatçı olmazsa, o halda hazırlayıcı və onun ünvanı ilə birgə
qablaşdırıcı, ixracatçı və onların ünvanları da göstərilməlidir.
Pivə hazırlayıcı və ixracatçının adı latın əlifbasının hərfləri ilə
yazıla bilər.
Pivə məhsullarının adlandırılmasında həmin içkinin digər
məşhur şirkətin (məsələn, «Bavariya» tipli pivə və s.) buraxdığı ilə
eyni tipdə olmasının yazılması yol verilməzdir. Eyni zamanda
pivəyə istehlakçıda məhsulun mənşəyi və təbiətinə dair dolaşıqlıq
yaradan ad vermək olmaz.
Hazırlayıcının əmtəəlik nişanı yalnız müəyyən olunmuş
qaydada qeydiyyatdan keçməsi şərtilə asılır.
Etiketdə 0,33; 0,5; 1,0; 1,5 və 2,0 dm
3
tutumlarla birgə faktiki
tutumun ştrixlərlə göstərilməsi yol veriləndir.
İnqredientlər siyahısından əvvəl «tərkib» başlığı gəlməli və
burada kütlə payının azalma sırası ilə resepturada olanların
siyahısı verilməlidir: su, səməni, mayaotu və s.
Qida əlavələrinin göstərilməsi üçün onların qruplarla
adlanması və indeksi Beynəlxalq (İNS) yaxud Avropa rəqəmli
sistmə (E) əsaslanılır.
Xüsusi qida xüsusiyyətləri, müalicə və profilaktik məhsul
olması, bioloji fəal maddələrə malik olması, zərərli maddələrin
yoxluğu yaxud onu səciyyələndirən digər xüsusiyyətlərə dair
məlumatlar yalnız xüsusi səlahiyyətli orqanların icazəsi ilə
etiketdə əks etdirilə bilər.
Qida dəyəri. Etiketdə karbonatların və zülalların miqdarı
verilir. Çünki digər maddələrin miqdarı çox azdır.
Saxlanma şəraiti QOST-la və digər normativ sənədlərlə
müəyyən olunur.
Yararlılıq müddəti qida məhsulunun hazrlandığı tarixdən he-
sablanır. Belə göstərilə bilər: «bu müddətdə (saatla, günlə, ayla)
yararlıdır», «yararlıdır (tarix) –dək», «istifadə etmək olar (tarix) –
dək».
122
Pivə butulkasının etiketində hazırlanma tarixi, onun əks
tərəfində ştambla, yaxud tərs yazılmış gün, ay, ili əks etdirən
rəqəmlə göstərilə bilər.
Qida məhsulunun sertifikatlaşdırılmasına dair məlumat
hazırlayan müəssisə tərəfindən QOST-a uyğun qaydada uyğunluq
nişanı formasında əks etdirilə bilər.
Uyğunluq nişanının olmaması onu göstərir ki, kütləvi
hazırlanan məhsul istehsalçı tərəfindən sertifikatlaşdırılmamışdır.
Bu halda sertifikatlaşdırmaya dair məlumat hər məhsul partiyası
üçün ayrıca sertifikat formasında təqdim olunmalıdır.
Məhsulun hazırlandığı və ola bilsin ki, eyniləşdirildiyi
normativ, yaxud texniki sənədin adı etiketdə əks olunur.
İdxal olunan məhsullar normativ, yaxud texniki sənədin
ifadəsi olmadan da ola bilər.
Məhsul digər informasiya, o cümlədən reklamla müşayət
oluna bilər. Məlumat birbaşa hər qablama vahidində oxunmaq
üçün əlverişli olan yerdə, etiketdə, əks etiketdə, yarlıqda
yerləşdirilir.
Hazırlayıcı konkret məhsul növü üçün məlumatı qablamanın
eyni bir yerində yerləşdirməlidir. Qeyd etmək lazımdır ki, məlu-
matın bir yaxud bir neçə oxunan əlverişli yerlərdə
yerləşdirilməsinə də yol verilir.
Verilmə üsulundan asılı olmayaraq məlumat dəqiq və asan
oxunan olmalıdır.
Məlumatın ölçü və formasının, o cümlədən markalanmasının
təqdimatı istehlak qablanmasının ölçü və formasına uyğun
olmalıdır.
Nəql olunma və saxlanma. Pivə həmin növ nəql etmələr üçün
qüvvədə olan yükdaşınma qaydalarına uyğun bütün növ nəqliyyat
növləri ilə daşına bilər.
Pivə butulkaları ilə dolu qutular açıq avtomobillərdə nəql
olunduqda işıqdan və şaxtadan qorunmalıdır.
Pivə stasionar rezervuar avadanlıqlarla təchiz olunan ticarət
nöqtələrinə və doldurulma bazasına 9218 saylı QOST-a uyğun
123
avtosisternlərdə, həmçinin qüvvədə olan normativ texniki
sənədlərə uyğun gələn avtosisternlərdə nəql olunur.
Butulka, çəllək və s. pivələr aşağıdakı temperaturda saxlanır,
0
C:
Pasterizə olunmamış
-
5-12
Pasterizə olunmuş
-
10-20
Butulkalara doldurulan pivə qaranlıq binalarda saxlanır.
Avtosisternlərdə gətirilən pivələr izotermik rezervuarlarda
karbon qazı təzyiqi altında 2-5
0
C temperaturda saxlanır.
Yararlılıq müddəti hazırlayıcı müəssisə tərəfindən müəyyən
olunur. Bu, pivənin faktiki dayanıqlıq müddətindən az
olmamalıdır.
Təminatlı saxlanma müddəti yerli və milli sortlar üçün konkret
məhsul üzrə normativ texniki sənədləşmələrə görə müəyyən
olunmalıdır. Təminatlı saxlanma müddəti stabilləşdiricilər tətbiqi
ilə hazırlanan və pasterizə edilən pivələrdə – doldurulmadan sonra
3 ay, stabilləşdiricilər tətbiq etmədən –1 aydır.
1.3.5. Piv
ənin saxtalaşdırılması
Hələ 3500 il bundan əvvəl çar Xamurapinin məşhur
göstərişində pivə hazırlanma və satışı qaydaları əks olunmuşdu.
Belə ki, pivəni su ilə duruldanlara ağır cəza nəzərdə tutulurdu:
onları ya xarab edilmiş pivə çəlləyində boğur, yaxud ölənə qədər
həmin pivədən içirdirdilər. Pivənin qiymətini qaldıranları isə
sadəcə olaraq çayda boğurdular.
Pivənin saxtalaşdırılması onun istehsalı, nəql olunması,
saxlanması və satışında əlavə gəlir əldə edilməsi məqsədilə aparıla
bilər.
Pivənin daha geniş saxtalaşdırılma üsulları və onun aşkar
edilmə yolları cədvəldə verilir (cədvəl 1.37).
Dostları ilə paylaş: |