Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə37/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   133

121 

göstərilmiş olsun. 

Əgər məhsulu hazırlayan eyni zamanda həm də qablayıcı və 

ixracatçı  olmazsa,  o  halda  hazırlayıcı  və  onun  ünvanı  ilə  birgə 

qablaşdırıcı, ixracatçı və onların ünvanları da göstərilməlidir. 

Pivə hazırlayıcı və ixracatçının adı latın əlifbasının hərfləri ilə 

yazıla bilər. 

Pivə  məhsullarının  adlandırılmasında  həmin  içkinin  digər 

məşhur şirkətin (məsələn, «Bavariya» tipli pivə və s.) buraxdığı ilə 

eyni  tipdə  olmasının  yazılması  yol  verilməzdir.  Eyni  zamanda 

pivəyə istehlakçıda məhsulun mənşəyi və təbiətinə dair dolaşıqlıq 

yaradan ad vermək olmaz. 

Hazırlayıcının  əmtəəlik  nişanı  yalnız  müəyyən  olunmuş 

qaydada qeydiyyatdan keçməsi şərtilə asılır. 

Etiketdə 0,33; 0,5; 1,0; 1,5 və 2,0 dm

3

 tutumlarla birgə faktiki 



tutumun ştrixlərlə göstərilməsi yol veriləndir. 

İnqredientlər  siyahısından  əvvəl  «tərkib»  başlığı  gəlməli  və 

burada  kütlə  payının  azalma  sırası  ilə  resepturada  olanların 

siyahısı verilməlidir: su, səməni, mayaotu və s. 

Qida  əlavələrinin  göstərilməsi  üçün  onların  qruplarla 

adlanması  və  indeksi  Beynəlxalq  (İNS)  yaxud  Avropa  rəqəmli 

sistmə (E) əsaslanılır. 

Xüsusi  qida  xüsusiyyətləri,  müalicə  və  profilaktik  məhsul 

olması,  bioloji  fəal  maddələrə  malik  olması,  zərərli  maddələrin 

yoxluğu  yaxud  onu  səciyyələndirən  digər  xüsusiyyətlərə  dair 

məlumatlar  yalnız  xüsusi  səlahiyyətli  orqanların  icazəsi  ilə 

etiketdə əks etdirilə bilər. 

Qida  dəyəri.  Etiketdə  karbonatların  və  zülalların  miqdarı 

verilir. Çünki digər maddələrin miqdarı çox azdır. 

Saxlanma  şəraiti  QOST-la  və  digər  normativ  sənədlərlə 

müəyyən olunur. 

Yararlılıq müddəti qida məhsulunun hazrlandığı tarixdən he-

sablanır.  Belə  göstərilə  bilər:  «bu  müddətdə  (saatla,  günlə, ayla) 

yararlıdır», «yararlıdır (tarix) –dək», «istifadə etmək olar (tarix) – 

dək». 



122 

Pivə  butulkasının  etiketində  hazırlanma  tarixi,  onun  əks 

tərəfində  ştambla,  yaxud  tərs  yazılmış  gün,  ay,  ili  əks  etdirən 

rəqəmlə göstərilə bilər. 

Qida  məhsulunun  sertifikatlaşdırılmasına  dair  məlumat 

hazırlayan müəssisə tərəfindən QOST-a uyğun qaydada uyğunluq 

nişanı formasında əks etdirilə bilər. 

Uyğunluq  nişanının  olmaması  onu  göstərir  ki,  kütləvi 

hazırlanan məhsul istehsalçı tərəfindən sertifikatlaşdırılmamışdır. 

Bu  halda  sertifikatlaşdırmaya  dair  məlumat  hər  məhsul  partiyası 

üçün ayrıca sertifikat formasında təqdim olunmalıdır. 

Məhsulun  hazırlandığı  və  ola  bilsin  ki,  eyniləşdirildiyi 

normativ, yaxud texniki sənədin adı etiketdə əks olunur. 

İdxal  olunan  məhsullar  normativ,  yaxud  texniki  sənədin 

ifadəsi olmadan da ola bilər. 

Məhsul  digər  informasiya,  o  cümlədən  reklamla  müşayət 

oluna  bilər.  Məlumat  birbaşa  hər  qablama  vahidində  oxunmaq 

üçün  əlverişli  olan  yerdə,  etiketdə,  əks  etiketdə,  yarlıqda 

yerləşdirilir. 

Hazırlayıcı konkret məhsul növü üçün məlumatı qablamanın 

eyni bir yerində yerləşdirməlidir. Qeyd etmək lazımdır ki, məlu-

matın  bir  yaxud  bir  neçə  oxunan  əlverişli  yerlərdə 

yerləşdirilməsinə də yol verilir. 

Verilmə  üsulundan  asılı  olmayaraq  məlumat  dəqiq  və  asan 

oxunan olmalıdır. 

Məlumatın ölçü və formasının, o cümlədən markalanmasının 

təqdimatı  istehlak  qablanmasının  ölçü  və  formasına  uyğun 

olmalıdır. 



Nəql olunma və saxlanma. Pivə həmin növ nəql etmələr üçün 

qüvvədə olan yükdaşınma qaydalarına uyğun bütün növ nəqliyyat 

növləri ilə daşına bilər. 

Pivə  butulkaları  ilə  dolu  qutular  açıq  avtomobillərdə  nəql 

olunduqda işıqdan və şaxtadan qorunmalıdır. 

Pivə  stasionar  rezervuar  avadanlıqlarla  təchiz  olunan  ticarət 

nöqtələrinə  və  doldurulma  bazasına  9218  saylı  QOST-a  uyğun 



123 

avtosisternlərdə,  həmçinin  qüvvədə  olan  normativ  texniki 

sənədlərə uyğun gələn avtosisternlərdə nəql olunur. 

Butulka, çəllək və s. pivələr aşağıdakı temperaturda saxlanır, 

0

C: 


Pasterizə olunmamış  

 



5-12 

Pasterizə olunmuş  

 



10-20 



Butulkalara doldurulan pivə qaranlıq binalarda saxlanır. 

Avtosisternlərdə  gətirilən  pivələr  izotermik  rezervuarlarda 

karbon qazı təzyiqi altında 2-5

0

C temperaturda saxlanır. 



Yararlılıq  müddəti  hazırlayıcı  müəssisə  tərəfindən  müəyyən 

olunur.  Bu,  pivənin  faktiki  dayanıqlıq  müddətindən  az 

olmamalıdır. 

Təminatlı saxlanma müddəti yerli və milli sortlar üçün konkret 

məhsul  üzrə  normativ  texniki  sənədləşmələrə  görə  müəyyən 

olunmalıdır. Təminatlı saxlanma müddəti stabilləşdiricilər tətbiqi 

ilə hazırlanan və pasterizə edilən pivələrdə – doldurulmadan sonra 

3 ay, stabilləşdiricilər tətbiq etmədən –1 aydır. 

 

1.3.5. Piv

ənin saxtalaşdırılması

 

 

Hələ  3500  il  bundan  əvvəl  çar  Xamurapinin  məşhur 

göstərişində  pivə  hazırlanma  və  satışı  qaydaları  əks  olunmuşdu. 

Belə  ki,  pivəni  su  ilə  duruldanlara  ağır  cəza  nəzərdə  tutulurdu: 

onları ya xarab edilmiş pivə çəlləyində boğur, yaxud ölənə qədər 

həmin  pivədən  içirdirdilər.  Pivənin  qiymətini  qaldıranları  isə 

sadəcə olaraq çayda boğurdular. 

Pivənin  saxtalaşdırılması  onun  istehsalı,  nəql  olunması, 

saxlanması və satışında əlavə gəlir əldə edilməsi məqsədilə aparıla 

bilər. 


Pivənin  daha  geniş  saxtalaşdırılma  üsulları  və  onun  aşkar 

edilmə yolları cədvəldə verilir (cədvəl 1.37). 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə